понедельник, 28 ноября 2011 г.

Biz görəsən insanıq?Mən bilmirəm...

 Mən bayaq həqiqətən bu xəbəri eşidəndə şoka düşdüm.İnanmadım bu qədər də rejimin,hər kimin əli var bu məsələdə onların xalqa qarşı laqeyidliyini heç ağlıma belə gətirə bilmədim.O zaman çox pis oldum həqiqətən.Bloq yazacağıma söz verdim.Və o zaman məndə yaranmış fikirləri qeyd edə bilmədiyimə görə indi ola bilər ki həmin zaman fikrimdəkiləri indi tam ifadə edə bilməyim amma çalışacam ki bütün düşüncələrimi və bu gün ərzində bununla bağlı qarşılaşdığım hadisələri sizə çatdırım.
 Səhər-səhər bu hadisəni eşidib əsəbləşdim.Getdim Nefçilərə metroya endim.Və bir manat atdım kartıma 4 gediş yükləndi.Mən karta gediş yükləyərkən başladım uca səslə gileylənməyə.Yanımda kartına gediş vuran oğlan mənə tərəf çevrilib: -aa doğurdan gedişhaqqı artıb? Dəhşətə gəldim...Düşündüm ki bu insanın gözləri zəifdir,yoxsa ağlı çatışmır?Ən azından kartı yükləyərkən manitora baxsa görərdi ki nə baş verib.Mən yenə başladım gileylənməyə.Bir yaşlı hardasa 45-50 yaşında bir xanım gözlərimə baxa-baxa utanmırsan,dövləti yeyəssəəəən?-dedi əlim ayağım qırılsa ondan yaxşıydı.Susdum dilim söz tutmadı.Kartımı götürüb metroya düşdüm.Hələ inanın ki orda bu gün neçə nəfər artıq 20 qəpikdən kartına keçid yükləmişdi amma xəbəri yox idi.Nəsə buna da fikir vermədim.
 Bu gün sanki əvvəlki günlərdən daha çox adam vardı.Sanki hamının simasında təbəssüm vardı.Bəlkədə mənə acıq gəlsin deyə hamı gülümsəyirdi.Hamı sanki xoşbəxt idi qiymətlərin artırılmasına görə.Çox pərt oldum hamının üzündə bu təbəssümü görüncə.Gəldim evə sakitləşə bilmədim bütün əllərim əsir.İndi isə Avropa Az radiosuna qulaq asırdım.Və bir mesaj yazdım ki bayramınızı təbrik edirəm bü gün metro gedişhaqqının qiyməti artdı.Mənə nə cavab gəlsə yaxşıdır??? Yaxşı oğlan 5 qəpik söhbəti eləməz.Bu nə həyatdır belə xalq etiraz etmək əzmini itirib.Əzilməyə öyrəşib ona görə də əzirlər bu xalqı.Niyə əzilirsiniz axı mənim sevgili xalqım.Mənim ailəmdən belə çox sevdiyim xalqım axı niyə əzilək ki bu vəhşi meşə heyvanlarına.Bəyəm bizim mənliyimiz,şəxsiyyətimiz yoxdur?Bəyəm biz ömür boyu əzilməyə məhkumuq?Qalx ayağa mənim MƏRD xalqım,mənim qorxmaz xalqım,mənim yatmış ŞİR xalqım.Qalx ayağa ya AZAD ol ya TAMAM yan Azərbaycan.Belə yaşayış olar?Belə gənclik olar?Belə millət olar?Qalx ayağa mənim xalqım artıq bu qiymətlərin artımı bizə bir stimuldur oyan mənim mərd xalqım.
 Mən burdan səslənirəm Azərbaycanda hakimiyyəti,rejimi,qanunverici orqanları təmsil edən insanlara,qurumlara: -Ey yiyəsini yıxmış başsız atlı sən nə vaxta kimi bu xalqın mübarizə əzmini məhv edəcəksən?Nə vaxta kimi bu milləti alşaldacaqsan?Nə vaxta kimi gəncliyimizi,tələbələrimizi təhqir edəcəksən?Nə vaxta kimi məni təhqir edəcəksən,nə vaxta kimi mənim gənclik illərimi əlimdən alacaqsan,nə vaxta kimi ailəmi zülüm çəkməyə vadar edəcəksən,nə vaxta kimi atam mənim heç bir ehtiyyac şəkməməyim üçün özü rayonda ac qalacaq mənə pul göndərəcək həə???Sən mənim haqqımı niyə yeyirsən?Həə mən insan deyiləm,mən bu vətənin övladı deyiləm?Bəsdir artıq məndə insan kimi yaşamaq istəyirəm.Məndə təhsil almaq istəyirəm.Məndə əlimdə dəftər,kitab universitetə getmək istəyirəm,siyasi baxışıma görə təzyiqlərə məruz qalmamalıyam.Artıq bezmişəm Azərbaycanlı olmaqdan...Məndə dövlətimdən qayğı istəyirəm,diqqət istəyirəm.İstəmirəm ki dövlətimiz xalqımıza qarşı belə amansız,dinsiz olsun! Əgər belə hadisələr tez-tez təkrar olsa söz verirəm ki rəsmi şəkildə mətbuatın,medianın iştirakı ilə Azərbaycan vətəndaşlığından imtina edəcəm.Mən belə ölkədə həyatımı məhv etmək istəmirəm.Mən gəncliyimi məhv etmək fikrində deyiləm!
 Hər birinizdən artıq dərəcədə xahiş edirəm gəlin biz susmayaq,etiraz səsimizi bildirək!

