суббота, 12 ноября 2011 г.

12 noyabr "Konstitusiya" günüdür yoxsa Hüquq pozuntusu günü?

Konstitusiya Günü — bir çox dövlətlərdə keçirilən bayram. Əsasən dövlətlərdə monarxiyanın süqutu və respublika idarəçilik formasının yaranması ilə əlaqədar konstitutsiyanın qəbul edildiyi gün.
Konstitusiya – hökumət qanunlarının kulliyatı deməkdir, hansı ki, hökümətin fəaliyyətini nizama salır, insanların çəmiyyətdə və biri-birinə əxlaqi davranışlarını qaydaya salır. Bu – Respublikanın ərazi bütövlüyünü, müstəqilliyini, xarici və daxili siyasətin özünün qurmasını elan edən bir sənəddir.
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun -Konstitusiyanın qəbul edilidiyi gün. Hazırki Konstitusiya12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil,158 maddədən ibarətdir.2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.Xatırladaq ki, Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.
Qeyd: Konstitusiya — dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir. Konstitusiyalar iki əsas növə bölünür: yazılı və yazılmamış.Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqların Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır.
Konstitusiya –(lat. constitutio — «quruluş») — ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktı, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edir.
 Konstitusiya haqqında kifayət qədər məlumat verdim.Hal-hazırki konstitusiyanın icra olunması və əməl olunması haqqında bir neçə sözlə aydınlıq gətirmək istəyirəm.Azərbaycan konstitusiyası yalnız XALQ,yalnız kasıb və orta təbəqə üçün mövcuddur.Digər "ALİ" orqanlar və "DÖVLƏT" orqanları üçün konstitusiyanın heç bir əhəmiyyəti yoxdur.Azərbaycanda qanun yüksək təbəqələrdən başqa hamıya şamil olunur.İnsanların hüquq və azadlıqları konstitusiya səviyyəsində bərqərar olunmur,konstitusiya səviyyəsində insanların azadlıqları qorunulmur.Hamının hüquq və azadlıqları tapdanılır,hər bir kəs qeyri kontitusiya qanunları ilə cəzalandırılır,hakimiyyət orqanları tərəfindən sifarişlərlə təqib,təzyiq və haqsızlıqlar olunur.Ona görə də mən bu konstitusiya gününə belə qiymət verərdim ki, 12 noyabr rejim-hakimiyyət orqanları tərəfindən yüksək dəb-dəbə,şadlıqla qeyd olunur.Çünki xalqın hüquqları "konstitusiya" vasitəsilə tapdanılır.Cənab prezident hər şənbə-bazar günü referendum keçirdərək özünə uyqun qanunlar əlavə edir,dəyişikliklər edir.Konstitusiyanın aliliyinə əməl olunmur.Məhz buna görə də bütün hakim təbəqə qanun qarşısında cavab verməlidir!