понедельник, 19 декабря 2011 г.

Mən Vətən üçün nə edirəm və nə edərəm?

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.
Vətən, yurd sevgisi bir tək insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on km-lərlə yolu qət edib geriyə vətənlərinə dönürlər.İnsanlarda həmçinin digər ölkələrdə yaşayan həmvətənlərimiz də nə qədər uzun bir müddətdə başqa ölkədə yaşasalar belə ən sonda döndükləri yer vətəndir.Vətən,xalq hər birimiz üçün əziz və doğmadır! Bizim isə borcumuz Vətənimizə layiqincə xidmət etmək və vətənimizin, xalqımızın namusunu, qeyrətini çəkməkdir.Təəssülər olsun ki bu zamanlar,son dövrlər ərzində Azərbaycanda milli dəyərlər və dövlətin dövlət keyfiyyətləri tamamilə yadlaşmağa və tədricən ötəri bir hissə çevrilməyə başlayır. 
  Adi bir məsələyə toxuna bilərik.Azərbaycanda hal-hazırda atəşkəs imzalanıb.Və biz nələrin şahidi oluruq hər gün mütamadi şəkildə atəşəksin pozulması hətta adi hala çevrilməsi, əsgər itkiləri, hərbidə neqativ halların artması, cəmiyyətimizdə baş verən proseslər Azərbaycanda heç də dövlətçilik ən-ənələrinin olmadığına bir işarədir.Bəs bu zaman çərçivəsində biz vətənimiz üçün nə edirik, nə edərik? Əslində maraqlı və düşündürücü sualdır biz bu sual ətrafında saatlarla danışa bilərik.
 Biz vətənimiz üçün hər çey etməyə hazırıq və edirik də.Lakin bizə əlverişli şəraitin olmaması, əlverişli mühitin yaradılmaması gənclərə qayğı göstərilməməsi bizim xalqımız üçün edəcəyimiz işlərin sayının azalmasına təkan verir.Biz vətənimiz üçün hərbi xidmətə gedirik, biz vətənimiz üçün təhsil alırıq, biz vətənimiz üçün yaşayırıq,yaradırıq.Amma gəlin görək hal-hazırki mühitdə biz nələr edirik? Biz vətənimiz üçün vətənimizin,sərhədlərimizin bütövlüyü uğrundə əsgər gedirik,hərbi forma geyinirik lakin hərbidə baş verən haqsızlıq qaniçən komandirlər,əsgərini döyərək öldürən zabitlər, əsgərini intahara sürükləyən çavuşlar və hərbidə özbaşınalıqlara şərait yaradan nazirlər Azərbaycanı idarə etdikcə Azərbaycan vətəndaşının vətəninə xidmət, vətəninə sədaqətinin olması absurtdur...
  Daha sonra biz vətənimiz üçün təhsil alırıq, təhsil alırıq ki öz yüksək təhsilimizlə vətənimizin adın göylərə ucaldaq...Amma nələrin şahidi oluruq biz? Orta məktəblərdə başdı-başınalıq hökm sürür...Təhsildə baş vermiş uğursuz addımlar təhsilimizin səviyyəsin artıq sıfırdan mənfiyə doğru sürətlə sürükləyir.65 yaşdan yuxarı müəllimlər təqaüdə çıxarıldı lakin bu qanun bəzi qolları kresloya şaxələrək dolanmış insanlara gedib çatdığı üçün asanlıqıla bu qanunu ört basdır etdilər sanki belə bir qanun heç yazılmayıb da...Bunun güdazına isə xalq getdi...Ali savadlı, dünyagörüşlü müəllimlər ixtisar olundu...Yerinə isə dərisi soyulmuş cavan savadı aşıb daşan müəllimlər cəlb olundu...Kim qazandı kim itirdi yenə itirən Vətənimiz oldu...Həm savadlı gələcəyini,həm şərəfli bu gününü itirdi...Gənclər isə savadsızlığa doğru artıq çox sürətlə gedirlər...