"Demokrat Gənclər Təşkilatı" qiymətlərin artımı ilə bağlı bəyanat verdi.


“Demokrat” gənclər təşkilatı Azərbaycan Respublikasının tarif şurasının iclasınının metroda gedis haqqının 20 qəpik səviyyəsində muəyyənləşdirilməsi qərarı ilə bağlı etiraz bəyanatı yayıb.
Bəyanatda deyilir: ““Demokrat” Gənclər Təşkilatı “Demokratik” Azərbaycanda əhalinin sosial rifahının bərbad olduğu bir zamanda metro qiymətlərinin artırılması ilə bağlı qərarın verilməsini kəskin şəkildə qınayır və bunu bunu hal-hazırki rejimin atdığı növbəti uğursuz addımı kimi qiymətləndirir. Qiymətlərin artımı son müddətdə Azərbaycan xalqına qarşı olunmuş ən böyük haqsızlığın bariz nümunəsidir. Hal-hazırki müddətdə xalqımızın “Eurovision”-a hazırlaşdığı bir zamanda belə bir addımın atılması ən birinci Azərbaycan xalqına qarşı saymamazlıq, dünya ictimaəti qarşısında isə Azərbaycanın bir demokratik ölkə kimi nüfuzunun olmadığına,xalqın rifahının ölkə rəhbərləri qarşısında önəminin olmamasını ön plana çəkir.
“Demokrat” gənclər təşkilatı hesab edir ki, xalqın bu cür şəkildə alçaldılması və mənafeyinin,xalq rifahının,xalqın dəyərlərinin nəzərə alınmaması  ən birinci o qərarı imzalayan məmurların birbaşa 9 milyon xalqa qarşı hörmətsizlikdir. “Yarandığı gündən Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin ali məqsəd olduğunu nəzərə alaraq, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu işinə, mülki cəmiyyətin yaradılmasın insanların hüquq və azadlıqlarının müdafiəsi üçün mübarizəni ən yüksək səviyyədə təşkil etmək və insan hüquq və azadlıqları ilə bağlı ictimaiyyəti maarifləndirmək, məlumatlandırmaq, həmçinin, gənclər arasında ictimai fəallığın artırılması özünə əsas məqsəd kimi seçən “Demokrat” gənclər təşkilatı bəyan edir ki, hakimiyyətin nümayiş etdirdiyi bu mövqe onların növbəti prezident seçkilərində öz seçicilərinə qarşı etdiyi bu hörmətsizlik,onların növbəti prezidentlik iddialarını sual altına alır.Buna əsasən də onlar bu qərarı ləğv etməli və konstitusiyaya əsasən xalqın mənafeyini rifahını qoruyacağına dair xalq qarşısında verdiyi anda əməl etməyi,xalq qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırır. Bununla Azərbaycan hakimiyyəti yerli və beynəlxalq qanunvericiliyə əməl etmək istəmədiyini bir daha açıq şəkildə nümayiş etdirmişdir. “Demokrat” gənclər təşkilatı Azərbaycan hakimiyyətindən bizə gənclərə,tələbələrə,Azərbaycan xalqına qarşı olunmuş bu haqsızlığı aradan qaldırmağı və bu tip hadisələrlə Azərbaycan xalqına qarşı haqsızlıqları,təzyiqləri dərhal dayandırmağı tələb edir. “Demokrat” gənclər təşkilatı beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən insan hüquqlarının müdafiəsi sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə, və onları haqqın bərqərar olunması istiqamətindəı addımlar atmağa çağırır.
“Demokrat” Gənclər təşkilatı  2011-ci il avqust ayında bir neçə tələbə tərəfindən tərəfindən yaradılan müstəqil gənclər təşkilatıdır.

