вторник, 2 октября 2012 г.

Axrıncı yolda olan rejim...

 Son zamanlar gündəmdə olan məsələlərdən biri və demək olar ki birincisi Gülər Əhmədovanın rüşvət alması ilə bağlı yayılmış Elşad Abdullayevin videosu idi.Bu isə birbaşa olaraq hakimiyyəti sızıntı altında saxlayan bir məsələ idi.Çünki bu videonun dünya ictiətinə çatdırılması və video rolikin öz təsdiqini tapması hakimiyyətin və YAP-ın ifşası deməkdir.Hakimiyyət isə bundan çox narahatdır və bu məsələnin maksimum dərəcədə ört basdır olunmasına, müxalifət qüvvələrinin bu məsələyə müdaxiləsini maksimum dərəcədə azaltmağa çalışır.Bunun üçündə əlindən gələni edir və gəncləri daim sıxıntı altında saxlayır.
  N!DA gənclər hərəkatının idarə heyətinin üzvü Zaur Qurbanlının müəmmalı şəkildə oğurlanması və haqqında 15 günlük həbs qərarı verilməsi buna sübutdur.Hakimiyyət bu addımı ilə özünü gözdən saldı və bir daha isbatladı ki onlar istənilən ən çirkin əməllərə belə əl ata bilərlər.Bununla yanaşı gənclər çox mətincəsinə yenə də mübarizələrini davam etdirir və yeni - yeni simalar hakimiyyətin bu əməlinə görə onlara nifrət edir və mübarizə sıralarına qoşulurlar.
  Bununla yanaşı Zaurun həbsi gündəmi dəyişməyə də xidmət edir.Müxalifət düşərgəsi Gülər xanımın əməllərini dünya ictimətinə çatdıraraq bu mənfur hakimiyyətin və onun harınlamış məmurlarının hansı yolun qulu olduğunu Azərbaycana, dünyaya çatdırırdılar.Bu addımları ilə deməyə çalışırlar ki; Zaura başınız qatışsın biz öz bildiyimizi eliyək.Sərsəm-sərsəm fikirlər səsləndirək.Zakir Qaralovu Tv-yə çıxardaraq özlərinin nə qədər zəif olduqlarını isbatladılar.Gülər haqqında tədbir görməkdənsə hələ cənablar Elşad Abdullayevin qanunsuz işlərindən, rüşvət almasından danışırlar. Görün ay bədbəxt rejim görün nə qədər acizsiniz bir istintaqı başa çatdırıb Gülərə tədbir görə bilmirsiniz hələ Elşad Abdullayevi Fransadan gətirilməsi haqqında tədbirlər görməyə çalışırsınız.
 Güya ki Elşad Abdullayevi Azərbaycana gətirdərək istintaqla əməkdaşlıq etməyə səsləyəcəksiniz? Elşad Abdullayev Azərbaycana gəlib çatmamış artıq ona ömrlük həbs cəzası kəsəcəksiniz necə ki Ramil Səfərov Azərbaycana gəlib çatmamış onu əfv etdiniz.Sonrada adını qoyacaqsınız ki Elşad Abdullayev etdiyi çirkin əməlin yalan olduğunu etiraf etdi və bir neçə nəfərlə (cinayətkar dəstə ilə) əlbir olaraq Gülər xanımın (imam nəvəsin) şərləyərək saxta video ilə adına ləkə gətiriblər.Xalq da qış yuxusunda yatacaq deyəcək ki (Nözəmbillah) Göydə Allah yerdə İlham Əliyev.Nə eliyirsə düz eliyirlər.Nə veclərinədir ki kim nə qədər rüşvət aldı, kim nə qədər verdi.Elə buna da birbaşa olaraq şərait yaradan özləridir.Ona görə də hələ fikirləşirlər ki buna necə don geyindirək ki üzümüzdəki yalançılıq maskası cırılmasın...

среда, 19 сентября 2012 г.

Buna bir "SON" deyiləcəkmi?

