суббота, 3 декабря 2011 г.

Əsgərlərimiz qanları bahasına şəhidlik zirvəsinə adlarını yazıblar!

03.12.2011 tarixində Gənc Siyasi Məhbusların Müdafiə Komitəsi- AXCP Gənclər Komitəsinin, Nida Vətəndaş Hərakatının, Azad Gənclik Təşkilatının, Müsbət Dəyişiklik Gənclər Təşkilatının, Müsavat, ADP və VHP-nin Gənclər Təşkilatlarının, Dalğa Gənclər təşkilatının və müstəqil gənclərin "Ən Böyük Əsgər Bizim Əsgər", "Şəhid ölümlərinə YOX deyək!", "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı ilə aksiya keçirmişlər.Aksiya zamanı gənclərin hətta səslərindən belə qorxan polis məmurları,mülkigeyimli təxribatçılar işə keçərək gənc aktivləri saxlayaraq Nəsimi Rayon 22-ci PŞ -nə və 9-cu polis bölməsinə gətirmiş xeyli müddət saxladıqdan sonra sərbəst buraxmışlar.
 Bu gün gənclərimizin hətta vətən yolunda həyatından keçmiş əsgərlərimiz,vətən oğullarımız üçün keçirdiyi aksiyaya polislərin bu cür vəhşicəsinə müdaxiləsi həqiqətən də bu vətənə,bu torpağa qarşı,bu xalqa qarşı hörmətsizlikdir.Özləri bəlkədə hərbi xidmətdə belə olmayıblar,bəlkədə nə qədərsa məbləğində pul verərək haralarasa saldırılma yolu ilə xidmət edən bu özünü cismən iki ayaqlı ruhən dördayaqlı olan Polislərimiz bu etdikləri vəhşiliyin qarşılığında cəzalarını bu dünyada almasalar da mən əminəm ki ALLAH onları bu əməllərinə görə dizin-dizin süründürəcək.O zaman qanı ilə şəhidlik zirvəsinə adlarını yazan qardaşlarımızın ayaqlarına düşəcəklər.O zaman onlar başa düşəcəklər ki, şəhidlər bizim,hər birimizin atası,qardaşı ola bilər onların hətta ruhuna qarşı belə hörmətsizlik etmək olmaz! ALLAH günahkarların bəlasını gec-tez verəcək!