воскресенье, 27 ноября 2011 г.

Görəsən biz bu toplum halında nə edirik?

 Xeyli müddətdir ki, mən bütün bu hadisələrdən kənara çəkilmişəm və sadəcə bütün olaylara izləyici kimi müşahidə edirəm.Və bu bir neçə gün ərzində qarşılaşdığım hadisələri sizinlə bölüşmək istəyirəm.
 Azərbaycanda hələ demokratiya ünsürləri demək olar ki Novruz bayramı ərəfəsində qoyulmuş səməninin ikinci günü kimidir.Hələ bizim tam demokratik bir mühit kimi cücərməmiz üçün yenə də zaman lazımdır.Düzdür mən bu ifadələri yazarkən heç kim mənimlə razılaşmır hamı düşünür ki artıq inqilab zamanıdır,artıq xalqın səbri tükənib,biz inqilab zamanı ölməyə hazırıq.
 Mən istərdim ki bu məsələyə öz subyektiv fikrimi bildirim.Azərbaycan xalqı hələ səbr etməlidir.Hələ mübarizənin inqilabın hansı yollardan keçdiyini yaxud hansı vəziyyətdə xalq üçün əhəmiyyətli və ürəkaçan sonluqla bitəcəyini araşdırmalıdır.Biz araşdırmalıyıq görək biz hansı mübarizə formasından istifadə etməliyik,biz araşdırmalıyıq ki hansı halda bizim üçün seçdiyimiz yol müsbət sonuclanar.Amma biz hələ heç nəyi araşdırmamışıq və bu istiqamətdədə addımlar atmırıq.Bir öz xəyalınızda düşünün inqilaba hazırsınızmı? Ailəniz inqilaba hazırdırmı.Yaxud inqilab edərkən əldə edəcəyimiz müsbətlərimiz çoxdur yoxsa mənfilərimiz...
 Düzdür mitinqlər vasitəsilə "İSLAHATLAR" əldə edə bildik amma buda bizimçün müsbət sonuclanmadı.Əksinə 2:1 hesabı ilə gerilədik...İndi isə hamı düşünür ki inqilab etməliyik,inqilab zamanı ölməliyik.Bilirsiniz ölmək çox asandır maksimum 1 dəyqə vaxtınızı alacaq.Amma xalq üçün nəsə etmək elədə asan deyil biz bunun üçün çaba etməliyik...
 Mən digər məsələlərə toxunmaq istəyirəm.Ümumiyyətlə cəmiyyətimiz bu mövzülarda disskusiyalara belə hazır deyil.Təbii ki mən bunu nəyə əsaslanıb deyirəm izah edəcəm.Deməli istər cəmiyyətimizdə,istərsə virtual aləmdə,istər gənclər,istər yaşlı nəsil arasında siyasi mövzular,inqilabi mövzular elə də aktual deyil.Əsasən cəmiyyətimiz əyləncəyə,qeyri ciddi mövzuların müzakirəsinə maraqlıdır.Məsələn sorğu keçirdirik və yaxınlaşırıq xalqın nümayəndələrinə ki kimi lider görürsünüz.Hamı qaçır mənlik deyil amma deyəndə ki adınız açıqlanmayacaq sualları cavablandırır.Yaxud hardasa müzakirə mövzusu seçirsən sosial problemlər,iqtisadi problemlər,siyasi arena hamı can dərdi yazır yaxud müzakirə aparır.Amma yazırsan ki Aygün Kazıməva lüt fotosessiya keçirib hamı izləyir baxır rəy yazır.Mən bunun hər bir versiyada rastına çıxmışam.Adi KİV-lərdə xəbərlər paylaşılır.Siyası yaxud sosial xəbərlərin ümumi məcmusu 3000 dəfə oxunduğu halda,məsələn Rəqsanənin Xatirəylə davası xəbəri 7500 dəfə oxunub.Ona görə də biz ilk öncə mübarizəmizi öz daxilimizdə başlamalıyıq,öz ətrafımızdan başlamalıyıq.Özümüz heç nə etmədiyimiz halda digərin nəyəsə təhrik edə bilmərik.Gərək mübarizə əzmi damarında qan əvəzinə axsın.Yoxsa süni şəkildə heç nə alınmaz.Nə qədər də özümüzü mübarizəkar kimi göstərsək da bizdə alınmır.Gəlin hamılıqla bu yolda canımızı qoyaq,gəlin bu yolda sağlam şəkildə prinsip aparaq.Nəinki öz aramızda yad adamların yanında profilaktik söhbətlər aparaq onsuzda azacıq qıcıqlandıran kimi hamının AZADLIQ ehtirası oyanır.Hamının ETİRAZ ehtirası oyanır.Gəlin bu vasitələrlə əhatəmizi genişləndirək.Və sonda bir misal çəkəcəm bilmirəm bu misraların müəllifi kimdir əgər yoxdursa məmnuniyyətlə bu misranın müəllifi olardım: - "Əgər düşmənimizi məhv etmək istəyiriksə,düşmənimizi dostumuzdan yaxşı tanımalıyıq". Amma indiki zamanda bu tamamilə əksinədir.Gəlin düşmənlərimizi,xalqın düşmənlərini daha yaxından tanıyaq kimliklərini araşdıraq onlarla yaxın olmağa,sirrlərini öyrənməyə çalışaq.Bu zaman əldə edəcəyimiz nəticələin müsbəti mənfisindən daha çox olar məncə...