 Ali təhsilə gəlin nəzər salaq.Hər bir gəncin arzusu ali məktəbə qəbul olmaqdır.Və bir güc bəla ilə gecə günüz hazırlıqda,repititor yanına gedərək 200 bal yığan şagird çətinliklə də olsa tələbə adını qazanır.Təbii ki istisnalar da var.Bəziləri heç hazırlığa getməmiş 700 balla qəbul olurlar...Və tələbə adını qazanan gənc həvəslə sentyabrın 15-i əlində dəftər,çanta universitetə gəlirlər.1 ay dərsə gəldikdən sonra universitet rəhbərləri gənclərə təzyiq edərək gözlərini qorxudur,təhqiləolan maraqlarını istəklərini özlərinə qarşı düşmənçilik hissləri ilə əvəzləndirirlər...Və bir neçə ay keşdikdən sonra tələbə bir dəftərlə universitetə gəlir və tamamilə laqeyidcəsinə...Artıq ali təhsildə də savad, təhsil almaq absurdlaşdı...Və kütləvi savadsızlaşmaya və özləri üçün zəminyaratma kompaniyasına məharətlə davam kmandası verdilər.Yenə itirən vətən,itirən xalq oldu...
 Biz vətənimiz üçün yaşayırıq, yaradırıq...Bu isə ilk baxışdan reallığı mümkün bir arqumentdir.Biz yaşayırıq amma nə gündə yaşayırıq...Çox az bir hissə insanlar normal yaşayırlar.Təxminən 10% insan Azərbaycanda normal yaşayan təbəqə var.Biz isə yüzlərlə problemlərlə üzləşə-üzləşə, gündə yüz kərə ay Allah görən mən nə edim deyə-deyə yaşayırıq...Çoxsunun evləri uçuq sökük, özləri isə çox is vəziyyətdə yaşayır.Bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz var.Hələ yüzlərlə ailə "analogsuz inkişafa" məruz qalıb,yüzlərlə ailə hələ də çörəkpulu hesabına dolanır bir qarnı ac,bir qarnı tox...Bəs bu necə yaşamaq oldu? Biz vətən üçünmü yaşayırıq yoxsa həyatla mübarizə aparmaq,övladlarımıza bir tikə çörək qazanmaqmı üçün yaşayırıq??? Yaşamaqdan bəhz etdim yaratmağı isə vəsf etmək istəyirəm.
 Yaratmaq...Bu sözü oxuyarkən insanın ilk ağlına bir heykəltaraşın heykəl düzəltməsi,bir rəssamın rəsm çəkməsi insanın göz önündə canlanır...Amma gəlin bir az məsələni incəliyək.Bir rəssam rəsm çəkir.Kənardan baxırıq hər birimiz ilham alırıq o yaratdığı əsərdən.Amma gəlin görək o rəssam bu əsəri yaradarkən özü bu əsərindən ilham alırmı???Rəssam yaradır ürəyində düşünür görəsən mən bu əsəri neçəyə satacam övladıma yeni tedris ilində Təhsil Nazirinin yeni şagirdlərçün formasını alım övladım digərlərindən fərqlənməsin,geri qalmasın? O düşünür görəsən mən oğlumla qızıma məktəbli forması alsam ailəmə ərzaq ala biləcəmmi?O düşünür görəsən heç olmasa evimə bir əşya alıb aoya biləcəmmi...Bu düşüncələrin altında birdə ayılır ki əsəri tamamlayıb...Qəlbi dərd qəm içində üzündə təbəssüm qürurun alçaltmamaq üçün əsərini satır.O öz əməyini satır.Zəhmətini satır.Sənətəsəsrini satır.Bəlkədə onun çəkdiyi Azərbaycanın tarixidir,bəlkə onun çəkdiyi Azərbaycanın işıqlı gələcəyidir amma buna baxmayaraq o bunu çörəkpulu xatirinə satır...Budurmu vətənçün yaratmaq???O vətənçün yox yaşamaqçun yaradır...
 Bundan sonra bu nəticəyə gəlmək olar ki biz vətənçün heç nə etmirik yaşamaq uğrunda mübarizə aparırırq,yalnız və yalnız vətənimiz üçün əlimizdən gələn say artırmaqdır...Bunun səbəbkarları isə Dubayda imarətgah sahibləri,İsveçrə bankında milyardlarla manatlıq hesab sahibləri indi Tv-lərdə sosial rifahdan,əhalinin analogsuz inkişafından, 500 faizlik artımdan danışırlar...