Xeyli vaxtdır toxunmaq istədiyim lakin hər dəfə müəyyən səbəblər ucbatından toxuna bilmədiyim bir məsələ ətrafında danışmaq istəyirəm.
  Bu hal demək olar ki illərdir bəlkədə təkrarlanır.Söhbət hansı hallardan gedir indi izah edəcəm.
 Demək bu şəkildə göstərdiyim yer, yəni Vasmoy bazarı yaxınlığında yerləşən bu meşə zolağı hər gün axşam saatlarından qeyri adi yaratıkların hücumuna məruz qalır.Nəinki qeyri adi yaratıkların həmçinin müəyyən yaş çərçivəsində xanımlar da buraya üz tutur.Söhbət yəqin ki təxmin etdiniz nədən gedir.Söhbət bədənini satan insanlardan gedir.
   Əsasən Transseksualların toplandığı məkan olan buraya üz tutan xanımlar da az deyil.Bəzən onların heyranları onları başqa yerlərə, bəzən isə elə həmin meşəlik sahəsinin dərin güşələrinə aparır.Bu əslində ictimaət arasında mənfi qarşılansa da müəyyən mənada bu prosesi təbii proses də adlandıra bilərik.Amma qeyri təbii bir proseslərdə cərayan edir burada.Bu proseslərə toxunmaq istəyirəm.
   Deməli həmin əraziyə təhkim olunmuş mülki formada polis xeylaqları, kənarda isə formada olan polis xeylağı nəzarət edir.Mən bu tələyə düşən bir neçə sakinlə də ünsiyyətdə oldum.Düzü inanmadım sonra isə bir azlıq müşahidədən sonra bunun həqiqət olduğunu gördüm.Bu polis məmurları mülki formada oralarda dolaşır.Kimsə bu insanlara yaxınlaşanda (söhbət transseksuallardan gedir ki adını tez-tez hallandırmaq istəmirəm) polis məmurları əhatəyə alır həmin insanı və hər ikisini də polis şöbəsinə gətirirlər.Maraqlı məqamlardan biri isə odur ki bu insanlar (transseksuallar) heç ifadəsi alınmadan sərbəst buraxılır.Hisslərinə hakim kəsilə bilməyən vətəndaşlar isə polis məmurları tərəfindən talan-qarət olunur.Müəyyən məbləqdə cərimə olunur 100-300 manat civarında sonra isə sərbəst buraxılır.
   Bu eşitdiklərimə baxmayaraq həmin məxluqatların birinə yaxınlaşdım və bir neçə sorğu sual etdim.Özünü Matan kimi təqdim edən bir oğlan xeylağı mənə bildirdi ki bizim də pulumuz bundan gəlir.Bir az da dərinə getdim deyirlər ki bu proseslərə uşaq vaxtından qoşulublar indi özləri də istəsələr bundan uzaqlaşa bilmirlər.Heç bir gəlir yerləri olmayan bu məxluqlar bu peşə ilə məşğuldular.
    Xülasə...Bu Matan-ın dediklərinə görə onların polislə də razılaşması var və onların orda olmasını nə vaxt gəlib, nə vaxt getmələrini ən birinci polis məmurları bilir.Deyir ki, çox vaxt polislər ilişmir.Bizə kimsə ilişib eliyib, söz atanda yaxud təhqir edəndə və digər problemlər yaşananda onlar müdaxilə edir və onları cəzalandırır.
  Soruşdum ki, bəs sizə nəsə demirlər?-Çox sadə cavab aldım.Nə deyəcəklər ki? Elə bilirsən ki onlara nəsə çatmır ki hələ bizə minnətləri olsun...
  Başqa bir nəfərlə də ünsiyyətdə oldum.Yəni bu kələyin hədəfi olan bir nəfərlə.O deyir ki, polis məni orda tutdu apardi şöbəyə.Məndən pul istədilər 200 manat bir təhər yalvar yaxar etdim ki, imkanim yoxdur 150 manata endirdi.Pulu dost tanışla əlaqə saxlayıb tapıb toplayıb gətirdilər və izahat filan yazmamış sərbəst buraxıldım.
  Mən xeyli müddətdir ki, bu prosesin türklər demiş peşindəyəm görüm nəsə araşdıra bilərəmmi...Axırda əldə etdiklərimi sizinlə bölüşdüm.
 Bu cismini satan transseksuallar, buda çiyinlərinə paqon gəzdirən polis məmurlarımız.Bu hala məncə ən qısa zamanda son qoyulmalıdır.

суббота, 8 сентября 2012 г.

Dəyişdik amma inkişaf etmədik...

   Hər birimiz uşaqlıq çağlarından xatırladığımız gözəl hisslər var. Bu gözəl hisslərdən biri də 1 (bir) sentyabr birinci sinifə, dərsə getdiyimiz gündür. Həmin günləri hətta ömrümüzün sonuna kimi belə xatırlayırıq.Kimisi qorxa-qorxa kimisi sevinclə, kimisi qorxu göz yaşları ilə birinci sinifə gedər qorxa-qorxa parta arxasında əyləşərdik.
  İndi hər şey dəyişib...Bir sentyabrda, insanlar da, hisslərimiz də...
  Artıq uşaqlar bir sentyabr deyil 15 sentyabr dərsə gedirlər, artıq uşaqlar məktəbə getməmiş yazıb oxumağı bacarır, hamıya adi hisslər kimi gəlir məktəbə getmək, hətta zülümlə gedirlər dərsə... Əvvəl şagirdlər məktəbdə oxuyub bilik qazanırdı, əvvəl dərsimizi oxumayanda müəllim əlimizin üstünə çubuqla döyərdi indi oxuyub söyüş öyrənirlər, indi şagird dərs oxumayanda müəllim onun telefonunu alır,indi dərs əvəzinə internet kluba gedirlər, indi məktəbdə oxuyub öyrənmək əvəzinə fərdi hazırlığa gedib öyrənirlər, atestatı pulla alırlar, bəzən universitetə pulla qəbul olurlar və s. bunun kimi misallar çox çəkmək olar...
  Bu azmış kimi bir güc bəla ilə universitetə daxil olurlar...Tələbəçilik həyatı kef damaq, ay brat - ay brat... əvvəllər tələbələr universitetə qəbul olanda çoxlu kitablar alır oxuyar mütaliə edər biliklərini artırardılar ki universitetdə hamıdan bilikli, mütaliəli olsunlar... İndi hamı özünə italyanskı qızıl, lak ayaqqabılar, mini yubka ki birinci kursuq elə geyinək ki deməsinlər ki kənddən gələnə oxşayırsan ( kənddən gəlmək söhbəti tam başqa mövzudur). Gəlirlər universitetə iki dəftər bir qələm...10 gün keçir artıq heç özləri də gəlmirlər yenə day-dayın, papanın cibləri sağ olsun pul verib qiymət alıb pul dağıdırlar...Kimisi təsbehlə gəlib srazu polojeniyaya baxmaqla məşğul olur, kimisi də papasının maşını ilə gəlib "risovkalıq" edib qızlara padxod etməklə... Ehhh bizim bu "müasir" zəmanəmiz... Sonumuz hara gedir görəsən...
  Əvvəl abituriyentlər universitetə qəbul olmaq üçün 300, 350 bal yığmalı idilər bu il isə 150...İnşallah gələn ildə 90 olar...

Çox təəccüblüdür doğrusu...

