среда, 19 сентября 2012 г.

Buna bir "SON" deyiləcəkmi?

Xeyli vaxtdır toxunmaq istədiyim lakin hər dəfə müəyyən səbəblər ucbatından toxuna bilmədiyim bir məsələ ətrafında danışmaq istəyirəm.
  Bu hal demək olar ki illərdir bəlkədə təkrarlanır.Söhbət hansı hallardan gedir indi izah edəcəm.
 Demək bu şəkildə göstərdiyim yer, yəni Vasmoy bazarı yaxınlığında yerləşən bu meşə zolağı hər gün axşam saatlarından qeyri adi yaratıkların hücumuna məruz qalır.Nəinki qeyri adi yaratıkların həmçinin müəyyən yaş çərçivəsində xanımlar da buraya üz tutur.Söhbət yəqin ki təxmin etdiniz nədən gedir.Söhbət bədənini satan insanlardan gedir.
   Əsasən Transseksualların toplandığı məkan olan buraya üz tutan xanımlar da az deyil.Bəzən onların heyranları onları başqa yerlərə, bəzən isə elə həmin meşəlik sahəsinin dərin güşələrinə aparır.Bu əslində ictimaət arasında mənfi qarşılansa da müəyyən mənada bu prosesi təbii proses də adlandıra bilərik.Amma qeyri təbii bir proseslərdə cərayan edir burada.Bu proseslərə toxunmaq istəyirəm.
   Deməli həmin əraziyə təhkim olunmuş mülki formada polis xeylaqları, kənarda isə formada olan polis xeylağı nəzarət edir.Mən bu tələyə düşən bir neçə sakinlə də ünsiyyətdə oldum.Düzü inanmadım sonra isə bir azlıq müşahidədən sonra bunun həqiqət olduğunu gördüm.Bu polis məmurları mülki formada oralarda dolaşır.Kimsə bu insanlara yaxınlaşanda (söhbət transseksuallardan gedir ki adını tez-tez hallandırmaq istəmirəm) polis məmurları əhatəyə alır həmin insanı və hər ikisini də polis şöbəsinə gətirirlər.Maraqlı məqamlardan biri isə odur ki bu insanlar (transseksuallar) heç ifadəsi alınmadan sərbəst buraxılır.Hisslərinə hakim kəsilə bilməyən vətəndaşlar isə polis məmurları tərəfindən talan-qarət olunur.Müəyyən məbləqdə cərimə olunur 100-300 manat civarında sonra isə sərbəst buraxılır.
   Bu eşitdiklərimə baxmayaraq həmin məxluqatların birinə yaxınlaşdım və bir neçə sorğu sual etdim.Özünü Matan kimi təqdim edən bir oğlan xeylağı mənə bildirdi ki bizim də pulumuz bundan gəlir.Bir az da dərinə getdim deyirlər ki bu proseslərə uşaq vaxtından qoşulublar indi özləri də istəsələr bundan uzaqlaşa bilmirlər.Heç bir gəlir yerləri olmayan bu məxluqlar bu peşə ilə məşğuldular.
    Xülasə...Bu Matan-ın dediklərinə görə onların polislə də razılaşması var və onların orda olmasını nə vaxt gəlib, nə vaxt getmələrini ən birinci polis məmurları bilir.Deyir ki, çox vaxt polislər ilişmir.Bizə kimsə ilişib eliyib, söz atanda yaxud təhqir edəndə və digər problemlər yaşananda onlar müdaxilə edir və onları cəzalandırır.
  Soruşdum ki, bəs sizə nəsə demirlər?-Çox sadə cavab aldım.Nə deyəcəklər ki? Elə bilirsən ki onlara nəsə çatmır ki hələ bizə minnətləri olsun...
  Başqa bir nəfərlə də ünsiyyətdə oldum.Yəni bu kələyin hədəfi olan bir nəfərlə.O deyir ki, polis məni orda tutdu apardi şöbəyə.Məndən pul istədilər 200 manat bir təhər yalvar yaxar etdim ki, imkanim yoxdur 150 manata endirdi.Pulu dost tanışla əlaqə saxlayıb tapıb toplayıb gətirdilər və izahat filan yazmamış sərbəst buraxıldım.
  Mən xeyli müddətdir ki, bu prosesin türklər demiş peşindəyəm görüm nəsə araşdıra bilərəmmi...Axırda əldə etdiklərimi sizinlə bölüşdüm.
 Bu cismini satan transseksuallar, buda çiyinlərinə paqon gəzdirən polis məmurlarımız.Bu hala məncə ən qısa zamanda son qoyulmalıdır.

суббота, 8 сентября 2012 г.

Dəyişdik amma inkişaf etmədik...