суббота, 17 декабря 2011 г.

Həyatımda ilk səmimi etirafım...

 Hə indicə Pünhan İmamlının blogunu oxudum gözəl etiraflar edib.Çox müsbət enerji aldım tam səmimi bir yazıdır.Mən də qərara aldım ki etiraf edəcəm nə var hamısını etiraf edəcəm...
 Deməli belə.
- Mənim həyatımda ilk etirafımdır bu.İndiyə kimi etiraf etməmişəm...
- İlk sevdiyim qızın adı Heyran olub.Ona da sevgimi etiraf etmədiyim üçün atıb məni...
- Uşaq vaxtı Firdovsigilin qara iti vardı onun qorxusundan kəndi fırlanıb it olmayan yolla dərsə gedirdim...
- Abiturient olanda hazırlıq əvəzinə kafeyə gedirdim...
- Mən pis insanam...
- Səmimi ola bilmirəm...
- Pessimist insanam.Tez ruhdan düşürəm gec ruhlanıram.Prinsipə gedənəm...
- Tırkaya getmirəm=)...
- Şöhrətpərəstəm...
- Ən çox sevdiyim insan nənəm idi oda rəhmətə gedib özümü atılmış hiss edirəm...
- Dalaşmağa nifrət edirəm...
- Utancağam...Bu başıma bəla olub...Komplekslərdən azad ola bilmirəm...
- İndiyə kimi 4-cü sinifdə bir qız sevmişəm indiyə kimi xoşuma gələn olsa da cürət edib etiraf etməmişəm...
- Tez-tez fikrə gedirəm...
- Yaddaşım zəifir...
- Oğlanın ağlamağına pis baxmıram!
- Özümdən böyük xanımlara daha çox üstünlük verirəm.
- İndi hisslərim çox bərbaddır...
- Hərdən ölmək istəyirəm hətta buna cəhddə etmişəm...
- Bacardığım işlər bacarmadıqlarımdan daha çoxdur...
- İstedadıma güvənirəm...
- Özümə güvənirəm...
- Mən çirkinəm bunu bilirəm...
- Gec sevirəm amma xoşuma gələn kimsə olanda onu izləməyi xoşlayıram...
- 11 ildir həyatımda heç kim olmayıb...
- Arada yalan danışıram...
- Konfliktə getməyi sevmirəm,hətta konfliktə görə fikrimi də dəyişirəm...
- Tam olmasa da 51% liberal bir insanam...
- Eqoistəm,özümdən danışmağı sevirəm...
- İndi yalnız bir fikrim var bir nəfərə etiraf etmək ona da yenə cürətim çatmır zəif insanam...
- Həyatım boyu heç kimə tanışlıqçun yaxınlaşıb, padxod eləməmişəm...
- Tez təkərə düşürəm...
- Onu da etiraf edim ki həyatımda ilk dəfə səmimi etiraf etdim...
- Yaxın zamanda o bir nəfərə də etiraf edəcəm...
 Bu qədər bəsdir...Bəlkədə kimlərçünsə maraqlı olmayacaq.Amma bunları mən tam səmimi yazmışam...

пятница, 16 декабря 2011 г.

Mən də etiraf etmək istəyirəm axı...

 İndiyə kimi mən bu mövzulara müraciət etməmişəm ona görə bu blog-u da yazarkən tərəddüd edə-edə yazdım. Axır son qərarım yazmaq oldu.Yazmasam gərək kiməsə deyəydim deməyə də cürətim çatmadı...Yazıram buraya.Yazmasam ürəyim partlayar sözlər doğurdanda hər şeydən silahdan, qılıncdan,tank-topdan da kəsərlidir.Adamın ürəyində qalanda adamı çox incidir...
 Deyəcəyim nədir...Deməli bu blogerlər arasında belə bir mövzu gəzirdi etiraf...Mən də bu mövzu haqqında çox düşündüm...İstədim nəsə bir etiraf edim realda və onu bloga yazım.Amma nə qədər çalışsamda cürətim çatmadı etiraf etməyə...Nə qədər özümdə mübət enerji yaratdım ki yox ee etiraf edəcəm yenə dilim tutuldu danışmadı ki, danışmadı...Bilmirəm qüsur nədədir, zəmanədədir,yoxsa məndə...
 Çox uzatmayacam söhbəti.Mən də etiraf etmək istəyirəm.Amma bu etirafı necə edim əziz dostlar, qardaşlar mənə kömək edin mən necə etiraf edim.Bacarmıram! Nə qədər özümdə güc hiss edirəm ki etiraf edim dilim söz tutmur, bədbin hisslər məni boğur.Bu istiqamətdə təcrübəsi olanlardan kömək istəyirəm.Etiraf metodlarını mənə də öyrətsinlər.Rəyləri xahiş edirəm buraya yazın adınızı yazmağı unutmayın.Hə birdə ki şablon etiraf metodları olmasın onu da utanıram deyəm...

среда, 14 декабря 2011 г.

Qədir Rüstəmov vəfat etdi.O, 2-ci Fəxri Xiyabanda dəfn ediləcək

Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmovla vidalaşma mərasimi dekabrın 15-də olacaq.
Bu barədə AzadlıqRadiosuna Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, cənazə gecə Bakıya gətiriləcək və mərhumla vida mərasimi səhər saat 10.00-da Bakı Musiqi Akademiyasının akt zalında başlanacaq.
Dəfnin günün ikinci yarısı olması nəzərdə tutulur.
Mərhum Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaq.

