понедельник, 31 октября 2011 г.

"Demokrat" Gənclər Təşkilatı bəyanat yaydı


 “Demokrat” gənclər təşkilatı Azərbaycana gətirilmiş artıq yeni olmayan “London” taksilərinin fəaliyyəti ilə bağlı digər taksi sürücülərinə edilən haqsızlıqları pisləyir və haqqın bərqərar olunmasını tələb edirlər.
Hamımıza məlum olduğu kimi Azərbaycana yeni gətirilmiş “London” taksiləri digər taksi sürücülərini narahat edir və haqsız şəkildə onların fəaliyyətinə mane olur,onlara təzyiqlər olunur və onlar incidilirlər.
“Demokrat” gənclər təşkilatı hesab edir ki, birbaşa bəzi özün təsdiq etməmiş qurumlar “London” aurası yaratmaq və bu taksilərin fəaliyyətini şəhərimizin gözəlləşməsi kimi qiymətləndirən insanlar digır taksi sürücülərinin fəaliyyətini boğur və onların dayanacağı əllərindən alınaraq “London”-laşmış taksilərə verilir və özləri isə dayanacaqdan uzaqlaşdırılıraraq haqsız təzyiqlərə məruz qalırlar.
Yarandığı gündən Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin ali məqsəd olduğunu nəzərə alaraq, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu işinə, mülki cəmiyyətin yaradılmasın insanların hüquq və azadlıqlarının müdafiəsi üçün mübarizəni ən yüksək səviyyədə təşkil etmək və insan hüquq və azadlıqları ilə bağlı ictimaiyyəti maarifləndirmək, məlumtlandırmaq, həmçinin, gənclər arasında ictimai fəallığın artırılması özünə əsas məqsəd kimi seçən “Demokrat” gənclər təşkilatı bəyan edir ki, digər taksiçilərin hüquqları tapdanılmamalı və haqları qorunmalıdırlar.Onların da haqqı-hüququ var fəaliyyət üçün,necə ki “London” taksilərinin hüquqları təmin olunur,digər taksi sürücülərinin də hüquqları bərpa olunmalı və onların fəaliyyətinə davam verilməlidir.Əks halda “London” taksilərinin fəaliyyətinə “Baykot” elan edecəyik və həmin taksilərin fəaliyyətini məhdudlaşdırmağa-onlardan ümumiyyətlə istifadə etməməyə çalışacağıq.
“Demokrat” gənclər təşkilatı bəzi təşkilatlardan Azərbaycan Respublikası Konstitusiyasına əməl etməyi,insan hüquq və AZADLIQ-larının təmin olunmasını və xalqa olunan çoxsaylı təzyiqlərə son qoyulmasını tələb edir.

* “Demokrat” Gənclər təşkilatı  2011-ci il avqust ayında bir neçə tələbə tərəfindən tərəfindən yaradılan müstəqil gənclər təşkilatıdır.



суббота, 29 октября 2011 г.

İctimai Palatanın 29 oktyabr 2011-ci il tarixli sessiyası keçirildi.



  İctimai Palatanın 2 aprel dinc etiraz aksi yası ilə əlaqədar həbs olunanların məhkəməsinin yekunları ilə bağlı bəyanatı
İctimai Palatanın qərarı ilə 02 aprel 2011-ci il tarixində əsaslı siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 14 nəfərə qarşı heç bir hüquqi əsas olmadan qondarma cinayət işi açılıb.
Məhkəmələrin gedişi zamanı müqəssir hesab edilən şəxslərin sərbəst ifadələri, onların və vəkillərin məhkəmədə etdikləri son çıxışları qaldırılan cinayət işinin tamamilə saxta olduğunu, istintaqın heç bir real fakta sahib olmadığını və bu işin siyasi sifariş olduğunu bir daha təsdiq etdi. Zərərçəkənlərin öyrədilmiş və ya bu işə məcbur edilmiş şəxslərdən, ittiham tərəfinin şahidlərinin isə əsasən hüquq-mühafizə orqanlarının işçilərindən və ya onların agentura şəbəkəsindən ibarət olduğu sübut olundu.
Məhbusların və onların vəkillərinin təqdim etdiyi təkzibedilməz faktlar əsasında məhkəmələrdə araşdırılan cinayət işinin saxta olduğunun sübuta yetirilməsi, vəkillərin qaldırdıqları qanunauyğun vəsatətlərin heç bir qanuni əsas göstərilmədən, bəzən isə vəsatətlər oxunmadan hakimlər tərəfindən bir qayda olaraq təmin edilməməsi, məhkəmələrin kiçik iclas zallarında yarımqapalı şəraitdə keçirilməsi, zərərçəkənlərin və şahidlərin təqsirləndirilən şəxslərə qarşı kobudluqlarının hakimlər tərəfindən qarşısının alınmaması, dövlət ittihamçısının vəkillərin verdiyi sualları heç bir əsas olmadan çıxarılmasını tələb etməsi və hakimin buna sözsüz əməl etməsi, vəkillər Xalid Bağırov və Elçin Namazovun absurd bəhanələrlər vəkillikdən kənar edilməsi bu işin siyasi sifariş olduğunu bir daha təsdiq etdi.
Artıq Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən  Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Nəsimi rayon məhkəməsinin çıxardığı hökmə əsasən Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il və Elnur Məcidli 2 il, Göyçay rayon məhkəməsinin çıxardığı hökmə əsasən Vidadi İsgəndərli 3 il azadlıqdan məhrum ediliblər. Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Fuad Qəhrəmanlı 2 il şərti cəzaya məhkum edilib.
02 aprel mitinqinə hazırlığı pozmaq məqsədilə şərlənərək həbs olunan Şahin Həsənli qanunsuz silah saxlamaq ittihamı ilə avqust ayında Şəmkir rayon məhkəməsinin çıxardığı hökmə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilib.
Arif Alışlı, Elnur İsrəfilov, Sahib Kərimov, Elşən Həsənov, Babək Həsənov, Zülfüqar Eyvazlı və Şahin Həsənlinin apellyasiya şikayətinə baxılıb, 6 nəfərin hökmü eynilə saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.
Bu qanunsuz, ədalətsiz hökm ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır və günahsız insanların dərhal azad edilməsini tələb edilir.
Məhkəmə prosesləri zamanı bir daha təsdiq olundu ki, bu proses mürtəce rejimlə barışmayan, ölkədə demokratik cəmiyyət qururlması uğrunda dinc mübarizə aparan günahsız insanların cəzalandırılması prosesindən başqa bir şey deyil.
Bu hal “Eurovizion” mahnı müsabiqəsini keçirməyə hazırlaşan və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən 10  ölkədən biri olan Azərbaycan Respublikasının imicinə qara ləkədir.
İctimai Palata azadlıqsevər hər bir Azərbaycan vətəndaşını məhkəmələrdə əsassız ittiham olunan dönməz mübarizləri - vicdan məhbuslarını ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq müdafiə etməyə çağırır.
İctimai Palata qaldırılmış cinayət işlərinin məhkəmədə baxılması zamanı yol verilən qanun pozuntularını, dövlət ittihamçılarının və hakimlərin real faktlara yox, aldığı siyasi sifarişə görə çıxardığı qərarı ölkədə qanunların aliliyinə əməl olunmadığını, hüquq-mühafizə orqanlarının və məhkəmələrin sifarişlər əsasında qərarlar verdiyini, ölkənin imicinə sayğısızlıq kimi qiymətləndirir və iqtidardan ölkə qanunlarına və imzaladığı beynəlxalq Konvensiyaların tələblərinə əməl etməyi tələb edir.
2003-cü il 16 oktyabr hadisələrindən sonra qeyri-qanuni olaraq həbs edilmiş Müsavat Partiyası icra aparatının rəhbəri, istiqlalçı millət vəkili Arif Hacılı və digər şəxslərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin bugünlərdə qəbul olunan qərarı bir daha Azərbaycan hüquq-mühafizə orqanları və məhkəmələrinin qanunun aliliyinə əməl etməməsinin bariz nümunəsidir. 02 aprel aksiyası ilə bağlı keçirilən məhkəmələrin cıxardığı qeyri-qanuni qərarların aqibətinin də belə olacağı şübhə doğurmur.
Ən yeni tarix dönə-dönə sübut etdi ki, sonunda diktatorlar, mürtəce avtoritar rejimlər məğlub olurlar, azadlıq uğrunda mübarizəyə qalxmış xalqa qalib gəlmək mümkün deyil. İctimai Palata bir daha hakimiyyətə müraciət edərək onu, özünün qanunsuz və ədalətsiz hərəkətləri haqqında ciddi düşünməyə, dünyada gedən inqilabi demokratik prosesləri götür-qoy etməyə və günahsız insanları dərhal azad etməyə çağırır.
29 oktyabr 2011”.