   Hərdən insanların sevgi ilə dostluğu səhv salması mənim marağıma səbəb oldu.Ətrafımda baş verən hadisələr və bilavasitə də mənim bu hadisələrin ağuşunda kəllə-mayallaq getməyim bu haqda düşünməyimə səbəb oldu.
  Bir neçə gün bundan qabaq metroda gəlirəm yanımda bir xanım əyləşib və telefonla oynayır. Qarşımda da bir QAQAŞ əyləşib və əlində telefon blutuz axtarmaqla məşğuldur. Mənimdə həmişə blutuzum açıq olur və blutuzumun adı "DİKTATOR"-dur. Qardaş elə hey mənə nömrə göndərir şəkil göndərir ki tanış olaq.Məndə baxıb gülürəm...Xeyli müddət keçdi düşdüm metrodan gəldim marşrutda əyləşdim və yenidən həmin qardaş peyda oldu.Mən lap arxa tərəfdə əyləşmişəm qaqaş da ayaq üstə yenə mənim blutuzuma rast gəlib başlayıb gic-gic şəkil göndərməyə.Çox gec olduğundan taksi ilə evə gəlməli oldum yenə bu qardaşla yol-yoldaşlıq etməli oldum.Qaqaş başlıyıb qızların tərbiyəsizliyindən danışmağa, başlayıb zəmanəsin tənqid etməyə...Susdum danışmadım...                  
   Ad çəkməsəm də bu faktı sizinlə bölüşmək istəyirəm.Bir oğlan var və bunun danışdığı bir qız var.Yəni tam olaraq dostcasına.Xeyli müddət danışdılar artıq hamı bildiki bunlar danışırlar və bu qaqaş da dost-tanışlarının yanında elə qələmə verir ki guya bu qızla sevgilidir. Şəxsən mənim özümə də onla danışmağından, görüşməyindən və s. öyünərək danışıb.Və bir az maraqlandıqdan sonra mənə məlum oldu ki bu oğlan bu qızla tam dostcasına danışır...
   Daha bir faktı sizinlə bölüşmək istəyirəm. Bir oğlan yaxınlaşır bir qıza.Salam, əleykə salam dost ola bilərik? Bəli... 3-4 gün keçir xəbər gəlir çatır ki bunlar artıq sevgilidirlər...
  Yaxud uzun illərdir ki, sevgili kimi tanıdığım çütlük artıq dostdular...Ya bu proseslər zəmanənin normal hadisələridir ya da mən anormalam...Bu gün dost sabah sevgili, bu gün sevgili sabah dost... Bu proseslərin belə sürətli şəkildə (hətta FORSAJLA) getməsi məni çox təəccübləndirir.Günahkar zəmanə deyil zaman həmin Şah İsmayılın, Koroğlunun, Babəkin zəmanəsidir amma insanlar həmin insanlar deyil, psixologiya həmin psixologiya deyil...Əslində bu proseslərin mənə heç bir maneçiliyi yoxdur əksinə belə daha rahatdır amma belə anormalcasına dəyişikliyin baş verməsi məni həddindən çox təəccübləndirir və marağıma səbəb olur...

понедельник, 13 августа 2012 г.

Ağdamda növbəti intihar hadisəsi baş verdi.

  Bəzilərimiz gecə yatarkən fikrmizdə sabah görəcəyimiz işləri planlaşdırarıq.Bəziləri üçünsə o sabahlar olmaz... Elə məhz Əbdürrəhmanov Rəhbər Xeybər oğlu belələrindən idi.
  Rəhbər Ağdam rayon Mahrızlı kənd sakini idi. O, dinlə məşğul olur, zamanın çoxunu isə məsciddə dua edərək keçirərdi. Ailəli idi, iki azyaşlı qızı da var idi...
   Ailəsini dolandırmaq üçün yeganə gəlir yeri Mollalıq edər, fərdi təsərrüfatla məşğul olardı. Ancaq bunlar, maddi tələbatı qarşılamaq üçün yetərli deyildir. Ata- anasının, həyat yoldaşının və iki azyaşlı qızının tələbatlarını ödəyə bilmədiyinə və maddi sıxıntılar içərisində yaşadığına görə, başqa çarə tapa bilməyəcəyini görüb, sabah uşaqlarının məzəmmət dolu baxışlarını görməmək üçün özünü gecə saatlarında qızcığazların yelləncəyinin ipi ilə asmışdır.İntiharın son anına kimi Allahdan ümidini üzmədi və can verərkən də telefonundakı Qurani-Kərim sədaları onu izlədi.Nə yazıq ki həyatda möcüzələr olmur...Allah ailəsinə səbr versin və günahlarını bağışlasın...

суббота, 11 августа 2012 г.

Cəbhə xətti silkələndi (FOTO)

Bu gün respublika ərazisində zəlzələ halları müşahidə olunub. Ölkənin cənub bölgəsində və Xəzər dənizində baş verən zəlzələnin təsiri qərb rayonlarında belə hiss edilib. Respublika Seymoloji  Xidmət Mərkəzindən məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməsə də  bölgələrdəki sakinlərin sözlərinə görə zəlzələnin təxminən 3-4 bal gücündə olduğunu söyləmək olar.
 Ölkə ərazisində baş vermiş bu zəlzələ Ağdam rayon sakinlərini də narahat edib.Narahatçılıqdan əlavə rayonun bir neçə kənd sakinlərinin evlərinə də ziyan dəymişdir.Kənd sakinlərinin bir neçəsinin evinə baxdıqdan sonra zəlzələnin həqiqətən də müəyyən mənada zərər vurduğunun şahidi ola bilərik.
  Evlərin divarlarında çatlar yaranmış, yeni təmirdən çıxmış bəzi evlərin divarları bir birindən aralanmış və  divar boyaları tökülmüşdür.













понедельник, 23 июля 2012 г.

Ağdamın işğalının 19-cu il dönümü anıldı.


Bu gün Ağdam rayon Döyüş Şöhrəti Muzeyində Ağdam rayonun ermənilər tərəfindən işğalının 19 illiyi münasibətilə tədbir keçirilmişdir.Tədbirdə Qarabağ müharibəsinin keçmiş könüllüləri iştirak etmişdir. Şəhidlərimizin əşyaları saxlanılan muzey və həyətdəki Mahrızlı-Zəngişalı kəndlərinin şəhidlərinin şərəfinə ucaldılmış abidə ziyarət edildikdən sonra iştirakçılar ön xəttə qədər yürüş etmiş, dağıdılmış və işğal altında olan ərazilərimizi müşahidə etmişlər.
  Əfqanıstan və Qarabağ müharibəsi veteranı Ələkbər Əliyev, Qarabağ müharibəsi veteranı, hal-hazırda təqaüddə olan, polis işçisi Asif Məmmədov və digərləri son və qəti döyüşün başlanmasının artıq vaxtı çatdığını bildirdilər.
  Tədbirdə iştirak edən digər iştirakçılar bu “Qara Təqvimin” uzandığından bezdiklərini bildirmişlər.
  Xatırladaq ki qeyd olunan tədbri Region TV-nin Ağdam Bürosunun əməkdaşları iştirak edərək tədbiri lentə aldılar.