***

Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov dekabrın 14-də səhər saatlarında vəfat edib.
Bu barədə məlumat verən sənətkarın oğlu atasının ürəyinin bu gün dayandığını deyib.
Hazırda Azərbaycanın İstanbuldakı baş Konsulluğunun nümayəndələri “Acıbadem” Xəstəxanasındadırlar.
Qədir Rüstəmovun cənazəsinin Bakıya gətirilməsi üzrə danışıqlar aparılır (APA).
Sənətçinin həkimi Ceyhun Solakoğlunun ANS-ə verdiyi xəbərə görə, müğənni bu gün saat 11:00 radələrində dünyasını dəyişib. Onun ölümünün səbəbi yayılmış herpes virusu ilə bağlı orqan çatışmazlığıdır.
Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.
Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məhşurlaşmışdı.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.
Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarırdı.



ANN.AZ


 Allah rəhmət eləsin!

вторник, 13 декабря 2011 г.

13.12.2011 əlamətdar gün!

  Bu gün mənim üçün çox əlamətdar bir gün oldu.Bu gün mən uzun illər arzusunda olduğum jurnalistika,jurnalistlik fəaliyyətinə başladım.Düzü ki bu praktika osla da özümü əsl professional jurnalist kimi hiss etdim.Düzdür çoxları mənimlə razılaşmaz ki mən professional jurnalis deyiləm.Bu belədir amma mən uzun illərdir bunun arzusunda olduğum üçün özümü professional hiss etməyə çalışdım.
 Sağ olsun bunun üçün mənə yardımçı olan Aynur Zərrintac, Emin Hüseynov-a öz təşəkkürümü bildirirəm.doğurdan uzun bir müddət mən istəmişəm ki jurnalist olum.Çünki jurnalist olmaq hər adama nəsib olmur çünki jurnalist olmaq,haqq səsini, xalqın səsini dünyaya çatdırmaq kimi şərəfli iş hər adama nəsib olmur.Mən bu fəaliyyətə başladığım üçün həqiqətən çox böyük qürur hissi keçirdirəm.İnşallah bu hisslərim zaman keçincə ötəri olmaz.İnanmıram ki də ötəri olsun.çünki əgər hər hansısa bir işə həvəslə yanaşırsansa o işdən bezmək yaxud o işdən imtina etmək mümkün olmaz mənim fikrimcə.İnşallah çalışaram üstümə düşən vəzifəni layiqincə yerinə yetirim, xalqıma , vətənimə layiqli bir insan olum. İstərdim ki kiməsə, xalqıma azda olsa xeyirim dəysin , kiməsə mənim gördüyüm işdən xeyir gəlsin.Bu çənim üçün şərəfdir.Bu gün həqiqətən çox əlamətdar bir gün oldu!

четверг, 8 декабря 2011 г.

Elnur Məcidliyə məktub yazaq!

 Salam əziz qardaşım Elnur. Düzdür əyani tanışlığımız olmasa da artıq səni öz qardaşım,doğma bir insanım kimi tanıyıram.Sən bu xalqın, sən bu millətin dəyərli, istedadlı, özünüdərk edən bir gəncisən.Sən bizim azadlığımız yolunda həbsə alınmısan.Sən bizim rifahımızın,sən bizim baş ucalığımız naminə həbsə alınmısan.Mən və ətrafımda olan gənclər sənin və səninlə birgə sifarişlə həbs olunan xalqınını, vətənini sevən insanların həbsini,onlara qarşı olunan haqsızlıqları pisləyir və sizin,həmçinin haqsızlıqlara məruz qalmış xalqımızın AZAD olması üçün əlimizdən gələni etməyə çalışırıq.Artıq xalqımız da yaxşını pisdən ayırmağa başlayır,artıq xalqımız öz rifahlarının hansı səviyyədə olmasını görür.Artıq xalqımız vəziyyəti düzgün dəyərləndirməyi bacarır.
 Biz səninlə,biz AZADLIQ uğrunda birləşən insanlarla qürur duyuruq və sənin cəsarətin hər birimiz üçün bir nümunə,hər birimiz üçün örnəkdir! İnşallah çox yaxın bir zamanda səninlə əyani üzbə-üz görüşmək arzusu ilə.İnşallah sənin əlini AZADLIQ-da sıxaraq, həmişə AZADLIQ-da demək arzusu ilə.
                                                                                                                      Hörmətlə: Rövşən Əsədov

вторник, 6 декабря 2011 г.

Biz təhsil alırıq yoxsa zərbə?

