суббота, 5 мая 2012 г.

Gəlin bizdə Eurovisiona hazırlaşaq!


Bildiyimiz kimi Eurovision musiqi yarışması bu il Azərbaycanda keçiriləcəkdir.Hal-hazırda Eurovisiona çox az vaxt qaldığı üçün hakimiyyət nümayəndələri və məsul şəxslər bu musiqi yarışmasına ciddi cəhdlə hazırlaşır.Biz misal üçün götürə bilərik polisləri, misal üçün ARDNŞ-ni və s. Belə olduğu təqdirdə ARDNŞ-nin müəyyən qoçuları qanunsuz olaraq sakinlərin evlərini sökür, hər gün qeyri adi analogu olmayan özbaşınalıqlar törədir və bacardığı sayda insan kütləsini özündən narazı edir! Buda Eurovisiona hazırlıq mərhələsi... Polislər isə sanki o üzbaşınalışmış qoçuların ayağının altına daş qoyur.İnsanlar zorakılıqlara məruz qalır, evlərindən çıxarılır evləri başlarına üçürdulur və s. 
  Əgər belədirsə biz hər gün onları gözləyib bizim evimizin də sökülməyini, sizin evinizin də sökülməyini gözləməliyik? Niyə başqasının başına belə hadisələr gəldikdə hamımız sanki növbə gözləyirmiş kimi oturub gözləyirik? Hamımıza məlum olduğu kimi Azərbaycan hakimiyyəti külli miqdarda Eurovision layihəsinə maliyyə xərcləyib.Hətta bu yaxınlarda 1.5 milyard olacaq çəkilən xərclərin miqdarı. Biz isə hələ də susuruq hətta çoxları fəxarət hissi ilə Eurovisiondan həzz almağa çalışır.Amma kimlərinsə bu mənasız piyardan həzz almasının güdazına nə qədər insan getdi...Nə qədər insan evsiz qaldı...Çoxları isti evində kreslosunda əyləşib əlində çay Tv-yə yaxud yanında qohum əqrəbəsi Eurovisiona gedib rahat - rahat baxdığı halda çoxları gecə yatmağ üçün yerdə tapmayacaq, bəlkə də yeməyə çörək də tapmayacaq amma buna rəğmən biz yenə susuruq...Görəsən biz nə vaxt bu Eurovisiona hazırlaşacıq? Görəsən biz nə vaxt ayağa qalxıb öz tapdanmış hüquqlarımızı müdafiə edəcəyik? Yoxsa əzilə-əzilə gəldiyimiz kimi, əzilə-əzilədə gedəcəyik bu dünyadan???