  İctimai Palatanın 2013-cü il prezident seçkiləri ilə bağlı bəyanatı
İctimai Palata ölkədə siyasi islahatların sarsıntısız və sivil formada həyata keçməsini mümkün edəcək   mühitin yaradılması üçün hazırlayıb iqtidara  təqdim  etdiyi “Demokratiyaya Keçidin Yol Xəritəsi”ndə 2013-cü il növbəti prezident seçkilərinə qədər Konstitusiyada dəyişiklik edilərək bir nəfərin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran normanın bərpasını irəli sürmüşdü.
Bu zaman nəzərə alınıb ki, hətta vətəndaşın öz siyasi iradəsini ifadə etməsi, hakimiyyətin seçkilər yolu ilə dəyişməsi üçün hər cür şəraitin mövcud olduğu, hüquq dövləti, vətəndaş cəmiyyətinin, müstəqil məhkəmə sisteminin formalaşmasının başa çatdığı ən inkişaf etmiş demokratik ölkələrdə də bu norma bir və ya bir qrup şəxs tərəfindən hakimiyyəti uzurpasiyasa olunaraq mənimsənilməsinin, antidemokratik tendensiyaların meydana gəlməsinin, avtoritar rejimlərin yaranmasının təhlükəsinin qarşısının alınmasının ən vacib vasitələrindən və təminatlarından biri kimi aktuallığını saxlayır və zəruri sayılır.
Hələ inkişaf etməkdə olan demokratiya mərhələsini yaşayan dövlətlərdə, cəmiyyətlərdə isə bu qayda  həyati əhəmiyyət kəsb edir. Hakimiyyətin formal seçki proseduralarına əməl edilsə belə, qeyri-məhdud müddətdə bir şəxsin və ya bir ailənin əlində qalmasının xalqlara və dövlətlərə hansı bəlalara və faciələrə səbəb olduğu yaşadığımız günlərdə Tunisdə, Misirdə, Yəməndə, Liviyada, Suriyada və analoji ölkələrdə əyani şəkildə görünməkdədir.
Bir şəxsin iki dəfədən artıq təkrar prezident seçilməsinə məhdudiyyət qaydası bu normanın yazılı qanunlarda olub-olmamasından asılı olmayaraq çağdaş siyasi mədəniyyətlərdə imperativ ictimai əxlaq göstəricilərindən  biri hesab edilir.
2009-cu ildə xalqın və vətəndaşların öz iradəsini azad şəkildə ifadə olunma imkanının olmadığı və nəticələrinin saxtalaşdırıldığı  referendum vasitəsilə bu normanın Azərbaycan Konstitusiyasından çıxarılması xüsusən son illərdə sürətlənmiş antidemokratik proseslərin ən ciddi irtica hadisəsi oldu. Ölkənin demokratik ictimaiyyətinin mütləq əksəriyyətinin qarşı çıxdığı, Azərbaycanda respublika quruluşununun əsaslarını təhdid altına salan,  ölkənin demokratik perspektivini ləğv edən,  ailə-sülalə hakimiyyətinin yaradılmasını nəzərdə tutan bu dəyişiklik faktiki olaraq Konstitusiya çevrilişi idi və onun nəticələrinin yaratdığı təhlükələr indiki şəraitdə daha da artmışdır.
Odur ki, İctimai Palatanın təklif etdiyi Konstitusiya islahatı real olaraq indiki dövlət başçısının 2013-cü ilə qədər tutduğu vəzifədə qalmasını ehtiva etməklə onun 2013-cü ildə prezident seçkilərində bir daha namizədliyinin irəli sürülməməsi tələbini əks etdirirdi.
İctimai Palata bildirir ki, bu məsələyə məsuliyyətlə yanaşıb, götür-qoy etmək və düzgün mövqe müəyyənləşdirmək üçün şanslar və vaxt limiti hələ sona qədər tükənməmişdir. Eyni zamanda YAP rəhbərliyi tərəfindən İlham Əliyevin 2013-cü ildə yenidən və 3-cü dəfə prezidentliyə namizəd göstəriləcəyi barədə siyasi açıqlamalar səslənməyə başlamışdır ki, bu, diqqətdən kənarda qala bilməz. Bu məzmunlu bəyanatlar iqtidarın real siyasi islahatlara getməyə meylli olmadığını göstərir ki, bu da müxalifət və demokratik qüvvələrin öz taktikalarında və hədəflərində düzəlişlər  zəruri edir.
İctimai Palata hesab edir ki, 2013-cü ildə hazırkı dövlət başçısı İ.Əliyevin artıq iki müddətdə fasiləsiz olaraq  bu vəzifədə olduğuna görə Konstitusiyaya dəyişiklik edilərək məhdudlaşdırıcı  normanın bərpa edilməsini gözləmədən də  addımlar atılmalıdır.
İctimai Palata bu məsələdə əsas məsuliyyətin dövlət başçısı İlham Əliyevin özünün üzərinə düşdüyünü qeyd edir və onu siyasi iradə ortaya qoyaraq 2013-cü ildə prezident seçkilərinə iştirak etməyəcəyi barədə bəyanat verməyə çağırır.
İctimai Palata bəyan edir ki, bu tələblə mövcud qanunlara zidd olmayan bütün fəaliyyət formalarından istifadə edərək xüsusi tədbirlər həyata keçirəcəkdir.
29 oktyabr  2011”.

