вторник, 8 ноября 2011 г.

Heydər Əliyev adına "Dövlət" bayrağı gününüz mübarək!


Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi vəBakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyə-nin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cumhuriyyəti-nin Bakı-da fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.
"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:Eşidildi - Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.
Qərara alındı - Göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin"[1].
Gördüyünüz kimi Azərbaycanın bayrağı haqqında kifayət qədər ətraflı məlumat verdim.Və əgər fikir verdinizsə Azərbaycan bayrağının təsis olunmasında keçmiş prezident Heydər Əlirza oğlu Əliyevin heç bir rolu olmamışdır.Amma bu gün bütün Tv-lər Azərbaycan tarixində baş vermiş e.ə olan hadisələri də məhz Heydər Əliyevin adı ilə bağlayırlar.Bu ən azından Azərbaycanın tarixinə,sonra xalqına hörmətsizlikdir.Bu hörmətsizlikləri qəbul edirsiniz təbii ki vicdanınız yol verir bəs niyə öz ölünüzə qarşı belə hörmətsizlik edirsiniz bu qədər də olmaz axı?Azərbaycan tarixində demək olar ki cüzi (yaxşılığa doğru) fəaliyyətiniz olduğu halda Azərbaycanın bütün mədəniyyətini,bütün tarixini mənimsəmisiniz! Bəs deyilmi? Nə qədər də Azərbaycana məxsus faktları mənimsəsənizdə Xalqın,insanların ürəyini mənimsəyə bilməyəcəksiniz!

Mən Azərbaycanlıyam,Mən Haqqın tükənməyən səsiyəm! Bəs sən kimsən?

