воскресенье, 23 октября 2011 г.

Azərbaycan bizim vətənimizdir axı?


  Biz bu gün gələcəyimizə,biz bu gün təhsilimizə "Ümid" edirik.Biz ümid edirik ki Qarabağ işğadan AZAD olacaq.Biz ümid edirik ki bir milyon qaçqın və məcburi köçkünlərimiz öz yurdlarına qayıdacaqlar.Biz ümid edirik ki dövlətimiz inkişaf edir.Bir az bu məsələlərə səthi yanaşmasaq görərik ki Azərbaycanda mənşəyi məlum olmayan hakimiyyətin xalq üçün yaratdığı bu potensial inkişaf yalnız görüntü xarakteri daşıyır.Gəlin bu kadrları izləyək.Bu kadrlardan Azərbaycanın bu günkü ANALOQ-u olmayan inkişafını görürük.Azərbaycanın Evrovision-da qalib gəldiyini görürük.Amma gördüklərimiz görmədiklərimizdən daha görsənməz görsənir bizə.Əgər damarında Azərbaycanlı qanı axan kəs bu rolikdən sonra Azərbaycanda inkişaf sözünü dilinə gətirirsə deməli o insan normal təfəkkürə,inkişaf tərzinə malik bir insan deyil! Hər gün Tv -lərə baxırıq Azərbaycanda bir dənə də olsa problemlərdən söz açılmır.Hamı oxuyur,oynuyur.Amma onlar oxuyan,oynayan zaman kiminsə evi başına uçurdulur,onlar oxuyub,oynayan zaman siyasi fikirlərinə görə gənclərimiz həbs olunur,onlar oxuyub,oynayan zaman rejim 9 milyon azərbaycanlinin taleyi ilə oynayır! Bəs biz nə vaxt 20 ildir yatdığımız ÖLÜM yuxusunda oyanacağıq,bəs biz nə zaman hebsdə olanların,evləri başlarına uçanların,əmlakı müsadirə olunanların,evi yandırılaraq uşaqları evde yanıb ölənlərin qanını alacağıq?Nə vaxt...Biz axı TÜRK övladıyıq,biz axi Babəkin nəvələriyik,biz axı Şah İsmayılın nəvələriyik! Onların ruhu xəcalət çəkmirmi biz yatdiqca? Oyan Azərbaycanım,Oyan mənim mərd xalqım ya AZAD ol,ya tamam yan Azərbaycan!