   İctimai Palatanın Azərbaycan hökumətinin Avrointeqrasiya siyasətinə dair bəyanatı
Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdən biri kimi tələb olunan inteqrasiya fəaliyyətində geri qalır və bu, İctimai Palatanı ciddi şəkildə narahat edir. Belə ki, Azərbaycan Avropa İttifaqının hazırda Şərq Tərəfdaşlığı proqramı üzrə əməkdaşlıq etdiyi 5 ölkə içərisində (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova) əməkdaşlıq səviyyəsinə görə sonuncu yeri tutur. İctimai Palata bunu Azərbaycan hakimiyyətinin məqsədyönlü siyasətinin nəticəsi sayır və qətiyyətlə pisləyir.
Azərbaycan hakimiyyəti özünün avtoritar və korrupsiyaçı xarakterindən irəli gələn maraqları naminə Avropa İttifaqına inteqrasiya proqramını sabotaj etməklə məşğuldur. Hakimiyyət Dünya Ticarət Təşkilatına üzv olmamaqla Avropa İttifaqına inteqrasiya istiqamətində iqtisadi tədbirlərin qarşısını tamamilə alıb. Bu hərəkətsizlik Azərbaycan hakimiyyətinin başında duranların ölkə iqtisadiyyatı üzərində nəzarətsiz hökmranlıq imkanlarını qoruya bilmək niyyətilə bağlıdır. Azərbaycanda dövlət məmurları və vəzifəliləri ictimai vəsaitlərin mənimsənilməsi hesabına oliqarxlara çevriliblər və iqtisadiyyatın bütün sahələrini öz aralarında bölüşdürməklə inhisara alıblar. Dünya Ticarət Təşkilatına üzvlük və Avropa İttifaqına iqtisadi inteqrasiya bu vəziyyətin dəyişməsi demək olardı və məhz buna görə də bu istiqamətdə nəzərda tutulan tədbirlərdən dövlət səviyyəsində qeyri-rəsmi şəkildə imtina olunub.
Azərbaycan hakimiyyəti siyasi planda da Avropa İttifaqına intqerasiyaya maraq göstərmir. İnsan haqları və siyasi azadlıqlar, müstəqil medianın inkişafı, nəhayət, azad və ədalətli seçkilər Avrointeqrasiyanın tələb etdiyi ən vacib şərtlərdir. Azərbaycan rəhbərliyi isə, başda ölkə prezidenti İlham Əliyev olmaqla, bütün bunları özünün legitim olmayan hakimiyyəti üçün təhlükə hesab edir. Ona görə də Şərq Tərəfdaşlığı proqramından irəli gələn siyasi tədbirləri də ya həddən artıq ləng həyata keçirir, ya da ümumiyyətlə icra etməkdən yayınır.
İctimai Palata bəyan edir ki, Azərbaycan hakimiyyətinin izlədiyi bu siyasət artıq Şərqi Avropa coğrafiyasına daxil olmuş dövlətimizin imicinə ciddi zərbə vurur və Azərbaycan xalqının maraqlarını tapdalayır. Hazırkı iqtidar özünü Avropa İttifaqına intqerasiyanın tələb etdiyi yüksək standartlara uyğunlaşdıra bilmirsə hakimiyyətdən əl çəkmək barədə düşünməli, dövlətin və millətin mənafeyini özünün cılız maraqlarına qurban verməyə səy göstərməməlidir.
İctimai Palata hakimiyyəti Şərq Tərəfdaşlığı proqramının sabotajına son qoymağa, fəal Avrointeqrasiya siyasətinə başlamağa səsləyir. İctimai Palata bəyan edir ki, Avropa İttifaqına sıx inteqrasiya, gələcəkdə bu İttifaqın layiqli üzvlərindən biri olmaq, mütərəqqi Avropa ailəsinə qoşulmaq Azərbaycan xalqının qəti iradəsidir. Bu iradəyə qarşı çıxmaq heç bir yaxşı perspektiv vəd edə bilməz. Xalq öz iradəsini mütləq həyata keçirəcək.
29 oktyabr 2011”.

İctimai Palatanın VI Respublika Gənclər Forumu ilə bağlı bəyanatı
Oktyabrın 25-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə  VI Respublika Gənclər Forumu keçirlib. Ümumazərbaycan gəncliyi adından keçirilən tədbirin iştirakçıları yalnız Əliyev hakimiyyətini dəstəkləyən, büdcə təşkilatlarında çalışan gənclər olub və demokratik düşərgədə təmsil olunan gənclər foruma dəvət almayıb.
Son üç il ali məktəbə sənəd verənlərin 50-60 faizinin 200 bal toplaya bilməməsi, gənclərin işsiz durumda olması, ordudakı özbaşınalıq üzündən bu il ərzində səksənə yaxın əsgərin ölümü, xaricdə təhsil almağa qoyulan məhdudiyyətlər və gənclərin həyatındakı başqa sosial-iqtisadi problemlər hakimiyyətin gəncliyin inkişafında maraqlı olmadığını göstərir.
Hakimiyyətin mövqeyini ifadə edən gənclər təşkilatlarının fəaliyyəti üçün geniş imkanlar yaradıldığı halda, demokratik düşərgədəki gənclər təşkilatlarının fəaliyyəti məqsədli şəkildə məhdudlaşıdırılb, dinc aksiya və tədbirlər polis zorakılığı ilə dağıdılıb. 2005-ci ildən bu tərəfə yüzlərlə gənc müxtəlif formada təzyiqlərə məruz qalıb, onlarla gənc siyasi-ictimai fəaliyyətinə görə qondarma ittihamlarla həbsə atılıb. Hazırda ölkənin tanınmış doqquz gənc siyasi fəalı həbsdədir. Ölkə başçısının təsdiq etdiyi iki Dövlət Gənclər Proqramı (2005-2009 və 2011-2015-ci illər proqramı) bütövlükdə Azərbaycan gəncinin istəklərini əhatə etməyib. Əsasən, ideoloji xarakterli olan bu proqramlarda “Heydər Əliyev irsinin öyrənilməsi” kimi  istiqamətlərin varlığı göstərir ki, bu proqramlar heç də hər bir azərbaycanlı gəncə yox, azsaylı hədəf qrupuna ünvanlanıb. Üstəlik, bu ilin avqustunda AXCP Gənclər Komitəsinin 2005-2009-cu illərdə icrası nəzərdə tutulmuş  Dövlət Gənclər Proqramının nəticələri ilə bağlı Gənclər və İdman Nazirliyinə ünvanladığı informasiya sorğusunun, Müsavat Partiyası Gənclər Təşkilatının və eləcə də müstəqil gənclər təşkilatlarının dövlət orqanlarına ünvanladıqları sorğu və təkliflərin cavablandırılmaması proqramın tətbiqi ilə bağlı əsaslı şübhələr yaradır.
Beləliklə, ölkə gəncliyinin hazırkı durumu VI Respublika Gənclər Forumunda “ötən dövrdə gənclərlə iş sahəsində dövlət tərəfindən həyata keçirilən işin müsbət qiymətləndirilməsini” ifadə edən on bir bəndddən ibarət qərarın reallığı əks etdirmədiyini aydınlaşdırır. Belə olan halda hakimiyyət tərəfdən təmin olunan və büdcə təşkilatlarında çalışan gənclər hesabına təşkil olunan forum 2 milyondan çox azərbaycanlı gənclərin mövqeyini ifadə etmir.
İctimai Palata bu Forumun məqsədinin gənclərin azad və rahat yaşaması yox, kiçik bir azlığın inzibati resurslarla birləşdirilməsi yolu ilə hakimiyyətin gənclərə qayğısı görüntüsünü yaratdığını bəyan edərək, belə forumların ölkədə fəaliyyət göstərən siyasi partiyaların və müstəqil gənclər təşkilatlarının üzvlərinin birgə iştirakı ilə keçirməli olduğunu zəruri hesab edir.
29 oktyabr 2011”.