четверг, 24 ноября 2011 г.

Gəlin bayrağımıza başı aşağı baxaq!

 Həqiqətən son vaxtlar bayrağımıza qarşı olunan bu laqyidliklərə diqqətlə yanaşmağa başladım və telekanallarda da həmişə bu məsələyə diqqətlə yanaşıram.Və mənim diqqətli olmağım necə deyərlər öz bəhrəsini verir.Bu gün səhər-səhər Eurovision 2012 ilə bağlı seçim mərhələsinin İctimai olmayan Tv-də Videoçarxına baxdım.Və yenə də orda bayraq tərsinə verilmişdi.Birinci yaşıl rəng,ikinci qırmızı,üçüncü göy.Bütün gün özlərindən müştəbeh olan İctimai olmayan Tv artıq neçənci dəfədir ki belə səhvlərə yol verir.Həmin videoçarx gün ərzində efirdə yayımlanır.Özüdə bayrağımız tərsinə...
 Düzü ki mən İctimai olmayan Tv-ni qınamıram.Münki Cənab Prezidentimiz Brüsseldə konfransda Azərbaycanın tərsinə qoyulmuş bayrağı qarşısında nitq söyləyərkən mən Tv-ni niyə qınayım ki? Xatırladım ki həmin konfransı da elə İctimai olmayan tv yayımlamışdı.Axı biz niyə gözümüz görə-görə dövlətçiliyimizə hörmətsizlik edək ki.Bayraq dövlətimizin atributudur.Atributa qarşı belə laqeyid yanaşmaq olmaz.Həmdə dünya ictimaiəti içərisində dövlətimizə qarşı belə hörmətsizlik bizi digər dövlətlərin yanında nüfuzdan salır axı.Bir baxın görün Eurovision-da neçə ölkə iştirak edir onların qarşısında dövlət bayrağımızı tərsinə tutmağımız ayıbdır axı.
 Mən bir məqamada toxunmaq istəyirəm.İctimai olmayan Tv-də Həbib Müntəziri ittiham edirlər ki o kanalın saytına hücum edib.Və onu Azərbaycanlılığa yaraşmayan şəkildə tənqid etdilər.Amma özləri belə murdarlığa əl atırlar.Bayrağımızı tərsinə videoşarxa çəkirlər sizcə bunu necə başa düşək buda Həbibin işidir?
 Özünüzü kifayət qədər xalq içərisində gözdən salmısınız saxtakar toplum!

вторник, 22 ноября 2011 г.

