воскресенье, 26 февраля 2012 г.

Bu günün utanc verici gəncləri !

 Xeyli vaxtdır ki bloguma yazı yazmıram.Bu gün qərara gəldim ki yazılarımı davam etdirim.İlk yazımı istərdim bu gün qarşılaşdığım hadisəyə həsr edim.
 Bu gün mən internetklubda əyləşib Həbib Müntəzir-in divarındakı şəkillərə baxır rəylər yazırdım.Qulağımda qulaqcıq olduğundan ətrafımda baş verən hadisələri eşitmirdim.Tam fikrim şəkillərdə idi.Xeyli zaman keçdikdən sonra bir oğlan çiynimdən sirkələdi və baxdıqda gördüm ki 3-4 nəfər mənim yanımda durub şəkillərə baxırlar.Qulaqcığı çıxardım klub sahibi mənə dedi ki;
-bu oğlan kimdir onun tutub salacaqlar içəri.Ona yaz ki ağıllı olsun.Özündə bağla bu səhifəni görüb eliyən olar problem yaratma.Cəhənnəm özün bizə də problem yaradacaqlar.
 Daha sonra onlar mənim kompyuterimi bağladılar.Mən isə başqa kluba getdim.Siz bir fikir verin camaat necə qorxudulub,camaat necə sıxılıbsa artıq adi bir şəkillərə baxanda belə bunlar qorxurlar.Onlara deyilən hər bir söz mənasızdır düşünürəm ki.Bunlar bu gün adi bir şəkilə baxmaqdan qorxurlarsa o zaman sabah bunların hərbi xidməti necə başa vuracaqları məndə şübhə doğurur.
 Mən belə düşünürəm ki bu xalqı ayağa qaldırmaq üçün, onların gözündəki, ürəklərindəki qorxunu götürməkçün xeyli işlər görmək lazımdır.Hal-hazırda ölkəmizdə gənc nəslin sayı üstünlük təşkil etdiyi bir zamanda belə gəncliyin də üstünlük təşkil etməsi həqiqətən də utandırıcı bir haldır.Əgər sənin haqqını, sənin mənəviyyatını, şərəfini yerə vuran bir hakimiyyətdən, torpaqlarını satan indi isə öz suçunu başqalarının üstünə rəzilcəsinə atan bu rejimdən qorxuruqsa onda demək olar ki biz hakimiyyətə bundan daha betəri üçün əlverişli zəmin yaratmış oluruq.Bu gün başıma gələn bu hadisə doğurdanda çox pis təsir etdi mənə.Mən amma yenə də ümidimi, Azadlıq eşqimi itirmirəm.Vaxt gələcək, zaman yetişəcək mühit özü bizimçün və yatmış millətçün məqam yaradacaq ki hər birimiz bu ailə hakimiyyətindən şəhidlərimizin, siyasi vicdan məhbuslarımızın, öldürülən jurnalistlərimizin qisasını alacağıq!!!