   Hər birimiz uşaqlıq çağlarından xatırladığımız gözəl hisslər var. Bu gözəl hisslərdən biri də 1 (bir) sentyabr birinci sinifə, dərsə getdiyimiz gündür. Həmin günləri hətta ömrümüzün sonuna kimi belə xatırlayırıq.Kimisi qorxa-qorxa kimisi sevinclə, kimisi qorxu göz yaşları ilə birinci sinifə gedər qorxa-qorxa parta arxasında əyləşərdik.
  İndi hər şey dəyişib...Bir sentyabrda, insanlar da, hisslərimiz də...
  Artıq uşaqlar bir sentyabr deyil 15 sentyabr dərsə gedirlər, artıq uşaqlar məktəbə getməmiş yazıb oxumağı bacarır, hamıya adi hisslər kimi gəlir məktəbə getmək, hətta zülümlə gedirlər dərsə... Əvvəl şagirdlər məktəbdə oxuyub bilik qazanırdı, əvvəl dərsimizi oxumayanda müəllim əlimizin üstünə çubuqla döyərdi indi oxuyub söyüş öyrənirlər, indi şagird dərs oxumayanda müəllim onun telefonunu alır,indi dərs əvəzinə internet kluba gedirlər, indi məktəbdə oxuyub öyrənmək əvəzinə fərdi hazırlığa gedib öyrənirlər, atestatı pulla alırlar, bəzən universitetə pulla qəbul olurlar və s. bunun kimi misallar çox çəkmək olar...
  Bu azmış kimi bir güc bəla ilə universitetə daxil olurlar...Tələbəçilik həyatı kef damaq, ay brat - ay brat... əvvəllər tələbələr universitetə qəbul olanda çoxlu kitablar alır oxuyar mütaliə edər biliklərini artırardılar ki universitetdə hamıdan bilikli, mütaliəli olsunlar... İndi hamı özünə italyanskı qızıl, lak ayaqqabılar, mini yubka ki birinci kursuq elə geyinək ki deməsinlər ki kənddən gələnə oxşayırsan ( kənddən gəlmək söhbəti tam başqa mövzudur). Gəlirlər universitetə iki dəftər bir qələm...10 gün keçir artıq heç özləri də gəlmirlər yenə day-dayın, papanın cibləri sağ olsun pul verib qiymət alıb pul dağıdırlar...Kimisi təsbehlə gəlib srazu polojeniyaya baxmaqla məşğul olur, kimisi də papasının maşını ilə gəlib "risovkalıq" edib qızlara padxod etməklə... Ehhh bizim bu "müasir" zəmanəmiz... Sonumuz hara gedir görəsən...
  Əvvəl abituriyentlər universitetə qəbul olmaq üçün 300, 350 bal yığmalı idilər bu il isə 150...İnşallah gələn ildə 90 olar...

Çox təəccüblüdür doğrusu...

   Hərdən insanların sevgi ilə dostluğu səhv salması mənim marağıma səbəb oldu.Ətrafımda baş verən hadisələr və bilavasitə də mənim bu hadisələrin ağuşunda kəllə-mayallaq getməyim bu haqda düşünməyimə səbəb oldu.
  Bir neçə gün bundan qabaq metroda gəlirəm yanımda bir xanım əyləşib və telefonla oynayır. Qarşımda da bir QAQAŞ əyləşib və əlində telefon blutuz axtarmaqla məşğuldur. Mənimdə həmişə blutuzum açıq olur və blutuzumun adı "DİKTATOR"-dur. Qardaş elə hey mənə nömrə göndərir şəkil göndərir ki tanış olaq.Məndə baxıb gülürəm...Xeyli müddət keçdi düşdüm metrodan gəldim marşrutda əyləşdim və yenidən həmin qardaş peyda oldu.Mən lap arxa tərəfdə əyləşmişəm qaqaş da ayaq üstə yenə mənim blutuzuma rast gəlib başlayıb gic-gic şəkil göndərməyə.Çox gec olduğundan taksi ilə evə gəlməli oldum yenə bu qardaşla yol-yoldaşlıq etməli oldum.Qaqaş başlıyıb qızların tərbiyəsizliyindən danışmağa, başlayıb zəmanəsin tənqid etməyə...Susdum danışmadım...                  
   Ad çəkməsəm də bu faktı sizinlə bölüşmək istəyirəm.Bir oğlan var və bunun danışdığı bir qız var.Yəni tam olaraq dostcasına.Xeyli müddət danışdılar artıq hamı bildiki bunlar danışırlar və bu qaqaş da dost-tanışlarının yanında elə qələmə verir ki guya bu qızla sevgilidir. Şəxsən mənim özümə də onla danışmağından, görüşməyindən və s. öyünərək danışıb.Və bir az maraqlandıqdan sonra mənə məlum oldu ki bu oğlan bu qızla tam dostcasına danışır...
   Daha bir faktı sizinlə bölüşmək istəyirəm. Bir oğlan yaxınlaşır bir qıza.Salam, əleykə salam dost ola bilərik? Bəli... 3-4 gün keçir xəbər gəlir çatır ki bunlar artıq sevgilidirlər...
  Yaxud uzun illərdir ki, sevgili kimi tanıdığım çütlük artıq dostdular...Ya bu proseslər zəmanənin normal hadisələridir ya da mən anormalam...Bu gün dost sabah sevgili, bu gün sevgili sabah dost... Bu proseslərin belə sürətli şəkildə (hətta FORSAJLA) getməsi məni çox təəccübləndirir.Günahkar zəmanə deyil zaman həmin Şah İsmayılın, Koroğlunun, Babəkin zəmanəsidir amma insanlar həmin insanlar deyil, psixologiya həmin psixologiya deyil...Əslində bu proseslərin mənə heç bir maneçiliyi yoxdur əksinə belə daha rahatdır amma belə anormalcasına dəyişikliyin baş verməsi məni həddindən çox təəccübləndirir və marağıma səbəb olur...