понедельник, 28 ноября 2011 г.

Biz görəsən insanıq?Mən bilmirəm...

 Mən bayaq həqiqətən bu xəbəri eşidəndə şoka düşdüm.İnanmadım bu qədər də rejimin,hər kimin əli var bu məsələdə onların xalqa qarşı laqeyidliyini heç ağlıma belə gətirə bilmədim.O zaman çox pis oldum həqiqətən.Bloq yazacağıma söz verdim.Və o zaman məndə yaranmış fikirləri qeyd edə bilmədiyimə görə indi ola bilər ki həmin zaman fikrimdəkiləri indi tam ifadə edə bilməyim amma çalışacam ki bütün düşüncələrimi və bu gün ərzində bununla bağlı qarşılaşdığım hadisələri sizə çatdırım.
 Səhər-səhər bu hadisəni eşidib əsəbləşdim.Getdim Nefçilərə metroya endim.Və bir manat atdım kartıma 4 gediş yükləndi.Mən karta gediş yükləyərkən başladım uca səslə gileylənməyə.Yanımda kartına gediş vuran oğlan mənə tərəf çevrilib: -aa doğurdan gedişhaqqı artıb? Dəhşətə gəldim...Düşündüm ki bu insanın gözləri zəifdir,yoxsa ağlı çatışmır?Ən azından kartı yükləyərkən manitora baxsa görərdi ki nə baş verib.Mən yenə başladım gileylənməyə.Bir yaşlı hardasa 45-50 yaşında bir xanım gözlərimə baxa-baxa utanmırsan,dövləti yeyəssəəəən?-dedi əlim ayağım qırılsa ondan yaxşıydı.Susdum dilim söz tutmadı.Kartımı götürüb metroya düşdüm.Hələ inanın ki orda bu gün neçə nəfər artıq 20 qəpikdən kartına keçid yükləmişdi amma xəbəri yox idi.Nəsə buna da fikir vermədim.
 Bu gün sanki əvvəlki günlərdən daha çox adam vardı.Sanki hamının simasında təbəssüm vardı.Bəlkədə mənə acıq gəlsin deyə hamı gülümsəyirdi.Hamı sanki xoşbəxt idi qiymətlərin artırılmasına görə.Çox pərt oldum hamının üzündə bu təbəssümü görüncə.Gəldim evə sakitləşə bilmədim bütün əllərim əsir.İndi isə Avropa Az radiosuna qulaq asırdım.Və bir mesaj yazdım ki bayramınızı təbrik edirəm bü gün metro gedişhaqqının qiyməti artdı.Mənə nə cavab gəlsə yaxşıdır??? Yaxşı oğlan 5 qəpik söhbəti eləməz.Bu nə həyatdır belə xalq etiraz etmək əzmini itirib.Əzilməyə öyrəşib ona görə də əzirlər bu xalqı.Niyə əzilirsiniz axı mənim sevgili xalqım.Mənim ailəmdən belə çox sevdiyim xalqım axı niyə əzilək ki bu vəhşi meşə heyvanlarına.Bəyəm bizim mənliyimiz,şəxsiyyətimiz yoxdur?Bəyəm biz ömür boyu əzilməyə məhkumuq?Qalx ayağa mənim MƏRD xalqım,mənim qorxmaz xalqım,mənim yatmış ŞİR xalqım.Qalx ayağa ya AZAD ol ya TAMAM yan Azərbaycan.Belə yaşayış olar?Belə gənclik olar?Belə millət olar?Qalx ayağa mənim xalqım artıq bu qiymətlərin artımı bizə bir stimuldur oyan mənim mərd xalqım.
 Mən burdan səslənirəm Azərbaycanda hakimiyyəti,rejimi,qanunverici orqanları təmsil edən insanlara,qurumlara: -Ey yiyəsini yıxmış başsız atlı sən nə vaxta kimi bu xalqın mübarizə əzmini məhv edəcəksən?Nə vaxta kimi bu milləti alşaldacaqsan?Nə vaxta kimi gəncliyimizi,tələbələrimizi təhqir edəcəksən?Nə vaxta kimi məni təhqir edəcəksən,nə vaxta kimi mənim gənclik illərimi əlimdən alacaqsan,nə vaxta kimi ailəmi zülüm çəkməyə vadar edəcəksən,nə vaxta kimi atam mənim heç bir ehtiyyac şəkməməyim üçün özü rayonda ac qalacaq mənə pul göndərəcək həə???Sən mənim haqqımı niyə yeyirsən?Həə mən insan deyiləm,mən bu vətənin övladı deyiləm?Bəsdir artıq məndə insan kimi yaşamaq istəyirəm.Məndə təhsil almaq istəyirəm.Məndə əlimdə dəftər,kitab universitetə getmək istəyirəm,siyasi baxışıma görə təzyiqlərə məruz qalmamalıyam.Artıq bezmişəm Azərbaycanlı olmaqdan...Məndə dövlətimdən qayğı istəyirəm,diqqət istəyirəm.İstəmirəm ki dövlətimiz xalqımıza qarşı belə amansız,dinsiz olsun! Əgər belə hadisələr tez-tez təkrar olsa söz verirəm ki rəsmi şəkildə mətbuatın,medianın iştirakı ilə Azərbaycan vətəndaşlığından imtina edəcəm.Mən belə ölkədə həyatımı məhv etmək istəmirəm.Mən gəncliyimi məhv etmək fikrində deyiləm!
 Hər birinizdən artıq dərəcədə xahiş edirəm gəlin biz susmayaq,etiraz səsimizi bildirək!