 Bilirsiniz bəzi məlumatlar doğurdanda Azərbaycan gənci,Azərbaycan tələbəsi üçün adiləşən hala çevrilsə də doğurdanda tükürpədici faktlardır bunlar.
 Azərbaycan tələbəsi (demək olar ki əksər universitetdə anoloji hal baş verir) "universitet"-ə gedir və universitet tələbələri dərs olduğu halda bayırda siqaret çəkməklə bir-birlərinə mənşəyi məlum olmayan zarafatlar etməklə məşğuldular.
 Mən sizə kankret olaraq adını çəkmək istəmədiyim bir ali təhsil ocağından sitat gətirmək istəyirəm.
 Deməli belə rəvayət olunur ki bir gün bir tələbə "universitetə gedir və bu zaman universitet tələbəsinin dekanı metronun çıxışında durub dərsə gələn tələbələrini geri qaytarır.Bu tələbə də dekana rast gəldikdən sonra geri qayıdır.Sabahsı gün dərsə gələn tələbə dünən üçün jurnalda adının qarşısında qayıb görən zaman donub yerində qalır və dekan universitetdə olmadığı üçün məsul müəllimlərə yaxınlaşır.Cavab isə belə olur: - Oğul dərsdə olmamısan qayıb yazılıb da...Doğurdan maraqlı cavabın qarşısında tələbənin simasını görmək çox əzabverici bir mənzərə anı yaşadar...Və növbəti gün dərsə gələn tələbə dekan tərəfindən danlanılır və dərsə gəlməməkdə ittiham olunur.Tələbə hələ də dözür.Növbəti gün isə həmin tələbə dərsə gəlir və bu zaman universitetə daxil olmamış universitet həyətində gəzən söhbətin şahidi olur.Ayy daa dünən filankəsə yəni bəhz etdiyim bu tələbəyə və bir neçə digər tələbələrə töhmət verilib.Doğurdan bunun qarşılığında çaş-baş qalan tələbə universitetin prorektoruna müraciət edir dərsə gəlməməyinin səbəbini də açıqlamaq şərti ilə.Prorektor isə cavabında əşşi bekarsan ee töhmətdi də silinib gedəcək...Tələbə hələ də dözür.
 Bu anoloji hal demək olar ki bir neçə dəfə təkrar olunur.Və axır bir gün baş verən  iki hadisə bu tələbənin tələbəçilik həyatının kuliminasiya nöqtəsinə çevrilir.Tələbə yenə dərsə gəlir və dərsə gəldikdə "tələbə yoldaşları"-nın etdiyi söhbətin şahidi olur.
-Qısa bir xatırlatım etmək istəyirəm ki bu gənc tələbənin siyasi baxışları tamamilə fərqli olur.Və bu fikirnə görə dəfələrlə başı qalmaqal çəkir.Amma buna baxmayaraq bu tələbə bu qalmaqallardan həyat dərsi götürür, insanları daha yaxından tanıyır.
 Bu gənc tələbənin tələbə yoldaşları bunun haqqında çox utancverici bir sözlər eşidir.Eşidir ki bəs həmin gəncin guya loru dildə desək universitetdə dalından dəyəcəklər,it kimi qovacaqlar universitetdən və s. Bunlara fikir verməyən amma daxilən özünü ölmüş canlı hesab edən bu gənc universitetə qalxır.Və universitetdə bir illik təhsil haqqı 2 min AZN olduğu halda,prezidentimizin qaçqın və məcburi köçkünlərə təhsilhaqqının güzəşt olunması haqqında fərmanı olduğu halda hətta yarım illik təhsilhaqqını 1000 AZN ödədiyi halda birinci semestr bitməmiş hətta birinci semestrin imtahanları başlamamış ikinci semestrin təhsilhaqqıları tələb olunur.Və şərt də qoyublar ki ikinci semestrin pulunu keçirməyən tələbə imtahanlara buraxılmayacaq...Axı bunlar görəsən bu tələbəyə qarşı niyə haqsızlıq edirlər axı bu gənc tələbə hansısa dövlətin gələcək kadrıdır? Bu gün ona qarşı olunmuş bu hadisə onu növbəti əlinə şans düşən illərdə bu dövlətçün xidmət etməyə cəlb edə bilərmi? Bu gün həmin tələbəyə qarşı olunmuş bu haqsızlıq bu tələbənin simasında bütün Azərbaycan tələbəsinə qarşı hörmətsizlikdir.Ona görədə bu tələbə bu haqsızlıqlardan bezərək bu məqaləni yazdı...

воскресенье, 4 декабря 2011 г.

Hər birimiz Elnur Məcidliyə virtual dəstək aksiyasına qoşulaq!