İctimai Palatanın “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbs olunması ilə bağlı bəyanatı
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Buna səbəb kimi millət vəkili Gülər Əhmədovanın “Əvəz Zeynallı haqqında neqativ materialların dərc olunmaması ücün məndən 10 min manat pul istədi” iddiası göstərilib.
İctimai Palata bu absurd iddia ilə baş redaktorun həbsini əsssasız hesab edir və bunu son dövrdə hakimiyyətdəki vəzifəli şəxslərə qarşı qəzetdə  dərc olunan tənqidi və ifşaedici materialların, o cümlədən Əvəz Zeynallının yazıb dərc etdirdiyi materiallarla bağlı olduğuna əmin olduğunu bildirir. Belə ki, son dövrdə Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin və bir sıra məmurların qəzetə qarşı məhkəmə iddiaları əsasında qəzetin əmlakı müsadirə edilmiş və Ədliyyə Nazirliyi Əvəz Zeynallıya qarşı cinayət işi qaldırmışdı. Bütün bu məsələlər, həmçinin Gülər Əhmədovanın iddia ərizəsinin eyni vaxtda, 19-20 oktyabrda baş verməsi diqqəti cəlb edir. Məhz bu ərəfədə dövlət başçısı İlham Əliyev əleyhinə kəskin tənqidi yazılar qəzetdə dərc olıunmuşdu.
İctimai Palata Əvəz Zeynallının həbsini söz və mətbuat azadlığına qarşı kobud repressiya aktı kimi pisləyir və onun dərhal  azad olunmasını tələb edir.
29 oktyabr 2011”.

среда, 26 октября 2011 г.

Azərbaycan və "Demokratiya".

"Demokrat" Gənclər Təşkilatı "Demokratiya nədir? - Azərbaycanda demokratiya" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada çıxış edən Gənclər təşkilatının sədri Rövşən Əsədov deyib ki, demokratiya xalqın hakimiyyəti və xalqın azadlığıdır. Amma Azərbaycanda bunların heç biri yoxdur. Onun sözlərinə görə indiki rejim demokratiyanın qurulmasına maneədir. "Azadlıq" qəzetinin yazarı Xaliq Bahadır ölkə başçısı İlham Əliyevin demokratiyadan uzaq olduğunu, demokratik prinsiplərə dəyər vermədiyini xatırladıb. Köşə yazarı Ərəb ölkələrindəki baş vermiş proseslərin tezliklə Azərbaycana keçəcəyini ümid edərək, bunun üçün gənclərin fəal şəkildə iş aparmasının vacib olduğunu bildirib.
Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə demokratiya cəmiyyətdəki hakimiyyət bölgüsü sayılan icra, qanunverici və məhkəmə hakimiyyətinin bir-birinə nəzarət mexanizmidir. Bu sistemlər bir-birinə nəzarət etdiyi halda ölkədə normal demokratik cəmiyyət qurula bilər. Bunun üçün isə ictimai şüur formalaşmalıdır. Demokratiyanın kökündə qanunun aliliyi, hüquqi dövlət və güclü vətəndaş cəmiyyəti dayanır. Oruclu da bu təməl prinsiplərin formalaşması üçün çağdaş gənclərin fəallaşmasının gərək olduğunu deyir.
Öz növbəsində AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli ölkədə demokratik cəmiyyətin qurulması üçün ədalətli bərabərlik prinsiplərinə söykənən seçki prosesinin vacib olduğunu vurğulayıb. O, güclü demokratik dövlətin formalaşması üçün insan hüquqları və azadlıqlarının təmin olunmasının başlıca amil olduğunu deyib. "Azərbaycan cəmiyyəti demokratiyaya hazır deyil "-deyən Nurəddin Məmmədli cəmiyyətin buna hazırlanması üçün demokratik islahatların aparılmasının da vacib olduğunu önə çəkib.
 Keçmiş siyasi məhbus Rövşən Kəbirlinin fikrincə Azərbaycanda demokratiyanın formalaşması üçün siyasi iradənin və demokratiyanın təməl prinsipləri olan söz azadlığına, ifadə azadlığına hörmət edilməsi önəmli məsələdir. Bunun üçün Azərbaycanda kağız üzərində qalan demokratik qanunlar icraya yönəlməlidir.

Azərbaycan günü-gündən çiçəklənir!


Bu video roliki düzəltməkdə məqsədim ilk öncə bu gün baş verən bəzi hadisələrə görə hakimiyyət üçün bir mesajdır ilk öncə istəmədim çox meqamları tənqid edim istədim birinci işim olaraq hələ bir az onlara mölət-vaxt verim.Əgər mənim bu video rolikimden nəticə çıxarmasalar bu video növbəti vidonun qarşısında sadece yalan olacaq.Və istərdim bununla yanaşı bəzi məqamlara toxunum.Azərbaycanda baş verən bəzi hadisələrə öz münasibətimi bildirmək istəyirəm.İlk öncə bu Avropa standartlarına nümunə olacaq yollardan danışmaq istəyirəm.Bu yollar həqiqətən sonsuzdur sonu yoxdur.Və bu sonsuz olan yolları bəzən hal-hazırki rejim qısaldmaqla məşğuldur hərtərəfli mənada.Bu gün yağış yağdığına görə mən çox diqqətləşəhəri müşahidə etdim və demək olar ki Azərbaycan deyərkən nəzərdə tutulan Bakıda mən bir dənə də olsun normal və yağmura tab gətirən yol görmədim.Demək olar ki analoji hal bütün yollar üçün eynidir.Sel su yollari bürüyüb,piyadalar hərəkət edə bilmir,demək olar ki bütün nəqliyyat sistemi ani olaraq iflic oldu.Bütün marşrutlar tıxaca məruz qaldı,metrolar insanlarla doldu hərəkət yenə iflic oldu,"London" taksiləri isə alov püskürdüyündən heç kimi yaxına buraxmırdı.Bunların isə səbəbi bir başa olaraq nasaz vəziyyətdə olan yollardır.Əhalidən soruşanda ki Azərbaycan inkişaf edir hamı deyir sağ olsun Əliyev 200 milyon AZN ayırıb Aeroport yoluna.Gəlin görək doğurdanmı bu belədir?Əlbəttə xeyr ! Ola bilər həmin məbləğ yollar üçün ayırılsın bunların hamısı müəyyən mənşəyi məlum olmayan qurum və insanlar tərəfindən mənimsənilir.Və demək olar ki çox cüzi bir miqdarı həmin yollara sərf olunur.Heç bilirsinizmi ki 200 milyon AZN-ə nə uzunluğunda və maksimum keyfiyyətli yol şəkmək olar?Təbii ki bilmirsiniz...Heç deyərdim heç kim maraqlanmayıb da nəyimizə lazımdır kim nə yedi,nəyimizə lazımdır xalqın pulunu kim mənimsədi.Amma danışan kimi bəzi özün təsdiq etməmiş qurumlar "Demokratiyadan", bəzi mənbəyi kimlərə bağlı olduğu bilinməyən qurumlar isə Azərbaycanda inkişafdan və 200 milyon dolların yola serf olunduğundan danışır...Adətən inkişafi adam başına düşən gəlirə və dövlət büdcəsinə görə təyin edirlər.Bizim başı şapkalılar isə inkişafı külək əsəndə pəncərələri düşən binalarla,kanalizasiya sistemi olmayan Avropa stilli yollarla və gənclərə olunan "Qayğı" iləmüqaisə edir.Bu dözüləsi bir hal deyil.Biz necə dözürük?Biz nə dözümlü millətik doğurdanda dözümlülükdə analoqu olmayan və tamamilə Avropa standartları ilə ayaqlaşan bir millətik!