"Demokrat Gənclər Təşkilatı" qiymətlərin artımı ilə bağlı bəyanat verdi.


“Demokrat” gənclər təşkilatı Azərbaycan Respublikasının tarif şurasının iclasınının metroda gedis haqqının 20 qəpik səviyyəsində muəyyənləşdirilməsi qərarı ilə bağlı etiraz bəyanatı yayıb.
Bəyanatda deyilir: ““Demokrat” Gənclər Təşkilatı “Demokratik” Azərbaycanda əhalinin sosial rifahının bərbad olduğu bir zamanda metro qiymətlərinin artırılması ilə bağlı qərarın verilməsini kəskin şəkildə qınayır və bunu bunu hal-hazırki rejimin atdığı növbəti uğursuz addımı kimi qiymətləndirir. Qiymətlərin artımı son müddətdə Azərbaycan xalqına qarşı olunmuş ən böyük haqsızlığın bariz nümunəsidir. Hal-hazırki müddətdə xalqımızın “Eurovision”-a hazırlaşdığı bir zamanda belə bir addımın atılması ən birinci Azərbaycan xalqına qarşı saymamazlıq, dünya ictimaəti qarşısında isə Azərbaycanın bir demokratik ölkə kimi nüfuzunun olmadığına,xalqın rifahının ölkə rəhbərləri qarşısında önəminin olmamasını ön plana çəkir.
“Demokrat” gənclər təşkilatı hesab edir ki, xalqın bu cür şəkildə alçaldılması və mənafeyinin,xalq rifahının,xalqın dəyərlərinin nəzərə alınmaması  ən birinci o qərarı imzalayan məmurların birbaşa 9 milyon xalqa qarşı hörmətsizlikdir. “Yarandığı gündən Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin ali məqsəd olduğunu nəzərə alaraq, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu işinə, mülki cəmiyyətin yaradılmasın insanların hüquq və azadlıqlarının müdafiəsi üçün mübarizəni ən yüksək səviyyədə təşkil etmək və insan hüquq və azadlıqları ilə bağlı ictimaiyyəti maarifləndirmək, məlumatlandırmaq, həmçinin, gənclər arasında ictimai fəallığın artırılması özünə əsas məqsəd kimi seçən “Demokrat” gənclər təşkilatı bəyan edir ki, hakimiyyətin nümayiş etdirdiyi bu mövqe onların növbəti prezident seçkilərində öz seçicilərinə qarşı etdiyi bu hörmətsizlik,onların növbəti prezidentlik iddialarını sual altına alır.Buna əsasən də onlar bu qərarı ləğv etməli və konstitusiyaya əsasən xalqın mənafeyini rifahını qoruyacağına dair xalq qarşısında verdiyi anda əməl etməyi,xalq qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırır. Bununla Azərbaycan hakimiyyəti yerli və beynəlxalq qanunvericiliyə əməl etmək istəmədiyini bir daha açıq şəkildə nümayiş etdirmişdir. “Demokrat” gənclər təşkilatı Azərbaycan hakimiyyətindən bizə gənclərə,tələbələrə,Azərbaycan xalqına qarşı olunmuş bu haqsızlığı aradan qaldırmağı və bu tip hadisələrlə Azərbaycan xalqına qarşı haqsızlıqları,təzyiqləri dərhal dayandırmağı tələb edir. “Demokrat” gənclər təşkilatı beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən insan hüquqlarının müdafiəsi sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə, və onları haqqın bərqərar olunması istiqamətindəı addımlar atmağa çağırır.
“Demokrat” Gənclər təşkilatı  2011-ci il avqust ayında bir neçə tələbə tərəfindən tərəfindən yaradılan müstəqil gənclər təşkilatıdır.