среда, 20 июня 2012 г.

Yerin altına edilən inkişaf.

  Planetimiz daim inkişaf edir, hər gün yeni texnologiyalar, hər gün yeni kompaniyalar, hər gün yeni əsərlər, hər gün yeni musiqilər.Təbii ki hərəsi öz fərqliliyi və digərindən üstünlüyü ilə fərqlənir.
  Bəzən insanın düşdüyü mühit onu çox uzaqlara bəzən eramızdan əvvələ də apara bilir.Elə insanlar var keçmiş mühitə düşür və keçmişi təlqin edir, bəziləri müasir mühitə düşüb müasirliyi.Təbii ki bunu deyərkən insanın özünün inkişafa, müasirlik və dəyişikliklərə meyilini də nəzərə almaq lazımdır.Bəzən elə insanlara da rast gəlmək olar ki, nə inkişaf - müasirlik, nə də ki, keçmişə meyilli olur.Elə durduğu yerdəcə dayanıb durur.Nə irəli, nə də geri gedir.Belə insan tiplərində isə başqa bir problem vardır.Onlar irəli, geri yox tam əminliklə demək olar ki aşağıya doğru inkişaf edirlər.Elə məhz belə nümunələrdən biri də Elnur Valeh-dir.Bu insan öz aləmində düşünüb ki reytinqləri partladacaq, Mickhael Jackson (Maykl Cekson) kimi qəlblərdə yaşayacaq və nəhayət bu yayın ən Hit mahnısını yaradacaq.Elə bu arzularla da o yerin altına tərəf inkişaf etməyə başladı.Belə insanları çox vaxt mühitimizdə qıjı adlandırırlar.Amma mən əminəm ki Qıjı bitkisi onun adının belə insanlara verilməsindən xəbərdar olsa adını dəyişib insan edər.Onun youtube-yə yerləşdirdiyi Elnur Valeh ŞIKI ŞIKI BA BA mahnısına çox maraqlı bir rəy yazılıb onu sizin nəzərinizə çatdırmaq istəyirəm.
Saat 12den sora yazilibe deyesen mahni :D
 Mahnıya qulaq asın sonra yazdıqlarımın nə dərəcədə doğru olduğunu qeyd etməyi unutmayın...

четверг, 14 июня 2012 г.

Onun da haqqı var.O nə etməli?

  Hər kəs doğularkən eyni doğulur və bərabərhüquqlu olur.Lakin böyüdükcə, yaşımızın üstünə yaş gəldikcə müəyyən çətinlik bə problemlərlə üzləşirik.Əl əlxsus da Azərbaycanda insan hüquq və azadlıqları baxmından kasad bir yerdə.İstər cəmiyyətimiz, istərsə də hakimiyyətimiz bacardığı qədər insanların azadlıqlarına məhrumiyyət qoyur. Azda olsa kişilər arasında bir az sərbəstliklər, azadlıqlar var lakin xanımlar arasında istər valideyinlər tərəfindən istərsə cəmiyyətimiz tərəfindən azadlıqlarına sərhədlər qoyulur.Elə mənimdə bəhz etmək istədiyim bir xanımın rastlaşdığı acınacaqlı bir gündəliyini sizə çatdırmaq istəyirəm.
  İtərdim ki onun öz dili ilə dediklərinizi nəzərinizə çatdırım.
  - Deməli belə 22 yaşım var.Problemim işləmək, evdən çıxmaq, ümumiyyətlə öz istədiyim həyatı yaşamaqdır. Atam buna mane olur. O 6 ildi heç yerdə işləmir, hər gün eyni şey. Səhər saat 10 tamamda oyanıb gəlir televizoru açır və axşama qədər bu insan divanda oturub TV-yə baxır.4 dəfə həbsdə olub.
  Mən ondan soruşdum ki, bəs ailəniz hansı gəlirlər hesabına özünü təmin edir? cavabı belə oldu:
  - Anamın hesabına. Anam həm aptekdə işləyirhəm də kosmetika satışı ilə məşğuldur.
   -Mənim üçün evdən bayıra çıxmaq əməlli başlı problemə çevrilib Mən neformalam, qara rəngi sevirəm.Bütün əşyalarım qara rəngdədir.Yəqin ki keçid dövrümü yaşadığıma görə hələ də dəyişməmişəm.Bu cür qeyri-adi həyatı, yaradıcılığı çox sevirəm.Bütün paltarlarımı özüm tikirəm.Nə isə...Əsas məsələ ondadır ki, mən istəmədiyim şeyi etməyə məcbur deyiləm.Mənim 15-16 yaşım yoxdur, mən azad vətəndaşam.Məcburiyyət edilə bilməz mənə qarşı.
   -Atam hemişə hər xırda detala görə məni və bacımı döyür, söyür. (Bacımın 23 yaşı var). Bu düzgün deyil. Oturub sözlə başa salmagı bacarmır bu insan.Hər xırda sözə görə gəlib vurur. Özü də ancaq başın gicgah nahiyyəsindən təpiklə vurur. Bir neçe dəfə çantamın ipi ilə məni boğmağa çalışırdı anam ağladı qoymadı. Hemişə şəhərə gəzməyə və ya hansısa iş dalınca gedəndə üstümə qışqiırır. Dala qayıt, keç otur evdə deyir gəlib ağır ayaq zərbələri ilə başıma vurur. Anam da ondan qorxur.
   -Evdə hamını ölümlə hədələyir.
   -Psixi pozğunluğu da var onu deyim ki. Hemişə problem çıxanda telefonlarımızı və kompyuterimizi əlimizdən alır. Sizi qəbirə göndərəcəm deyir. Bu cür rəftarın səbəbini bilmirəm. Uşaqlıq çağımdan bu günə qədər döyüb ağzına gələni söyür.
  Bildirdim ki, bəlkə bunun səbəbi sənin geyim tərzin, qeyri-adiliyindir?
   -Yox ! Səbəb geyim deyil o sadəcə bizə nifrət edir!
  -Evdən qoymurlar şıxıb bir yerə getməyə. 34 gündü evdəyəm.
  • Dəhşətdi. Mayın 12-dən bu günə qədər...
  Doğurdanda çox çətin bir vəziyyətdir.Demək olar ki, belə bir vəziyyət bəzi ailələrdə də var.Bu qədər kəskin olmasa da amma ailələrdə valideyinlər övladlarının azadlıqlarını, sərbəstliklərini əllərindən alırlar...