Elnur Məcidli
 Bu gecə saat 00:00-dan (gecəyarısından) etibarən Elnur Məcidliyə dəstək üçün Twitter-də və facebook-da virtual aksiyaya başlayırıq.Facebook-da Elnur Məcidli haqqında müxtəlif statuslar,məlumatlar paylaşaq,Twitter-də isə #ElnurMajidli #freedom #opposition sözlərini hashtag edək və Elnur Məcidlinin bu şəklini profil şəkli edək!
 Elnur Məcidli və digər siyasi məhbuslarımıza dəstək olmaq hər birimizin məəvi borcudur!

суббота, 3 декабря 2011 г.

Əsgərlərimiz qanları bahasına şəhidlik zirvəsinə adlarını yazıblar!

03.12.2011 tarixində Gənc Siyasi Məhbusların Müdafiə Komitəsi- AXCP Gənclər Komitəsinin, Nida Vətəndaş Hərakatının, Azad Gənclik Təşkilatının, Müsbət Dəyişiklik Gənclər Təşkilatının, Müsavat, ADP və VHP-nin Gənclər Təşkilatlarının, Dalğa Gənclər təşkilatının və müstəqil gənclərin "Ən Böyük Əsgər Bizim Əsgər", "Şəhid ölümlərinə YOX deyək!", "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı ilə aksiya keçirmişlər.Aksiya zamanı gənclərin hətta səslərindən belə qorxan polis məmurları,mülkigeyimli təxribatçılar işə keçərək gənc aktivləri saxlayaraq Nəsimi Rayon 22-ci PŞ -nə və 9-cu polis bölməsinə gətirmiş xeyli müddət saxladıqdan sonra sərbəst buraxmışlar.
 Bu gün gənclərimizin hətta vətən yolunda həyatından keçmiş əsgərlərimiz,vətən oğullarımız üçün keçirdiyi aksiyaya polislərin bu cür vəhşicəsinə müdaxiləsi həqiqətən də bu vətənə,bu torpağa qarşı,bu xalqa qarşı hörmətsizlikdir.Özləri bəlkədə hərbi xidmətdə belə olmayıblar,bəlkədə nə qədərsa məbləğində pul verərək haralarasa saldırılma yolu ilə xidmət edən bu özünü cismən iki ayaqlı ruhən dördayaqlı olan Polislərimiz bu etdikləri vəhşiliyin qarşılığında cəzalarını bu dünyada almasalar da mən əminəm ki ALLAH onları bu əməllərinə görə dizin-dizin süründürəcək.O zaman qanı ilə şəhidlik zirvəsinə adlarını yazan qardaşlarımızın ayaqlarına düşəcəklər.O zaman onlar başa düşəcəklər ki, şəhidlər bizim,hər birimizin atası,qardaşı ola bilər onların hətta ruhuna qarşı belə hörmətsizlik etmək olmaz! ALLAH günahkarların bəlasını gec-tez verəcək!

пятница, 2 декабря 2011 г.

Azərbaycan gəncliyi bu haqsızlığa dözəcəyinə dair öhdəlik götürməyib!

 02.12.2011  tarixində "Demokrat Gənclər Təşkilatı"-nın həyata keçirdi metroda qiymətlərin artımı ilə əlaqədar olan aksiya zamanı əslindəmetrodan istifadəyə Baykot elan olunmuşdu.Və bu zaman biz orda aksiyanı təşkil edən zaman metroda kifayət qədər insan toplum vardı.Sanki günü-gündən metrodan istifadə edənlərin sayı xalqın digər təbəqələrinin acığına artıq.Hərəkət intensivləşir.Sıxlıq yaranır.Və bu sıxlıq zamanı bizim aksiyamızın həyata keçməsində həm sevindirici həmdə cansıxıcı hallar yaşandı.
 Sevindirici haldan başlayımBiz metronun içərisinə daxil olan zaman,o kağızları oraya yapışdıran zaman gənclər tələbələr bizdən onun nə olduğunu soruşdular və stikerlərdən istədilər.Və biz xeyli sayda o stikerlərdən metrolara yapışdırdıq və gənclərə payladıq.Yəqin onlar da harasa yapışdıracaqlar.Bu doğurdanda azacıq da olsa sevindirici haldır.
 Cansıxıcı anlar isə odur ki bir baxın sağdakı kadrlara.Kənarda dayanmış insanlar necə laqeyid yanaşırlar bu məsələyə.Yanlarında kimliyi məlum olmayan naməlum şəxslər birini tutub aparır,hətta sürüyərək aparır digərləri də sakit-sakit baxırlar.Bəlkə də şərait olsa fit çalıb,alqışlayarlar.Onsuzda bu millət çapan çalmağa öyrəşib...Çoxları mal kimi dayanıb baxaraq deyir: Oooo ayəə ona baax gör nətər aparıllar ee...Pahatooonan... Beləsinə nə deyəsən?Beləsi üçün nə edəsən? Söhbət məndən getmir ümumiyyətlə belə yerlərdə saxlanılmamaq mümkün deyil.Bu normal haldır Azərbaycan üçün.
 Əsas odur ki biz Vətənimiz,Xalqımız üçün əlimizdən gələni edirik,bizi nə polis,nə qandal,nə də heç nə bu yoldan döndərə bilməz.Kim mübarizə aparmır onlarda mücadilə zammanı ayaqda qalacaq...Onlar da sonda bizim yanımızda tapınacaqlar.
 Biz bu gün varlığımızı,mübarizə etmək əzmində olduğumuzu,bu yolda tutulmağa da hazır olduğumuzu,polis qarşısında əyilməzliyimizi göstərdik.Və indən sonra da davamlı olaraq göstərəcəyik! Yaşasın AZƏRBAYCANIM, YAŞASIN XALQIM,YAŞASIN AZƏRBAYCAN GƏNCLİYİ!