Mən bu "Dövlət"-ə nə ad verim? (Olmuş hadisə)

 Bu gün çox pis günüm oldu! Şəhərdə Stefan Sveykin kitabının tərcüməsinin təqdimatından gələrkən çox çətin bir vəziyyətlə qarşılaşdım! Bütün Xətai metrosunun ətrafı və bütün həmin ərazi (teretoria) bərbad halda idi.Dizə kimi gölməçələr şəhərin Avropa stilinə bəzək verirdi.Biz 150 metrlik yolu piyada gələ bilmədiyimiz üçün taksiyə mindik.Və Xətai metrosuna tərəf gəldik.(Çətinliklə olsa da)Taksi sürücüsü o ətraflarda maşını saxlamağa yer tapmadığına görə xeyli aralıda saxladı maşını ki güya bizim ayağımız su olmasın.Biz maşından bir zülümlə düşdük və metroya yan aldıq.O zaman orada bir ensiz daş var idi yolu keçmək üçün.Adamlar isə (Sanki toyuq cücə tar-a çıxıb) uzunsov daşın üzərində dayanmışdı.Su olmamaqçün oradan keçməyi qərara aldım.Təsəvvür edin həmin daşın kənarları dizə kimi (sözün həqiqi mənasında) su idi.Bu zaman bir dənə qız da daşın üzəri ilə keçmək istəyirdi və o müvazinətin saxlaya bilməyib məni də çəkib suya saldı.Mən tamamilə büs bütün su oldum.Və şəhərin mərkəzindən ayaqlarım suyun içində Mərdəkana gəldim.Bu da mənim dövlətimin mənə qayğısı.Bütün gün analogsuz inkişafdan danışırlar amma səviyyələri çatmır ki şəhər suyun içində üzür.Qeyrət namus onlarçun çernovikdir.Bu qədər insan və şəhərin 95%-i suda üzür mən bilmirəm bunlar hansı inkişafdan danışırlar! Heç olmasa bu yağışda inkişafa nümunə göstəriləcək bir küçə varmı ki and içmək üçün onu nümunə göstərsinlər? Şəhərin ən mərkəzi "Tarqovu" suyun içində üzürsə,Sahil metrosunun çıxışı döyüş bölgəsini xatırladan çala,çuxurlarla doludursa mən bu "dövlət"-ə nə ad verim?

воскресенье, 20 ноября 2011 г.

3 gün "Hollandiya"-da...

 Əvvəla xeyli müddətdir ki Blog yazmıram.Səbəbi də yəqin ki çoxsuna aydındır.
 Mən bəzi məqamları nəzəirinizə çatdırmaq istəyirəm.Məni bu haqda Blog yazmağa nələr vadar etdi sizə izah edim.Mən əvvəl bu xarakterli tədbirlərin iştirakçısı olmamışdım.Və xalqımız,gənclərimiz haqqında tamamilə başqa cür açıq desək çox passiv düşünürdüm.Bu treninqdəmən doğurdan elə insanlar gördümki tamamilə şoka düşdüm.Çox gözəl təssüratlar yarandı məndə hətta onlar mənə ailəm qədər əziz,doğma oldular mənə.Onlarla istədiyin mövzuda,istədiyin yerə qədər mədəni səviyyəli şəkildə müzakirə aparmaq olur.Ən azından ona görə rahat olursanki onlar sənin fikrinlə razı olmasalar belə sənə hörmətlə yanaşacaqlar ona görə də tam ürəyindən keçənləri onlarla bölüşə bilirsən.Səhv olduğunu faktlarla əsaslandırırlar əgər səhvdirsə,düz olduğunu isə düz kimi qəbul edirlər insan belə yerdə tam sərbəst,tam rahat olur.Mən həqiqətən bu 3 gün ərzində deyərdim ki 5 il ömrüm uzandı.Həqiqətən elə dostlarla,elə insanlarla qürur duyuram.Qürur duyuram ki cəmiyyətimizdə belə başadüşən,mədəni,səviyyəli gənclərdə var.
 Ən əsası da odur ki bu gənclərlə ünsiyyətdən əlavə bu 3 gün ərzində bilmədiklərimi öyrəndim,məndə sual doğuran məqamlara aydınlıq gətirdim.Daha dəqiq bu 3 gün ərzində öyrəndiklərim,qazandıqlarım itirdiklərimdən daha çox,dəfələrlə çox oldu.
 Mən bu şəraiti bizimçün yaratığına görə "Fridrix Nauman" fonduna, "VVD"-yə,"ALGA"-ya təşəkkürümü bildirirəm! Ən əsası bunu mən məxsusi vurğulayacam ki İsrafil müəllimə öz təşəkkürümü bildirirəm ki Hollandiyalı Droge və Yögun-la ünsiyyət qurmaq üçün və Azərbaycanda Hollandiya Aurası yaratmaqda bizə yardımçı oldu.Təşəkkürlər mən bu günlərdən çox məmnun oldum!