понедельник, 24 октября 2011 г.

Əzrail məni izləyir yoxsa mən əzraili?

Bu gün universitetdən evə qayidarkən maraqlı və kədərli bir hadisənin şahidi oldum.243 nömrəli marşrut Vasmoydan enən enişdə ətləc sistemi işləmədiyindən 23 yaşlı bir gənc oğlanı vurub vəcəsədin üstündən keçib.Və keçdikdən sonra hadisə yerini tərk edib.Əgər o hadisə yerini tərk etməsə bəlkə də işi yüngül olardı çünki əyləc sistemində olan problemin qurbanı olub o gənc.Polislər hadisə yerini mühasirəyə alsalar da kütlənin qarşısını kəsə bilmirdilər hamı çox pərişan vəkədərli görsənirdi.mən düşünürəm ki, hər səhər marşrutlar xəttə buraxılarkən texniki baxışdan keçməlidir və nasaz olan maşınlar xəttə buraxılmamalıdır.Çünki o maşın aşa da bilərdi və onlarla insan xəsarət ala bilərdi.Bu isə birbaşa Nəqliyyat Nazirliyinin günahıdır.Azərbaycanda məncə qaydasında olan heç bir sistem və dövlət orqanı yoxdur bunun cəzasın isə xalq şəkməlidir?Nəyə görə?Xalqın günahı nədir?Bəsdir 20 ildir artıq ocaq başında düşmən bəslədiyimiz,bəsdir artıq 20 ildir yalanlarınıza,yalan andınıza göz yumduq!Xalq sizin zülümlərinizə göz yummaq üçün öhdəlik götürməmişik!Bizim günahımız Azərbaycanlı olmağımızdırmı?Əgər siz xalqın zəhmətini,xalqın əziyyətini pul şəklində yeyirsinizsə siz xalqdan öz mənafeyiniz üçün həmişə istifadə edə bilməzsiniz! Bir təsəvvür edin həmin 23 yaşında rəhmətə gedən oğlanın da ailəsi var.Oda hansısa iş üçün, bəlkədə evinə çörək almaq üçün,bəlkədə qardaşıyla görüşməkçün gəlmişdi ora amma o öz ayağı ilə əcəlini tamamladı.onun günahı nə idi,onun günahı Azərbaycalı olmağıdır bəlkə? Xeyr Azərbaycan xalqı mərd xalqdır,Azərbaycan xalqı dözümlü xalq deyil bu iztirablara dözmək məcburiyyətində deyil! Ölüm aqibəti hər birimizi gözləyir təbii ki amma biri var murdar diktator kimi ölüb lənət qazanasan,biri də var qeyrətli Azərbaycan vətəndaşı kimi ölüb baş ucaldasan ,üz ağardasan öz ölümünlə tarix yazasan!

воскресенье, 23 октября 2011 г.

Azərbaycan bizim vətənimizdir axı?


  Biz bu gün gələcəyimizə,biz bu gün təhsilimizə "Ümid" edirik.Biz ümid edirik ki Qarabağ işğadan AZAD olacaq.Biz ümid edirik ki bir milyon qaçqın və məcburi köçkünlərimiz öz yurdlarına qayıdacaqlar.Biz ümid edirik ki dövlətimiz inkişaf edir.Bir az bu məsələlərə səthi yanaşmasaq görərik ki Azərbaycanda mənşəyi məlum olmayan hakimiyyətin xalq üçün yaratdığı bu potensial inkişaf yalnız görüntü xarakteri daşıyır.Gəlin bu kadrları izləyək.Bu kadrlardan Azərbaycanın bu günkü ANALOQ-u olmayan inkişafını görürük.Azərbaycanın Evrovision-da qalib gəldiyini görürük.Amma gördüklərimiz görmədiklərimizdən daha görsənməz görsənir bizə.Əgər damarında Azərbaycanlı qanı axan kəs bu rolikdən sonra Azərbaycanda inkişaf sözünü dilinə gətirirsə deməli o insan normal təfəkkürə,inkişaf tərzinə malik bir insan deyil! Hər gün Tv -lərə baxırıq Azərbaycanda bir dənə də olsa problemlərdən söz açılmır.Hamı oxuyur,oynuyur.Amma onlar oxuyan,oynayan zaman kiminsə evi başına uçurdulur,onlar oxuyub,oynayan zaman siyasi fikirlərinə görə gənclərimiz həbs olunur,onlar oxuyub,oynayan zaman rejim 9 milyon azərbaycanlinin taleyi ilə oynayır! Bəs biz nə vaxt 20 ildir yatdığımız ÖLÜM yuxusunda oyanacağıq,bəs biz nə zaman hebsdə olanların,evləri başlarına uçanların,əmlakı müsadirə olunanların,evi yandırılaraq uşaqları evde yanıb ölənlərin qanını alacağıq?Nə vaxt...Biz axı TÜRK övladıyıq,biz axi Babəkin nəvələriyik,biz axı Şah İsmayılın nəvələriyik! Onların ruhu xəcalət çəkmirmi biz yatdiqca? Oyan Azərbaycanım,Oyan mənim mərd xalqım ya AZAD ol,ya tamam yan Azərbaycan!

суббота, 22 октября 2011 г.