Polislərlə ilk və təmtəraqlı görüşüm...

 Bu gün "Demokrat Gənclər Təşkilat"-ı metronun müxtəlif istiqamətində müxtəlif şəkildə aksiyalar həyata keçirdi.Əsas hərəkətverici aksiya isə metronun "Sahil","28 may" stansiyalarında baş tutdu.Və bu zaman məni özünü təqdim etməyən naməlum mülki geyimli şəxslər qolumdan və şalvarımın remenindən (toqqamdan) tutaraq özlərinə də məlum olmayan istiqamətdə sürüməyə başladılar.Təbii ki özlərin təqdim etmədiklərinə görə məndə onlara müqavimət göstərdim.Şəkildə gördüyünüz Palıd rəngli dublyonka geyinən naməlum şəxs mənim sinəmə iki yumruq zərbəsi və çökdürməkçün qıçımın qatlanan hissəsinə dizi ilə zərbə endirdi.Amma mən müqavimətimi saxlayıb onu özümdən uzaqlaşdırmaq üçün itələdim.Onlara müqavimət göstərməyimə baxmayaraq vəhşicəsinə onlar məni eskalatora doğru apardılar.Eskalatorda qalxan zaman naməlum şəxsin qol saatı açılmışdı.Və o saatının qırıldığını iddia edərək məni hədələdi.Məni "28 May" metrostansiyasının Polis bölməsina apardılar.Və profilaktik söhbət etməyə başladılar.Mənim üstümə qışqıraraq danışan naməlum şəxs qismli polis əməkdaşı söyüşlə danışmağa başladı.Mən isə ondan ailəsində aldığı tərbiyəni nümayiş etdirməyi tələb edən zaman həmin polis nəfərini sözünə görə üzr istəməyi bacardım.Və yoğun qalstuklular studiyaya dəvət olundu.Təxminən 15 kvadrat metr olan yerə 10-a yaxın polis əməkdaşları toplandı.Və yalancasına rəislərin gözünə girərək deyirlər ki biz özümüzü təqdim etdik.Hal bu ki mənə heç onlar yaxınlaşmayıblar ki özlərində təqdim etsinlər.Vəhşi kimi qoluma girib sürüməyə başladılar.Və məni ittiham etdilər ki mən bunun saatını qırmışam və sağlamlığına zərər yetirmək məqsədi ilə (ifadəmə görə üzr istəyirəm) bunun xayasına zərbə endirmişəm.Məni təhdid etməklərinə baxmayaraq mən indiki istər siyasi istər sosial durumun çətinliklərini anlatdım onlara.Bir polis nəfəri yoğunqalstuklu nəfər məni kənara çəkərək: Olar ikilikdə söhbət edək?-dedi. Mən buna yaxınlaşdım o isə bildirdi ki: Deginən səni kim öyrədir balamın canına səni buraxacam. Onun bu sözlərinə isə cavabım çox sadə oldu.Bəyəm cəmiyyətimizdə baş verən hadisələri,haqsızlıqları bizə kimsə öyrətməlidir,Allah bu iki gözü nəyə görə verib mənə? O isə təkidlə aparın bunu şöbiyə orda başa salarlar.Bütün üstümdə olan əşyaları çıxardılar.Telefonumu söndürərək əlimdən aldılar.Və birinci dəfədir rastlaşdığım tunellə məni Nəsimi Rayon 22-ci Polis bölməsinə gətirdilər.