вторник, 12 июня 2012 г.

Mehman Hüseynov saxlanıldı!

RATİ -nin əməkdaşı, fotoreportyor Mehman Hüseynov təqsirləndirilən şəxs kimi Səbayel rayon polis idarəsində saxlanılıb.RATİ-nin rəhbəri Emin Hüseynovun Amerikanın Səsi radiosuna bildirdiyinə görə Mehman cinayət məcəlləsinin 221.1-ci maddəsi ilə (Xuliqanlıq) təqsirli bilinir.
 Hamımız səninləyik Mehman!

понедельник, 11 июня 2012 г.

Araz kafe boykot olunur!

Bakının mərkəzi küçələrindən birində yerləşən Araz kafesi hər bir zaman demokratik və azad fikirli insanların birləşdiyi məkan olub.Son dönəmlər vəziyyətin müəyyən dəyişikliklərə məruz qalması nəticəsində Araz kafeyə müxtəlif təzyiqlər olunur və hüquq mühafizə orqanları tərəfindən xüsusi tapşırıqla azad fikirli insanlara həmin obyektdə hörmətsizlik, süni qiymət artımı və digər neqativ hərəkətlərə yol verilir.Bu səbəbdən də demokratik, azad düşüncəli insanlar olaraq "ARAZ KAFENİ BAYKOT EDİRİK.SƏN DƏ QOŞUL!!!" kompabiyasına START veririk.Hər birimiz qoşulaq və ən qısa zamanda oranı boykot edək.Hamıya məlumdur ki azad fikirli insanlar günün əksər saatlarını orada olur və külli məbləğdə onların büdcəsinə xeyir verir.Lakin belə neqativ hallara görə həmin məkan boykot olunacaq və ən yaxın zamanda ora iflas olacaq!

четверг, 7 июня 2012 г.

Cəbhə xəttindən yenilənmiş son məlumat.

 Dünən cəbhə xəttində baş vermiş olayla bağlı bəzi məlumatlar əldə etmişəm.Əldə etdiyim məlumatların bəzi hissəsin axşam əldə etmişdim və gecə vaxtı camaatı panikaya salmaq istəmədim.Deməli vəziyyət belədir.
  Axşam saat 10-11 arası Ağdamda atışma səsləri eşidilib.Və az bir müddət içərisində intensivləşib.Bütün səngərlərdə esgər və zabit heyəti döyüş vəziyyəti alıblar.Həyəcan siqnalı çalınıb göyə fişənglər də atılıb.Kənd sakinlərinin verdiyi məlumata görə göydə trayser tipli güllələri də görmək olurdu.Azərbaycan tərəfindən 3 tank və bir neçə (4-dən çox) hərbi helikopterlər də cəbhə xəttinə yan alıb.Döyüş zamanı isə Azəraycan tərəfindən havaya qaldırılan pilotsuz təyyarə faktı isə bəzi mənbələr tərəfindən təsdiqlənib.Hərbi yardımlar gətirilib gecə saatlarında güllə və hərbi sursatlar.Kənd camaatının əksəriyyəti elə gecə ikən kəndi tərk ediblər.Ciddi döyüşlər olub atışma səsləri və ağır artilleriyadan açılan atəşlər də qeydə alınıb.Verilən məlumata görə atəş zamanı evlər silkələnirmiş.Hətta evlərdən bir neçəsinin pəncərəsi də sınıb.
  Digər mənbədən aldığım məlumatlara görə isə Ağdam tərəfdən ermənilər itki də veriblər.Azərbaycan tərəfindən itki yoxdur.Yaralı var. Deyilənlərə görə Azərbaycan əsgərləri 3 erməni postunu da ələ keçiriblər.Hal-hazırda da ara sıra atışma səsləri eşidilir.Vəziyyət Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir!
  Mülahizəmə görə isə bu müharibə vəziyyəti süni olaraq yaradılmış müharibə vəziyyətidir.Və razılaşdırılmış bir "müharibədir".Səbəb isə gələn il olacaq prezident seçkiləridir.2009-cu il Konstitusiyaya edilən dəyişikliklərə görə müharibə şəraitində prezident seçkilərinin keçirilməsi Konstitusiya məhkəməsinin qərarı əsasında dayandırıla bilər.Mən düşünürəm ki bu hakimiyyət tərəfindən yaradılmış bir vəziyyətdir.

Naməlum obyektin niyə məhz Azərbaycan səmasında görsənməsi aydınlaşdırıldı!

Bakı səmasında görünən naməlum obyektin niyə məhz Bakı səmasında uçması dəqiqləşdirildi.Bu naməlum obyekt son dönəmlər Azərbaycanın yüksək inkişafı və gələcək perspektivləri haqqında məlumat əldə etdikdən sonra onda belə bir istək yaranıb ki yüz dəfə eşidməydənsə bir dəfə görmək lazımdır.Və nəhayət uzun müddət səbr etdikdən sonra Azərbaycan-Bakı səmasında görsəndi.Azərbaycanda baş vermiş yüksək inkişafın, söz azadlığının, sərbəst toplaşma azadlığının canlı şahidi oldu və Ümummilli Liderimizin qəbrini ziyarət edib birdən də yoxa çıxdı.Bunun üçün də cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasətinə borcluyuq.

Bəs bu dövlət televiziyaları nə işlə məşğuldur?