среда, 16 ноября 2011 г.

"Milli Dirçəliş günü" və dünya tarixinə nəzər!


Milli Dirçəliş günü — 17 noyabr1992-ci ildə elan olunmuşdur.
1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. O vaxt, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan o vaxt Leninin adına daşıyan indiki Azadlıq meydanında Qarabağ məsələsində Respublika və İttifaq orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin vədəsiz mitinqi başlandı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Əhəmiyyətli hadisələr

  • 1558 — İngilis kraliçası Birinci Yelizaveta taxta çıxmışdır.
  • 1913 — Panama kanalı gəmilər üçün açılmışdır.
  • 1918 — İngilis qoşunu Ənzəlidən Bakıya daxil olmuşdur.
  • 1922 — Sibir SSRİ-nin tərkibinə qatılmışdır.
  • 1922 — Sonuncu Osmanlı sultanı VI Mehmet İstanbulu tərk etmişdir.
  • 1941 — ABŞ-da “Jeep” markalı avtomobillərin istehsalına başlanılmışdır.
  • 1960 — Moskvada Xalqlar Dostluğu Universiteti təsis edilmişdir.
  • 1985 — Kolumbiyada palçıq vulkanının püskürməsi 22 min insanın həyatına son qoymuşdur.
  • 1988 — Benəzir Bhutto Pakistanın baş naziri seçilib. Bununla da o, tarixə müsəlman dövlətində ilk baş nazir kimi düşüb.
  • 1989 — Praqada polis tələbələrin nümayişini dağıdıb. Bununla da Çexoslovakiyada “məxməri inqilab” başlayıb.
  • 1990 — SSRİ Ali Soveti Mixail Qorbaçova hakimiyyəti yenidən təşkil etmək səlahiyyəti vermişdir.
  • 1987 — Qaragöl Dövlət Təbiət Qoruğu yaranmışdır. Qoruq hazırda Ermənistanın işğalı altındadır.
  • 1990 — «Naxçıvan MSSR-in adında dəyişiklik haqqında» Naxçıvan MSSR Ali Soveti Qərar qəbul etmişdir. Naxçıvan MSSR parlamentinin sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.
  • 2003 — Bir homoseksualistin keşiş təyin edilməsindən sonra Rus pravoslav kilsəsi amerikan kilsəsi ilə əlaqəni kəsmişdir.

Doğumlar


вторник, 15 ноября 2011 г.

"Dalğa Arena"-nın yollarında ləpirlənən "Dalğa"-lar!

