понедельник, 31 октября 2011 г.

"Demokrat" Gənclər Təşkilatı bəyanat yaydı


 “Demokrat” gənclər təşkilatı Azərbaycana gətirilmiş artıq yeni olmayan “London” taksilərinin fəaliyyəti ilə bağlı digər taksi sürücülərinə edilən haqsızlıqları pisləyir və haqqın bərqərar olunmasını tələb edirlər.
Hamımıza məlum olduğu kimi Azərbaycana yeni gətirilmiş “London” taksiləri digər taksi sürücülərini narahat edir və haqsız şəkildə onların fəaliyyətinə mane olur,onlara təzyiqlər olunur və onlar incidilirlər.
“Demokrat” gənclər təşkilatı hesab edir ki, birbaşa bəzi özün təsdiq etməmiş qurumlar “London” aurası yaratmaq və bu taksilərin fəaliyyətini şəhərimizin gözəlləşməsi kimi qiymətləndirən insanlar digır taksi sürücülərinin fəaliyyətini boğur və onların dayanacağı əllərindən alınaraq “London”-laşmış taksilərə verilir və özləri isə dayanacaqdan uzaqlaşdırılıraraq haqsız təzyiqlərə məruz qalırlar.
Yarandığı gündən Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin ali məqsəd olduğunu nəzərə alaraq, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu işinə, mülki cəmiyyətin yaradılmasın insanların hüquq və azadlıqlarının müdafiəsi üçün mübarizəni ən yüksək səviyyədə təşkil etmək və insan hüquq və azadlıqları ilə bağlı ictimaiyyəti maarifləndirmək, məlumtlandırmaq, həmçinin, gənclər arasında ictimai fəallığın artırılması özünə əsas məqsəd kimi seçən “Demokrat” gənclər təşkilatı bəyan edir ki, digər taksiçilərin hüquqları tapdanılmamalı və haqları qorunmalıdırlar.Onların da haqqı-hüququ var fəaliyyət üçün,necə ki “London” taksilərinin hüquqları təmin olunur,digər taksi sürücülərinin də hüquqları bərpa olunmalı və onların fəaliyyətinə davam verilməlidir.Əks halda “London” taksilərinin fəaliyyətinə “Baykot” elan edecəyik və həmin taksilərin fəaliyyətini məhdudlaşdırmağa-onlardan ümumiyyətlə istifadə etməməyə çalışacağıq.
“Demokrat” gənclər təşkilatı bəzi təşkilatlardan Azərbaycan Respublikası Konstitusiyasına əməl etməyi,insan hüquq və AZADLIQ-larının təmin olunmasını və xalqa olunan çoxsaylı təzyiqlərə son qoyulmasını tələb edir.

* “Demokrat” Gənclər təşkilatı  2011-ci il avqust ayında bir neçə tələbə tərəfindən tərəfindən yaradılan müstəqil gənclər təşkilatıdır.