Düşün yaxşı-yaxşı düşün!
 Hərdən insanlar pessimist olurlar.Hərdən bütün enerjiləri tükənir,hərdən həyatdan imtina etmək istəyirlər.Təbii ki bu hallar hamının həyatında baş verir və hər kəsin də həyatında iz buraxacaq hadisələr olur və bu hadisələr keçmiş də olsa insanı pessimist hisslərə qərq edər!
 Elə bir insan yoxdur ki onun həyatında mənfi enerji doğuran bir hadisələr yaşanmasın.Mənim də həyatımda yaşadığım o hissləri və inkar etmirem ki bunu tək mən yaşamışam çoxlarının yaşadığı o hissləri sizinlə bölüşmək istəyirəm.
 Mənim bu məsələyə toxunmağım təbii ki əsassız deyil.Təbii ki ümid edirəm ki bu yazıları tək mənim silahdaşlarım yox,tək firvavan gələcəyini hədəfə alib bu gün savaşan insanlar yox həmdə sadəcə hər gününü şükür etməklə keçirdən,bir tikə çörəyi yüz əziyyətlə qazanıb şükür edən insanlar,masasında yüz nemət olan heç bir qayğısı olmayan insanlar da oxuyur!Diqqətiniz məndə olsun sizə bir neçə sözüm var...
 Çoxsu bilirəm (inkar etsəniz belə) bizi düşmən kimi görürlər,çoxsu bizi Vətən xaini hesab edir,çoxsu bizi vahabi adlandırır,çoxsu bizi nalayiq adlandırır.Mənim bu gün MÜXALİF sıralarda olmağım mənim nəyəsə ehtiyacımın olmasından irəli gəlmir.Təbii ki, mənim çox ehtiyyaclarım var uğrunda savaşdığım həyatımı belə qoyacağım-əlim çatmayan istəklərim,ehtiyyaclarım var.Mənim müxalif sıralarda olmağım bu gün iqtidar rejiminin biz xalqa,biz müxalifçilərə etdiyi haqsızlıqlardır.Mən bu hasızlıqlardan stimul alıram,mən hüquqları tapdanılmış insanlardan stimul alıram,mən şərlənmiş insanların özlərinin günahsız olduğunu sübüt etmək üçün susaraq göz yaşı axıdan insanlardan stimul alıram!Ona görə mən müxalifçiyəm ona görə mən CƏBHƏÇİYƏM!Və mənim ilk sətirlərdə toxunduğum pessimist hisslər əbəs deyil,mən susmağa daha çox üstünlük verirəm həmişə susuram və ətrafımdakı insanları dinləyirəm.Ətrafımdakı insanlar isə diqqətli olun görün kimlərdir:
-Sosial şəbəkədə (Facebook) insanlar əsasən nə yazırlar.O səhifəni like et,bu səhifəni paylaş,bura rəy yaz bunu sil onu yaz.
-Real həyatda.Sən neynirsən ee yağış yağanda islanmamaqçun evin var şükür et.Ailən yanındadır şükür et.Gedib gör kimlərə qoşulursan səni tutub içəri salsalar xoşun gələr?
-Universitetdə.Dekan və müəllim kontingenti:-Rövşən oğlum sən yaxşı oğulsan tərbiyəli tələbəmizsən sənə lazımdır gedib onlara qoşulmusan başını sal aşağı dərsinlə yazınla məşğul ol.
 Mən bu insanların taleyinə,ömrlərini necə səmərəsiz yaşadıqlarına görə onlara yazığım gəlir.Acıyıram həmin insanlara.Onları doğan ananın onları nə ümidlə boya başa çatdırdıqlarına və gələcəklərini firavan görməyə inandıqlarına görə həmin anaların zəhməti qarşısında xəcalət çəkirəm.Xəcalət çəkirəm ki onlar necə övlad böyüdüblər,xəcalət çəkirəm ki onlar həmin bu insanları belə aciz doğmayıblar!Bəyəm biz haqqımızı tələb ediriksə demək biz axmağıq?Bəyəm biz bir tikə çörəyimizi halal qazanıb firavan yemək istəyiriksə biz axmağıq?Bəyəm biz Azad yaşamaq uğrunda birləşiriksə biz axmağıq?Bəs siz kimsiniz?Siz kimlərsiniz?Kölə doğulmuş insanlarsınızmı???-Xeyr.Siz kölə doğulmamısınız.Siz təhqirə,alçaldılmağa,bir tikə çörək halal-haramı bəlli olmayan bir tikə çörək tapmağ üçün mənliyinizi alçaltmağa layiq insanlarsınız.Bir təsəvvür edin siz kimlərin əlindən çörək alib yeyirsiniz!Siz R.Səfərovu ömrlük dustaq edənlərin əlindən,M.İbrahimovun cəsədini uzun müddət ermənilərdə saxlayan insanların əlindən,Azərbaycanda külli miqdarda narkotik maddə dövriyyəsi ilə məşğul olan dövlət məmurlarının əlindən çörək alib yeyirsiniz.Ayib deyilmi?Buna görə niyə sizin yerinizə mən xəcalət çəkməliyəm,niyə buna görə mən bu həyatla savaş meydanında olmalıyam,niyə mən gələcəyimi kimliyi bəlli olmayan insanlara etibar etməliyəm?Mənimdə AZAD yaşamaq,Demokrat ölkədə yaşamaq haqqım var.Mənim də övladlarıma VAXT var idi pis vəziyyətdə yaşayırdıq indi sizinçün demokratik ölkə qurmuşuq deməyə haqqım var! Haqq mənim üçün də var sənin üçündə!Səndə öz taleyini və müqəddəratını təyin etmək hüququn var!Mən belə insanlara görə xəcalət çəkmək məcburiyyətində deyiləm,mən bu insanlara görə həyatdan bezməli deyiləm əksinə mən bu insanlardan örnək götürməliyəm! Ey mənim xalqım, Ey mənim qardaş və bacılarım haqq bizimlədir! Nə qədər geriyə getsək üstümüzə tanklar gələcək,nə qədər ki bizlər irəli getsək-haqqımız uğrunda ölsək onda bizim qarşımızda yeri göyü lərzəyə salan tanklar da aciz qalacaq! Müxalifətçi olmaq Vətənə xəyanət yox,Vətənə sədaqət-sayğı və sevgi rəmzidir!