  Mən "Dalğa Arena" haqqında çox məqalələr yazmışam.Amma düşünürəm ki bu məqaləm digərlərindən həm orjinallığına və yazılma yerinə görə  tam fərqlənəcək.Çünki bu dəfəki yazım tam fərqli olacaq.
 Mən demək olar ki hər gün (gündə 2 dəfədən az olmamaq şərti ilə) "Dalğa Arena"-nın qarşısından keçirəm.Çox acınacaqlı vəziyyətdir.Həmin futbol meydançasının qarşı tərəfi imkanlı şəxslərin bağ evidir.Və meydançanı bağ evlərindən çoxda geniş olmayan "AVROPA" standartlarını tozda qoyan yollar ayırır.Və Cənab Prezidentimiz İlham Əliyev o yolların və futbol meydançasının kəndirini kəsmişdi.Başını aldadıb yay vaxtı "YOL" çəkərək onu ora gətirdilər və əlimyandı meydançanın kəndirin kəsdirdilər.O da sadəcə görmürmüş kimi gəlib o stadionun yanında (ən azından stadionun yaraşığına xələl gətirdiyinə görə) qaçqın və məcburi köçkünlərin binasını görməyib.Bəlkədə görmək istəməyib!Hal bu ki indiki "Dalğa Arena"-nın əvvəl yerində "Dalğa" hotel vardı və qaçqınlar orda məskunlaşmışdılar.Onların hərəsinə 7 min AZN verərək ordan çıxarıb binanı yerindən silib bunu tikdilər.Biz isə hələdə damı su axıdan binada qalırıq!Yay olduğu üçün nöqsanlar heç də üzə çıxmadı.Prezidentimiz də razı qalmışdı.Amma qara qızın dərdi var imiş kimi yağış yağan kimi  bütün çatlar qabardı.Yollarıın kanalizasiya sistemi ümumiyyətlə yoxdur.Və yolların düzlüyü və yol qaydaları nişanlarına,işarələrinə düzgün əməl edilməyib!Yolların düzlüyünə əməl edilməyib! Cüzi miqdarda yağış yağan kimi ordan keçmək qeyri mümkün olur.Dövlətimiz qayğı göstərmədiyi üçün orda bağ evləri olan imkanlı şəxslər evlərinin divarının bünövrəsi çökməsin deyə (onsuzda dəfələrlə çöküb) FHN xidmətlərinə yada özəl xidmətlərə müraciət edib yolların suyunu çəkdirirlər.Amma çəkdirməklərinə baxmayaraq bunun qarşısın almaq mümkün deyil.Maşınlar azacıq sürətlə keçən kimi yolun çirkli suyu ya yol kənarındakı insanların üstünə sıçrayır,ya marketlərin şüşələrinə,yada maşınların üstünə sıçrayır və saatlarla sürən davalara səbəb olur.Yaxın bir zamanda orda bu səbəbdən baş vermiş bıçaqlanma hadisəsin diqqətinizə çatdırmaq istərdim.
 Yol kənarında pəncərəsi açıq şəkildə dayanmış maşının yanından keçən maşın yolun bütün çirkli suyunu maşının içərisində oturmuş nişanlısının üzünə sıçratdığı üçün qalmaqal yaşanmışdı.Və imkanı yaxşı olan vətəndaş o biri maşın sürücüsünü saxladaraq 3 bıçaq zərbəsi vurub aradan çıxmışdı.Hələ də ört basdır elədilər o cinayətin üstünü.Düzü ki mən bu cinayətdə onların heç birində günah görmürəm.Bütün günah bizim bu "Hakimiyyətdədir" bu boyda dövlət obyekti tikdirmisən amma onun inkişafı üçün heç bir şərait yaratmamısan.Sizcə bu nə dərəcədə doğrudur? Cəhənnəm obyektin inkişafı axı bizdə insanıq axı bizdə yazığıq? Tələbə insanam bir paltarı üfürə-üfürə geyinirəm ki gec çirklənsin.Hər dəfə o yolu keçəndə ALLAHA dua eliyə-eliyə keçirəm ki maşın gəlməsin.Ayıbdır axı? Biz haçana kimi sizin iztirablarınıza dözəcəyik?

16 noyabr tarixini izləyək!


Əhəmiyyətli hadisələr

  • 1869 — Süveyş kanalı formal olaraq açılmışdır.
  • 1918 — Macarıstan müstəqilliyini elan etmişdir.
  • 1918 — Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşmüşdür.
  • 1920 — Stalin Leninə teleqramında “Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək” - deyə xəbərdarlıq etmişdir.
  • 1921 — Azərbaycan SSR MİK Rəyasət Heyəti “Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə” qərar verib.
  • 1933 — Amerika Birləşmiş Ştatları ilə SSRİ diplomatik əaqələr qurmuşdur.
  • 1945 — Amerisium (atom nömrəsi 95) və kürium (96) kimyəvi elementlərinin alınması rəsmən elan edilib.
  • 1945 — YUNESKO təsis edilmişdir.
  • 1988 — EstoniyaSSR Ali Soveti ölkənin suverenliyi haqda qərar qəbul etmişdir
  • 1994 — Azərbaycan Respublikası ilə Əfqanıstan arasınfa diplomatik əlaqələr qurulmuşdur.

Ölümlər

















Bayramlar və xüsusi günlər

  • Flag of the United Nations.svg Beynəlxalq tolerantlıq günü.
Mənim hər gün bu məlumatları yerləşdirməyimin və yaymağımın səbəbi odur ki hər bir insan hər bir dəyqə kameralara tuş gələ bilər hər gün izləsin tarixdə,Azərbaycanda nə günüdür bilsin ki kameraların qarşısında susmasınlar.Gözlərini döyməsinlər.Ən azından bir nəfər mənim yazdığımdan nəsə oyrənirsə mən bununla çox məmnunam!

понедельник, 14 ноября 2011 г.

15 Noyabr tarixinə qısa nəzər salaq!


Əhəmiyyətli hadisələr

Doğumlar

Ölümlər

Bayramlar və xüsusi günlər