Artıq bir neçə gündür ki cəbhə xəttində atəşkəs rejimi dəfələrlə pozulub və hətta hücum faktları da qeydə alınıb.Rəsmi açıqlamalar verilməsə də, hətta itkilərimizin sayı gizlədilsə də amma bu reallıqdır.Təbii ki Vətənin müdafiəsində itkilərin olması normal haldır.Amma atəşkəs imzalandığı təqdirdə belə halların olması doğurdan da təəssüflə qeyd ediləsi bir haldır.
 Son məlumatlara görə cəbhə xəttinin Qazax istiqamətində erməni kəşfiyyatçıları Azərbaycan tərəfə keçərək əl qumbaras vesitəsilə 5 nəfər əsgərimizi qətlə ytirib 2-si isə yaralanıb.Lakin TV-lərdə bu məlumat fərgli şəkildə yayımlanıb.Onların dediklərinə görə 4 nəfər həlak olub və bu gün də bir nəfər Kür çayında boğularaq dünyasını dəyişib.
  Maraqlısı budur ki Azərbaycan tərəfinin itkiləri haqqında məlumat azda olsa verilib bəs niyə erməni hərbçilərinin itkiləri haqqında azda olsa məlumat yayımlanmır? Biz niyə məlumatı erməni saytlarından, ordan-burdan əldə etməliyik? Bəs bu dövlət televiziyaları, bəs bu dövlət radioları, qəzetləri, KİV-ləri hara baxır? Və yaxud hansısa mənbədən dəqiq saxtalaşdırılmamış məlumat əldə edəciyik və nə zaman? Məgər itkilər bizdən itmir? Məgər bizim haqqımız yoxdur ki məlumat əldə edək? Camaatı fil qulağında nə vaxta kkimi yatızdıracaqsınız? Bütün gün mənasız avara-avara dövlət büdcəsindən danışırsız, 2005-ci ildən qalma xəbərlər programını yayımlamaqla məşğulsunuz, boş-boş əyləncə, şou-bizneslə məşğulsunuz.Nə vaxt bəs bu xalq, bu millət dövlətçilik haqqında düşünəcəksiniz? Siz bilirsinizmi yalan verdiyiniz məlumatlara görə şəhid valideyinləri, qohum əqrəbaları sizin murar cəmdəyinizə tüpürür? Şərəfini hakimiyyətə, namusunu vicdanına qul edən nökərlər!

пятница, 18 мая 2012 г.

Ağdamda şahidlərin xatirəsi bir daha əbədiləşdirildi.


Bu gün Laçının işğalı günü və Muzeylər günü idi.Bu münasibətləAğdam Rayon Qarabağ Şəhidlərinin Döyüş Şöhrəti muzeyi özünün Qarabağ şəhidləri bağında, muzeyin yerləşdiyi Ağdam rayon Mahrızlı kəndindən olan şəhidlərin xatirəsinə qurulmuş abidənin açılış mərasimini qeyd etdi.Açılış mərasimində rayon Mədəniyyət və Turizm Şöbəsinin müdriyyəti, təhsil işçiləri, rayonun məsul vəzifədə çalışanları, şagirdlər, şəhidlərin ailə üzvləri və kənd sakinləri iştirak etdilər. Xatırladaq ki  bu abidə muzey işçilərinin şəxsi təşəbbüsü və kənd sakinlərinin vəsaiti hesabına ərsəyə gəlmişdir.Bu abidənin açılış mərasimi region televiziyaları vasitəsilə çəkilib yayımlanmışdır.
 Açılış mərasimində çıxış edən Muzeyin direktoru və layihənin təşəbbüskarı İntiqam Əsədov öz çıxışı zamanı vurğuladı ki abidənin ucaldılmasında əsas məqsəd  gələcək nəslin öz keçmişi ilə tanış olmaq, onlardan qəhrəmanlıq nümunəsi almaq və  şagirdlərin yeniyetmə yaşlarından vətənpərvər ruhda tərbiyə olunmasıdır.

понедельник, 7 мая 2012 г.

суббота, 5 мая 2012 г.

Gəlin bizdə Eurovisiona hazırlaşaq!


Bildiyimiz kimi Eurovision musiqi yarışması bu il Azərbaycanda keçiriləcəkdir.Hal-hazırda Eurovisiona çox az vaxt qaldığı üçün hakimiyyət nümayəndələri və məsul şəxslər bu musiqi yarışmasına ciddi cəhdlə hazırlaşır.Biz misal üçün götürə bilərik polisləri, misal üçün ARDNŞ-ni və s. Belə olduğu təqdirdə ARDNŞ-nin müəyyən qoçuları qanunsuz olaraq sakinlərin evlərini sökür, hər gün qeyri adi analogu olmayan özbaşınalıqlar törədir və bacardığı sayda insan kütləsini özündən narazı edir! Buda Eurovisiona hazırlıq mərhələsi... Polislər isə sanki o üzbaşınalışmış qoçuların ayağının altına daş qoyur.İnsanlar zorakılıqlara məruz qalır, evlərindən çıxarılır evləri başlarına üçürdulur və s. 
  Əgər belədirsə biz hər gün onları gözləyib bizim evimizin də sökülməyini, sizin evinizin də sökülməyini gözləməliyik? Niyə başqasının başına belə hadisələr gəldikdə hamımız sanki növbə gözləyirmiş kimi oturub gözləyirik? Hamımıza məlum olduğu kimi Azərbaycan hakimiyyəti külli miqdarda Eurovision layihəsinə maliyyə xərcləyib.Hətta bu yaxınlarda 1.5 milyard olacaq çəkilən xərclərin miqdarı. Biz isə hələ də susuruq hətta çoxları fəxarət hissi ilə Eurovisiondan həzz almağa çalışır.Amma kimlərinsə bu mənasız piyardan həzz almasının güdazına nə qədər insan getdi...Nə qədər insan evsiz qaldı...Çoxları isti evində kreslosunda əyləşib əlində çay Tv-yə yaxud yanında qohum əqrəbəsi Eurovisiona gedib rahat - rahat baxdığı halda çoxları gecə yatmağ üçün yerdə tapmayacaq, bəlkə də yeməyə çörək də tapmayacaq amma buna rəğmən biz yenə susuruq...Görəsən biz nə vaxt bu Eurovisiona hazırlaşacıq? Görəsən biz nə vaxt ayağa qalxıb öz tapdanmış hüquqlarımızı müdafiə edəcəyik? Yoxsa əzilə-əzilə gəldiyimiz kimi, əzilə-əzilədə gedəcəyik bu dünyadan???

