вторник, 8 ноября 2011 г.

Heydər Əliyev adına "Dövlət" bayrağı gününüz mübarək!


Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi vəBakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyə-nin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cumhuriyyəti-nin Bakı-da fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.
"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:Eşidildi - Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.
Qərara alındı - Göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin"[1].
Gördüyünüz kimi Azərbaycanın bayrağı haqqında kifayət qədər ətraflı məlumat verdim.Və əgər fikir verdinizsə Azərbaycan bayrağının təsis olunmasında keçmiş prezident Heydər Əlirza oğlu Əliyevin heç bir rolu olmamışdır.Amma bu gün bütün Tv-lər Azərbaycan tarixində baş vermiş e.ə olan hadisələri də məhz Heydər Əliyevin adı ilə bağlayırlar.Bu ən azından Azərbaycanın tarixinə,sonra xalqına hörmətsizlikdir.Bu hörmətsizlikləri qəbul edirsiniz təbii ki vicdanınız yol verir bəs niyə öz ölünüzə qarşı belə hörmətsizlik edirsiniz bu qədər də olmaz axı?Azərbaycan tarixində demək olar ki cüzi (yaxşılığa doğru) fəaliyyətiniz olduğu halda Azərbaycanın bütün mədəniyyətini,bütün tarixini mənimsəmisiniz! Bəs deyilmi? Nə qədər də Azərbaycana məxsus faktları mənimsəsənizdə Xalqın,insanların ürəyini mənimsəyə bilməyəcəksiniz!

Комментариев нет:

Отправить комментарий

Forum