 Bölmədə isəən azı 18 dənə polis tərəfindən dindirildim.Vəən çox rastlaşdığım suallar isə hansı partiyanın üzvüsən? sualı oldu.Ümumiyyətlə Nəsimi Rayon 22-ci polis bölməsi tərəfindən dindirildikdən sonra məni 1 saat yarımlıq barmaqlıqlar arxasına saldılar.Orda isə yer mərmər olduğundan bütün daxili orqanlarım soyuqlayıb.Ağrıdan əziyyət çəkirəm.Oturmağa isə şəraitdə yox idi toz torpağın içində batırdı kamera.Mən isə orda olan zaman əlim nə telefona,nə ailəmə,nə dostlarıma,nə də Facebook-a çatırdı.Həmin saat yarım ərzində həyatda olduğum bu 20 ilim gözümün önündən ağ-qara kadrlar kimi ötdü keçdi.Həqiqətən çox pis anlar idi.Və mən indiyə kimi bölmədə saxlanmamışdım.Və başa düşdüm ki Cabbar Savalanlı,Tural Abbaslı,Elnur Məcidli,Məhəmməd Məcidli,Arif Hacılı,Əhəd Məmmədli və digər qardaşlarım,əqidə yoldaşlarım orda nə əziyyətlər çəkirlər.İnsanın ürəyi AZADLIQ sevgisindən dəli olur,ciyərlərin səması buludlu, havası çirkli olan Bakının havasını udmaq üçün parça-parça olur.Və mən kamerada olan zaman növbətçi polis nəfərindən bir qələm,kağız istədim vermədilər.Kamerada isə ALLAh-dan birinci siyasi məhbuslarımıza sonra özümə AZADLIQ dilədim.Bir təhər orda səs-küy edərək vaxt keçirdim.Və Nəsimi RPŞ-nin rəisi məni qəbuluna çağırdı.Və dedi zəng eliyin bunun ailəsinə.
 Həmin Zaur adlı nəfər mənim ailəmə zəng edib ailəmi panikaya saldılar.Ailəm hal-hazırda Bakıda mənimlə olmasalar da artıq bir azda ləngisəydim artıq onlar Bakıya yola düşəcəkdilər.Və bundan istifadə edərək bütün telefonumda olan şəxsi mesajlara,şəkillərə,zənglərə,nömrələrə baxdılar.Həmçinin qeydiyyatda apardılar.Sonra rəsinin icazəsi ilə mənim bütün danışıqlarım,əlaqələrim araşdırıldı.Və məni məcbur etdilər ki deyim ki məni kimsə öyrədir.Mənisə heç kim öyrətmədiyini və mənim digərlərini öyrətdiyimi onlara dəfələrlə vurğuladım.
 Daha sonra isə əlində enli uzun antennalı bir aparatura olan polis nəfəri mənə yaxınlaşıb bildirdi ki sənə lazım idi bu yeri get dərsini oxu daa...
 Daha sonra bir qocaman pensianer polisin yanına göndərdilər məni oda bir az hal-əhval oldu mənlə.YAzdı pozdu sonra məni digər rəisin otağına göndərdi.Orda televizor da vardı.Sağ olsunlar şərait də yaratdılar pultu götürdüm.Bir az rəisin otağında çəhrayı panther-ə baxdım.İki saat da orda əyləndikdən sonra axırda bezdilər sifətimə baxmaqdan.( Nədənsə orda hec palkovnik yaxud general yox idi hamı bir-birinə rəis deyirdi ) Baş rəis göstəriş verdi ki cəriməliyin buraxın getsin.
 Düşündüm ki cərimə ən azı 500 AZN olar.Artıq pulu hardan tapacağım haqqında plan qururdum.O dəyqə ağlıma telefonlarım gəldi...Və jurilərin uzun müzakirəsindən sonra mənə izahat yazdırmağçun yaxınlaşdılar.İzahat yazdım.Mənə qocaman,pensianer polis rəisi hardan pul tapa bilərsən,nə qədər tapa bilərsən? deyə müraciət etdi.Cavabında isə həqiqətən də üstümdə iki manat pul olduğunu dedim.Sifətimə yetim-yetim baxdı və dedi get 5 manat tap gətir çıx get.Mənim də əlimdə yaxşıki Kapital Bankın kartı var idi.son 15 manat pulum qalmışdı.Unibankın bakomatından 10 manat çıxardım 2 manat da faiz tutdular balansda 3 manatım qaldı.5 manat verərək birtəhər polis macərama imza atdım.Bu da qanun keşikçilərimizlə qayğıkeş bir günüm idi və blogumun bir səhiəsinə,ömrümün bir gününə yazıldı...