воскресенье, 29 апреля 2012 г.

30 aprelin gizli faktları və hakimiyyətimizin növbəti iyrəncliyi

Əziz oxucular 2009-cu il 30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı baş verdikdən sonra Azərbaycan hakimiyyəti hadisə ilə bağlı istintaq apardı və 3 nəfər azərbaycanlı  (Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov) ömrlük, Ariz Qabulov isə 11 il azadlıqdan məhrum edildi. Amma F.Qədirovun sifariş aldığı Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində yaşayan erməni Mardun Qumaşyan isə hal-hazırda azadlıqdadır və sərbəstdir.Azərbaycan hakimiyyətinin növbəti şərəfsizliyindən biri də burada bəlli oldu.Hakimiyyətimizin verdiyi məlumata görə həmin erməni axtarışdadır.Xalqxəbər.info-saytının Gürcüstana ezam olunmuş əməkdaşı Tofiq Yaqublu həmin ermənin həqiqətən də axtarışda olmadığını təsdiqlədi.Gürcüstan polisi də faktı təsdiqlədi.Müxbir Tofiq Yaqublunun Qumaşyanla reportajı işıq üzü gördükdən sonra məhkəmədə açıqlama verən Abdulla Yusifov bildirib ki Qumaşyan İNTERPOLL xətti ilə axtarışa verilib.
  Növbəti prosesdə isə C.Amirovun vəkili Hüseynxan Mustafayev Baş Prokurorluğun adını sifarişçi kimi yazdığı Qumaşyanın axtarışa verilməməsi barədə sənədi hakimə təqdim etdi: "Mən İnterpoll-dan arayış almamışam.Qumaşyan heç yerdə axtarılmır"
 Demeli belə çıxır ki, hakimiyyət burda da iç üzünü göstərdi.Terror aktının sifarişçisi azadlıqda, axtarışda olmadığı halda hələ də hakimiyyət özünə haqq qazandıraraq onun axtarışda olduğunu söyləyir ar olsun belə hakimiyyətə...
Qeyd etdiyim fakt: Xalqxeber.info-saytının əməkdaşı Peyman Sadiqov-un araşdırılmış yazısına əsasəndir!


"

İyrenc hakimiyyetimiz!


Xeyli müddətdir blog yazmıram səbəbi isə sadəcə olaraq gözləmə mövqeyində olmağımla bağlıdır.Düşünürəm ki zaman gələcək onlar da etdikləri əməllərə göə utanacaq azda olsa xəcalət çəkəcəklər.Amma xeyli müddət hətta vəziyyətin maksimal gərgin olduğu ana qədər gözlədim heç də mən düşündüyüm kimi olmadığını gördüm.Bunlar hələ də öz çirkin əməlləri ilə həm ölkəmizi həm də saf, masum olan xalqımızı da çirkləndirirlər.Artıq demək olar ki ölkəmiz çox acınacaqlı və özbaşınalıq içərisindədir.Kim nə istəyir edir, kim necə istəyir elədə hərəkət edir, kim haranı gəldi kimin evi olur olsun sökdürür və s. Bu hələ gündəlik qarşılaşdığımız problemlərdir hələ bu iyrənclik davam edir.Müsavat Televiziyası adlı bir sayt yaradaraq iyrənc əməllər törədən bu hakimiyyət orqanları hələ də bu iyrənliyi başqalarının şəxsi həyatına müdaxiləni dayandırmırlar.Bu qədər haqsızlıqmı olar? Bunlar insan haqlarının toxunulmaz olduqlarını bilmirlər bəyəm! Çox iyrənc bir hərəkətləri ilə hər gün gündəmə gəlməkdən həzz alır bu hakimiyyət.Artıq bəsdir! Sanki xalqımızda bundan qürur hissi keçirirmiş kimi susurlar.Sadəcə çarəsizcəsinə Allahdan möcüzə gözləyirlər.Ən azından bizdə nəsə etməliyik hər hansı yolla olursa olsun hakimiyyətə öz etirazımızı çatdırmalıyıq.Əlbəttə biz 1-5-10 olsaq onlarçun bizi susdurmaq çox asan olacaq və bu insanlara qarşı istənilən namərdliyə gedəcəklər.Amma biz kütlə olaraq öz etirazımızı bildirsək yüz minlərlə bir etiraz kütləsi ilə üzbə-üz dayansalar o zaman bu etdiklərinin ehsabının onlara baha başa gələcəklərinə əmin olacaqlar.Yalnız ondan sonra sözümüzü deyib haqqımızı tələb edə bilərik!

понедельник, 27 февраля 2012 г.

Müəllim adına ləkə gətirən professor!