Diktatorların aqibəti Qəzzafi kimi olur


"Klintonun I müavini ilə görüşdə məmurlara sanksiya barədə danışıldı"
Leyla Yunus: "Diplomatlar deyir ki, bəli, sizdə vəziyyət çox pisdir. Ancaq biz desant göndərib hərbi əməliyyatlara başlaya bilmərik. Sizin vətəndaşlar öz hüquqları uğrunda mübarizə aparmalıdır"

Bu günlərdə Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavini Uilyam Börns vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus da görüşdə iştirak edənlər sırasında olub və ölkədə insan haqlarının durumu ilə bağlı dövlət katibinin müavininə geniş məlumat verib. Görüş barədə təəssüratlar və digər məsələlərlə bağlı hüquq müdafiəçisinin fikirləri ilə tanış olduq.
Vətəndaşlar cinayətkar hakimiyyət qarşısında tamamilə müdafiəsizdi
- Dövlət katibinin müavini Uilyam Börnslə görüşdə hansı məsələlər müzakirə olundu və sizin təqdim etdiyiniz faktlara onun reaksiyası necə oldu?
- Söhbətin mövzusunu o təklif etdi. Dedi ki, Azərbaycandakı vəziyyəti yaxşı bilir, ayrıca qanun pozuntuları faktlarını sadalamağa ehtiyac yoxdur. Mənimlə salamlaşanda dedi ki, evinin sökülməyindən xəbərim var və prezidentlə görüşdə bu barədə danışmışam. O, bunu hüquq-müdafiə təşkilatlarının fəaliyyətinə mane olan qanunsuzluq kimi qiymətləndirdi. Əsasən insan haqları və demokratik islahatlardan danışmışıq. Mən dedim ki, Azərbaycanda təkcə avtoritar və polis rejimi deyil, cinayətkar-mafioz rejim hökm sürür. Hər gün vətəndaşların konstitusion hüquqları, praktiki olaraq bütün qanunlar pozulur. Ədalətli məhkəmə, işgəncələrdən müdafiə, sərbəst toplaşmaq və söz azadlığı yoxdur. Cinayətləri hakimiyyətdə təmsil olunanlar törədir. Azərbaycan vətəndaşları cinayətkar hakimiyyət qarşısında tamamilə müdafiəsizdi. Əsasən siyasi məhbuslardan danışdım. Əgər bu ilin əvvəlinə təxminən 60 siyasi məhbus var idisə, təkcə 2011-ci ildə onlara daha 20-si əlavə edilib. Bunlar gənc fəallar, sərbəst toplaşmaq hüququndan istifadə edib mitinqdə iştiraka görə həbs olunan Ictimai Palatanın fəalları, söz azadlığı hüququndan istifadə edən Mövsüm Səmədovun başçılığı altında Islam Partiyasının üzvləridir. Bildirdim ki, Mövsüm Səmədov partiyanın toplantısında ölkə başçısı Əliyevi kəskin tənqid edib, bundan iki gün sonra həbs olunub. Həmçinin onun diqqətini Azərbaycanda cəmiyyətin, vətəndaşlarımızın bölünməsinə səbəb olan mənfi tendensiyanın formalaşdığına yönəltdim. Vətəndaş cəmiyyətinin bütün fəalları Azərbaycanda siyasi məhbus probleminin olduğunu etiraf edir. Beynəlxalq təşkilatlar onların əksəriyyətini vicdan məhbusu kimi qəbul edir. Ancaq demokratik müxalifətin fəallarının işi üzrə ədalətli məhkəmə tələbi ilə çıxış edən həm Vaşinqton, həm Brüssel, həm Strasburq həbs olunan islamçılar barədə heç nə demir. Eyni zamanda həbs olunan Islam partiyasının fəallarını Tehranda müdafiə edirlər. Ancaq Ictimai Palatanın həbs olunan fəalları barədə Tehranda heç nə demirlər. Bu, düzgün deyil. Digər tərəfdən, Islam partiyasının fəallarının dəstəyi daha çoxdur. Çünki Azərbaycan dilində olan “Səhər” televiziyasında terror, silah saxlanılması, dövlət çevrilişi maddələri ilə həbs olunanlar barədə ətraflı söhbət açılır. Ictimai Palata nümayəndələrinin isə belə bir imkanı yoxdur. Çünki hətta “Azadlıq” radiosunu FM tezliyində dinləmək olmur. Dedim ki, vətəndaş cəmiyyətinin fəalları üçün Azərbaycan cəmiyyətinin birliyi, bütün vətəndaşların qanun qarşısında bərabərliyi çox vacibdi. Qanun hamı üçün birdi. Əgər vətəndaş qanunu pozmayıbsa, ona hökm çıxaran hakimlər cinayət törədib. Ona görə Arif Hacılıya, Mövsüm Səmədova, gənc fəallara, AXCP və Müsavat fəallarına hökm çıxaran hakimlər həbsdə oturmalıdır. Biz isə bütün siyasi məhbusların siyahısını hazırlayırıq və birliyin olmasını tələb edirik. Azərbaycan cəmiyyətini inanclı və qeyri-inanclı əlamətlərinə görə bölmək çox təhlükəlidir. Bizim hakimiyyət Harvardda təhsil alan Bəxtiyar Hacıyevlə islamçıları eyni tərzdə həbs edir. Ancaq bir şey aydındır ki, cinayətkar hakimiyyət cəmiyyətdə ekstremizmin artmasına səbəb olur. Bu da Azərbaycan üçün təhlükəlidir.
Görüşdə iştirak edən Şahin Hacıyev ölkədə demokratik islahatların həyata keçirilmədiyindən danışdı. Prezidentin ilin əvvəlində korrupsiya ilə mübarizə aparacaqları haqda söylədiklərinin Azərbaycan rəhbərliyinin ərəb inqilabları qarşısında qorxusu və bu qorxudan doğan reaksiyası olduğunu dedi. Bizim institutun Prezident Administrasiyasına Kərəm Həsənov, Hacıbala Abutalıbovun iri miqyaslı korrupsiyalar, iqtisadi cinayətləri barədə təqdim etdiyi məlumatlar tamamilə diqqətdən kənarda qaldı. Ona görə də korrupsiya ilə mübarizə barədə deyilənlər sadəcə sözlərdir. Mübarizə iki-üç manat ala bilən tibb bacıları ilə aparılır. Ancaq adını çəkdiyim məmurlarla mübarizə aparılmır. Rövnəq Abdullayevin fiziki şəxs Rufan Kazımovun hesabına nə vaxt nə qədər pul köçürdüyünü, bu pulların Hacıbala Abutalıbovun tapşırığı ilə köçürüldüyünü yazıb Prezident Administrasiyasına, prokurorluğa göndərmişəm. Bunların heç biri araşdırılmır.