Dünən universitetimizdə ( Azərbaycan İctimai-Siyasi Universitetdə) dərsdə idim.Professor,dosent Zahid Məmmədov adlı bir müəllimimiz indiki yazacağım blog yazısının qəhrəmanı olacaq.O yəni Zahid müəllim BDU-da Kafedra rəhbəridir öz dediyinə görə.Və ixtisası isə İqtisadi coğrafiyadır.Dünən isə keçdiyimiz mövzu nəqliyyat sistemləri idi.Söhbət uzandı və azərbaycanın keçmişinə gəldi çıxdı.Bu Zahid müəllim də sırf YAP-çıdır və öz siyası baxışını aedetoriyada gizlədə bilmir.Azərbaycandan danışarkən o bildirdi ki biz hələ yeni müstəqil olmuşuq artıq 20 ildir görün ölkəmiz necə inkişaf edib o vaxtı 92-93-cü illərdə AXC hakimiyyəti ölkəni elə bərbad hala saldı ki 20 ildir hələ ölkəmiz o fəsadları aradan qaldıra bilmir və s. Mən isə bir yalvar yaxar ilə söz aldım müəllimdən ki məsələyə münasibətimi bildirim.Və məndə olan dəqiq məlumatlara görə o vaxt Hitler hakimiyyətə gələndə 6 il ərzində ölkəni müharibəyə hazır etdi və hətta az qala dünya ölkələrinə meydan oxuyurdu! Mən isə bunu deyərək bildirdim ki artıq Hitlerlə Əliyevi eyniləşdirmirəm hal bu ki Heydər Əliyevi ümumiyyətlə Əliyevləri Hitlerdən də ağıllı hesab edirsiniz necə oldu ki 6 il 20 ilə çevrildi hələ də uzaqgörən siyasətçimiz ölkəni düzəldə bilmədi hələ də inkişafdan danışırsınız.Hər il Dənizkənarı Park sökülür tikilir milyardlarla vəsait ayrılır hər il hamısı yeyilir ortalığa isə nalayıq bir şey çıxardırlar.olmazmı ki bunu etibarlı etsinlər ən azı 2 il müddətinə düzəltsinlər növbəti ilin maliyyəsini dəmiryol reyslərinin çəkilməsi və dəmiryol nəqliyyatının bütün bölgələri əhatə edəcək bir nəqliyyat sistemi yaratsınlar? Həmin vaxtlardan 20 il ötməsinə baxmayaraq öz uğursuzluqlarını AXC-nin adı ilə bağlayırsınız! Bu sualın qarşısında müəllim mənim sözümü kəsdi və dedi ki bu tərzdə kəs səsini başından yekə danışma! Və suallarımı cavablandırarkən isə mənim açıqlamama izah gətirərkən isə heç bu məsələlərə toxunmadı da başqa başqa mövzularda danışıb diqqəti söhbətdən yayındırdı.Dərs bitdikdən sonra dekanlıqda yaxınlaşdım ona və dedim ki ikilikdə məsələyə aydınlıq gətirsin.Müəllimin isə qısa və lakonik bir açıqlaması oldu. O belə dedi: Oğlum aedetoriyada hər şeyi danışmaq olmur.Bu çox geniş bir mövzudur bunu bir dərsə danışmaq olmaz.Mənim ixtisasim sırf iqtisadi baxımdandır ona görə bu haqda gəl danışmayaq tarixi siyasi mövzularda. Mən isə bildirdim ki müəllim xahiş edirəm aedetoriyada ixtisasınıza xas olan mövzularda danışın.İxtisasınızdan kənara çıxıb bilmədiyiniz mövzular haqqında danışmayın!
  Bax beləcə bir qalmaqal yaşansa da mən burda müəllimin mövqeyini başa düşə bilmədim.O niyə bilmədiyi şeylər haqqında belə əminliklə danışır dərinə getdikdə isə ixtisası olmadığını bildirərək məsələdən yayındı...Ar olsun belə ikiüzlü müəllimlərə, müəllim adına ləkə gətirən ikiayaqlılara!

воскресенье, 26 февраля 2012 г.

Bu günün utanc verici gəncləri !

 Xeyli vaxtdır ki bloguma yazı yazmıram.Bu gün qərara gəldim ki yazılarımı davam etdirim.İlk yazımı istərdim bu gün qarşılaşdığım hadisəyə həsr edim.
 Bu gün mən internetklubda əyləşib Həbib Müntəzir-in divarındakı şəkillərə baxır rəylər yazırdım.Qulağımda qulaqcıq olduğundan ətrafımda baş verən hadisələri eşitmirdim.Tam fikrim şəkillərdə idi.Xeyli zaman keçdikdən sonra bir oğlan çiynimdən sirkələdi və baxdıqda gördüm ki 3-4 nəfər mənim yanımda durub şəkillərə baxırlar.Qulaqcığı çıxardım klub sahibi mənə dedi ki;
-bu oğlan kimdir onun tutub salacaqlar içəri.Ona yaz ki ağıllı olsun.Özündə bağla bu səhifəni görüb eliyən olar problem yaratma.Cəhənnəm özün bizə də problem yaradacaqlar.
 Daha sonra onlar mənim kompyuterimi bağladılar.Mən isə başqa kluba getdim.Siz bir fikir verin camaat necə qorxudulub,camaat necə sıxılıbsa artıq adi bir şəkillərə baxanda belə bunlar qorxurlar.Onlara deyilən hər bir söz mənasızdır düşünürəm ki.Bunlar bu gün adi bir şəkilə baxmaqdan qorxurlarsa o zaman sabah bunların hərbi xidməti necə başa vuracaqları məndə şübhə doğurur.
 Mən belə düşünürəm ki bu xalqı ayağa qaldırmaq üçün, onların gözündəki, ürəklərindəki qorxunu götürməkçün xeyli işlər görmək lazımdır.Hal-hazırda ölkəmizdə gənc nəslin sayı üstünlük təşkil etdiyi bir zamanda belə gəncliyin də üstünlük təşkil etməsi həqiqətən də utandırıcı bir haldır.Əgər sənin haqqını, sənin mənəviyyatını, şərəfini yerə vuran bir hakimiyyətdən, torpaqlarını satan indi isə öz suçunu başqalarının üstünə rəzilcəsinə atan bu rejimdən qorxuruqsa onda demək olar ki biz hakimiyyətə bundan daha betəri üçün əlverişli zəmin yaratmış oluruq.Bu gün başıma gələn bu hadisə doğurdanda çox pis təsir etdi mənə.Mən amma yenə də ümidimi, Azadlıq eşqimi itirmirəm.Vaxt gələcək, zaman yetişəcək mühit özü bizimçün və yatmış millətçün məqam yaradacaq ki hər birimiz bu ailə hakimiyyətindən şəhidlərimizin, siyasi vicdan məhbuslarımızın, öldürülən jurnalistlərimizin qisasını alacağıq!!!