Börns bir neçə dəfə məndən nə qədər pulun, necə köçürüldüyünü soruşdu. Abutalıbov Rövnəq Abdullayevə Kazımovun bank hesabına altı milyon manat köçürülməsi barədə göstəriş verib. Börns soruşdu ki, Kazımov kimdi? Dedim dəqiq bilmirəm, deyəsən sürücüdü. Börns də soruşur ki, Rövnəq Abdullayev altı milyon manatı onun hesabına köçürür? Dedim, hə. Soruşdu ki, siz deyin görüm Abutalıbovun Rövnəq Abdullayevə göstəriş verməyə səlahiyyəti çatırmı? ARDNŞ BŞIH-nin tabeçiliyindədir? Xeyr. Onda niyə belə edirlər? Iri iqtisadi cinayətlər barədə ətraflı danışdım. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “Azinko” şirkətini yaradıb, bu şirkətə “Avroviziya” üçün bütün tikintiləri həyata keçirmək tapşırılıb. Bu şirkət evləri sökülən insanlara ev verir. Bunun üçün də heç bir rəsmi sənəd yoxdur. Iqtisadi cinayətlər barədə bütün məlumatları, bu cinayətlərdə əli olanların adlarını çəkdik. Hesablara pul köçürüldüyünü, bunun təxminən 900 milyon manat olduğunu dedim. Mən deyəndə ki, Abutalıbov 1987-ci ilin dövlət planına istinad edir, Börns üç dəfə soruşdu - nə vaxt? Dedim Sovet vaxtı. Şahin Hacıyev korrupsiya ilə bağlı ətraflı danışdı. Söz azadlığının olmadığını dedi. 2011-ci ildən Metyu Brayza vətəndaş cəmiyyəti fəalları ilə görüşlər keçirir. Hakimiyyətlə vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqa nail olmaq kimi xoş niyyəti var. Əgər ilin əvvəlində bu dialoqun mümkünlüyü ilə bağlı nikbinlik çox idisə, indi bu minimuma enib. Əsasən də son həbslərdən sonra buna ümid yoxdu. Orada fikir səsləndi ki, bu hakimiyyətlə hansı mövzuda danışmaq olar. Hansı mövzuda danışanda hakimiyyət az hirslənər və eyni zamanda bu danışıq nəticə verər. Brayzanın fikrincə, bu, mülkiyyət məsələsi ola bilər.
“Hakimiyyət nümayəndələrinə qarşı sanksiyalar müsbət nəticə verə bilər”
- Bir müddət əvvəl Obama Dövlət Departamentinə öz ölkələrində insan haqlarını pozan məmurların siyahısını hazırlamağı tapşırıb. Bu şəxslərin ABŞ-a girişi qadağan oluna bilər. Azərbaycandan bu siyahıya kimlərin düşə biləcəyi ilə bağlı təklifləriniz oldu?
- Börnslə görüşdə bu barədə Eldar Namazov ətraflı danışdı. O, Rusiya, Belarus nümunəsinə istinad etdi. Bildirdi ki, əgər məmurların ABŞ-a, Avropa Birliyi ölkələrinə girişi qadağan olunsa, onların bank hesabları dondurulsa, bu, çox böyük effekt verərdi. Ilk növbədə müxalifət fəallarına hökm çıxaran hakimlər, onlara cinayət işi açan prokurorlar qeyd olundu. Eldar Namazov hakimiyyətlə iş təcrübəsinə istinad etdi və hakimiyyət nümayəndələrinə qarşı sanksiyaların müsbət nəticə verəcəyini dedi.
“Hər diktator elə düşünür ki, bu əqibət onu gözləmir”
- Ərəb ölkələrində baş verənlər digər avtoritar rejimlərə dərs olmayıb. Bəs Qəzzafinin aqibəti başqa diktatorlara dərs olacaqmı?
- Tarixçi kimi deyə bilərəm ki, tarix heç nəyi öyrətmir. Biz tarixi proseslərin şahidiyik. Hər diktator, öz vətəndaşlarını öldürən hər cinayətkar düşünür ki, bu əqibət onu gözləmir. Ancaq bunun üçün o daha qəddar olmalıdı, daha çox öldürməlidir, qan tökməlidir. Bu, bütün vaxtlarda baş verib. Çox nadir halda avtoritar hökmdarların hakimiyyətdən öz xoşu ilə getməsini görmüşük. Bunlar, adətən, o qədər də çox cinayət törətməyən diktatorlardı. Diktator xalqına, insanlığa qarşı nə qədər çox cinayət törədibsə, o qədər çox hakimiyyətdə qalmağa çalışır və axırı da Qəzzafi kimi olur.
“Ilham Əliyev özünü vətəndaşların ona imkan verdiyi kimi aparır”
- Bəs Ilham Əliyev bundan hansı nəticə çıxarmalıdır?
- Ilham Əliyevdən əvvəl Azərbaycan vətəndaşları barədə danışmaq lazımdır. Mən ölkəmizdəki situasiyanı müşahidə edəndə daha çox o nəticəyə gəlirəm ki, “hər xalq öz rəhbərinə layiqdir” aforizmi doğrudur. Çünki Ilham Əliyev və hakimiyyətdə olanlar özlərini vətəndaşlar onlara imkan verdiyi kimi aparır. Yanıma gələn vətəndaşlar deyir ki, Vaşinqton günahkardı, bunlara imkan verir. Ancaq görüşlərdə diplomatlar deyir ki, bəli, sizdə vəziyyət çox pisdir. Ancaq biz desant göndərib burda hərbi əməliyyatlara başlaya bilmərik. Bu sizin vətəndaşlardı. Onlar özləri öz hüquqları, uşaqlarının gələcəyi uğrunda mübarizə aparmalıdır.
- Azərbaycan Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına qoşuldu. Bundan sonra hansı istiqamətdə dəyişikliklər gözləmək olar? Azərbaycana qarşı şərtlərin sərtləşəcəyini gözləmək olarmı?
- Ötən il Bakıda Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində öhdəliklərlə bağlı görüş oldu. Bu il isə noyabrın 24-də Brüsseldə görüş olacaq və bu məsələlər müzakirə olunacaq. Avropa Birliyindən məndən hesabat tələb ediblər. Həm işgəncələr, həm siyasi məhbuslar, həm də mülkiyyət hüquqları ilə bağlı hesabat hazırlamışam. Çünki birinci görüşdə mənim evimin sökülməsi ilə bağlı məhkəmə qərarı barədə danışanda Prezident Administrasiyasının nümayəndəsi dedi ki, Azərbaycanda Inzibati-Iqtisad Məhkəməsi yoxdu, siz nədən danışırsız? Ya bu adam açıq-aşkar yalan danışır, bu da dəhşətdir, ya da o qədər savadsızdı ki, 2011-ci ildən Azərbaycanda bu məhkəmələrin fəaliyyətə başladığını bilmir. Ona görə də bizim məmurlarla görüşməyə hazırlaşan AB-nin nümayəndəsi məndən bütün faktları istəyir. Tam aydındır ki, bizim nümayəndələrə AB-nin suallarına cavab vermək çətin olacaq. Onlar nəinki qanun pozuntularına, həm də cinayət faktlarına istinad edəcək. Hacıbala Abutalıbov, Kərəm Həsənov cinayət törədib. Onların hamısı həbsxanada oturmalıdır. Ona görə də mən yalnız qanun pozuntuları barədə yazmıram, həm də cinayət məcəlləsinin pozulan maddələrini göstərirəm.
- AŞ PA prezidenti Çavuşoğlunun fəaliyyət müddəti bitdi. Onun yerinə gələn fransalı nümayəndədən nə gözləyirsiniz?
- Onu tanımıram. Çavuşoğlunu tanıyırdım, onun prezidentliyinin necə olacağını da ehtimal edirdim.
- Çavuşoğlunun prezidentliyini necə qiymətləndirirsiniz?
- AŞ PA-da Çavuşoğlu, britaniyalı diplomat Maykl Heneken kimi tamamilə qeyri-obyektiv adamlar var. Onların Azərbaycandakı vəziyyətlə bağlı verdiyi qiymət də ədalətsizdir. Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətində fəal adamlar azdı. Onların işini analiz edib seçicilərinə və jurnalistlərə təqdim etmək yaxşı olardı.
Fizzə Heydərli

Qəzzafinin aqibəti diktatorlara dərs olacaqmı?

«Tarix göstərir ki, diktatorlar başqa diktatorların taleyindən heç vaxt nəticə çıxarmır»


Zəfər Quliyev: «Postsovet məkanındakı avtoritar rejimlər üçün diktatorların aqibətindən nəticə çıxarmaq hələ gec deyil»


Ərəb ölkələrində inqilablar baş qaldırandan sonra bütün ölkələrdə hadisələr təxminən eyni ssenari ilə gedirdi. Nəticə də oxşar oldu. Artıq üç ölkədə xalq diktatura rejiminə son qoymağa nail olub. Lakin diktatorların aqibəti fərqli oldu. Əgər Tunis prezidenti Ben Əlinin ciddi müqavimət göstərmədən hakimiyyətdən getməsi Misir prezidenti Hüsnh Mübarəki də geri çəkilməyə məcbur etdisə, Liviya diktatoru Müəmmər Qəzzafinin ciddi müqavimət göstərməsi, xalqının qanını tökməsi Suriya prezidenti Bəşər Əsədi də bu yolla getməyə həvəsləndirdi. Ancaq Qəzzafinin aqibəti artıq bəllidir. 42 illik diktator qətlə yetirildi. Bəs onun bu aqibəti Bəşər Əsəd və hələ də müqavimət göstərən Yəmən prezidenti Salehə dərs olacaqmı?
Politoloq Zəfər Quliyevin sözlərinə görə, tarix göstərir ki, diktatorlar başqa diktatorların taleyindən özləri üçün heç vaxt nəticə çıxarmır. Onlar, hətta müasir dünyadakı dəyişikliklərlə hesablaşmır: “Dəfələrlə bunun şahidi olmuşuq ki, bir ölkədə diktatura darmadağın olur, diktatorlar cəzalandırılır. Lakin qonşu ölkədəki diktator bundan dərs götürmür. Hesab edir ki, onu belə aqibət gözləmir. Çalışır axıra qədər müqavimət göstərsin. Bunu ərəb ölkələrində də gördük. Tunisdə proseslər nisbətən sakit keçdi, Bin Əli hakimiyyətdən getməli oldu. Ancaq ondan sonra Misir özü üçün heç bir nəticə çıxarmadı. Hüsnü Mübarək hakimiyyəti saxlamaq üçün bir çox imkanlardan istifadə etməyə çalışdı. Yalnız görəndə ki, ordu ona tabe olmur, son məqamda getməyə məcbur oldu. Bundan sonra Liviyada nə qədər qan töküldüyünü gördük. Bütün dünya Qəzzafiyə qarşı ayağa qalxdı. O da bütün şanslardan istifadə edərək, xalqının qanı hesabına hakimiyyətdə qalmağa çalışdı. Axırda aqibəti bəllidir. Nə ordu, nə də milyardlar kömək etdi. Adam heç kəsə belə tale arzulamazdı. 42 il hakimiyyətdə olan insanın cəsədini küçələrlə sürüdülər, insanlar onun üzünə tüpürürdü”.
Ekspert bu dəhşətli hadisələrdən sonra Bəşər Əsədin bir nəticə çıxaracağına da şübhə ilə yanaşır: “Diktaturanın mahiyyəti bundan ibarətdir. Onlar bilir ki, hakimiyyətdən könüllü getsələr də, keçmiş cinayətlərinə görə cavab verməli olacaqlar. Pullarını itirə, məhkəmə qarşısında dura bilərlər. Buna görə ümid bəsləyirlər ki, bəlkə bu tale gözləmir, bəlkə onlar hakimiyyəti axıra qədər saxlamağı bacararlar”.
Z.Quliyevin fikrincə, Yəməndə, Suriyada yalnız hakimiyyətin müqavimət taktikası dəyişə bilər. Bəşər Əsəd vaxt udmaq üçün hansısa danışıqlara gedə bilər. Lakin onun tam şəkildə ciddi islahatlar aparacağı şübhə doğurur. Eyni zamanda könüllü şəkildə hakimiyyətdən getməsi də inandırıcı deyil.
Ekspert hesab edir ki, postsovet məkanındakı avtoritar rejimlər üçün diktatorların aqibətindən nəticə çıxarmaq hələ gec deyil: “Ərəb ölkələrindən fərqli olaraq postsovet məkanında yerləşən avtoritar rejimlərin əlləri o qədər də qana batmayıb. Bəşər Əsəd artıq 3 min adam öldürüb. Ona görə gedə bilmir. Postsovet məkanındakı diktaturaya meylli avtoritar rejimlərin isə demokratik islahatlara başlamaq şansları var. Onlar artıq başa düşməlidirlər ki, dünya dəyişir. Belə rejimlər uzun müddət qala bilməz. Xalqla, beynəlxalq ictimaiyyətlə dialoqa girməklə, əslində, bu cür aqibətdən qaça bilərlər”.
                                                                                                                                                                           Fizzə

Ağdam rayonu Döyüş Şöhrəti muzeyi.

R.Məmmədov adına Ağdam Döyüş Şöhrəti muzeyi 1990-cı ildə təsis olunmuçdur.1764 ekspanat vardır.Əksər hissəsini 1992-95- ci illər döyüş meydanından əldə edilən təkrar olunmaz ekspanatlar təıkil edir.Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın bütün bölgələrindən Şəhid olanlar barədə məlumatlar, bədənindən çıxarılan, qurumuş qan ləkəli qəlpələr, güllələr, şəhidlərimizin şəxsi,hərbi və mülki əşyaları muzeyin ən qiymətli ekspanatlardır.Muzey Ağdam rayonunun hal-hazırda cəbhə xətti olan Mahrızlı kəndində yerləşir.1993-95-ci illər arası N saylı hərbi hissənin kəşfiyyat rotası muzeydə yerləşmişdir.İşçi personal on nəfər.Direktor Ə.İntiqam müəllim ali təhsilli tarix müəllimi rus,ərəb,fars dillərini mükəmməl bilir.3 il 3 ay Qarabağ müharibəsi iştirakçısı,müharibə veteranıdır.1990-ildə Gürcüstan Respublikasında sərgi açmış həmin ilin avqust-sentyabr aylarında Ukraynanın İvano-Frankovsk şəhərində 20 yanvar 1990-cı il Qanlı yanvar faciəsinin video görüntüsünü  nümayiş etdirmiş,sərgi təşkil etmişdir.1992-ci ilin sentyabr ayında yenə həmin şəhərdə "Xocalı faciəsi" video görüntülərini nümayiş etdirib şərh vermış,şəxsi əlaqələri vasitəsi ilə bir milyard manatlıq hərbi tibbi ləvazimatın Azərbaycana gətirilməsini təşkil etmişdir.