воскресенье, 27 декабря 2015 г.

ANS-in qalxıb enən təsbehi...

ANS - zamanın keşməkeşli yollarını keçərək, bu günümüzə sür-sümüyü gəlib çatan telekanal. Bəzən özlərinin, bəzən camaatın – yəni bizlərin, bəzən də mərhum telejurnalist Çingiz Mustafayevın adı və peşəkarlığı nəticəsində, hərdən fədakarlıqla, hərdən də başqa mətbuatı məhkəməyə verməklə bu günə qədər ayaqda qalmağı bacarsa da, eh... Bu gün reytinq xatirinə nələrə əl atmırlar ki?.. Əvvəlcə tənqidi mövqe tutan telekanal zaman-zaman köpük kimi əridi, təsbeh qalxdı-endi, bir az da əridi, əriyə-əriyə artıq köpükləri də qalmadı... 

Bu gün isə cəmiyyətə yararlı verilişlər təqdim etmək adı ilə insanların heysiyyatı ilə oynayır, efir xatirinə görüntü yaradır. Kaş ki, danışdıqları kimi olsalar, kaş ki, qəliz cümlələr qurub özlərini ifadə etdikləri kimi də reallıqları olsa... 

Söhbəti çox dərinlərdən salmaq istəmirəm. Çünki onların artıq dibi görünür, çox dayazlaşıblar. Əsas məsələdən, ANS telekanalında yayımlanan "5 barmaq" verilişindən bəhs etmək istəyirəm. 

Prioritet 5 BARMAĞI tapmaqdır. Prodüsserləri Aynur xanım Əliyeva isə bu işin öhdəsindən çox məharətlə gəlir. Sosial şəbəkədə “insan ovuna” çıxan bu xanım aktiv profillərə yazır, bir az da necə deyərlər, dilinin şirin yerinə salır. Nəhayət “şikarını ovladıqdan” sonra onu  efirə dəvət edir. Veriliş başlayır, aparıcı Ülvira Qarayeva həmişəki işindədir... Özündən razı və iddialı şəkildə müxtəlif hərəkətlər, mimikalar və jestlərlə danışır, sanki özünü reklam edirmuş kimi bütün vəchlə məharətini sərgiləyir... Mövzu isə insan haqlarıdır. İnsan haqlarından danışır, ekspertlərə gənc məktəblilərin xatirə dəftərinə məxsus suallar ünvanlayır, arada isə əlində qələm sanki onların dediklərini qeyd edirmiş kimi görünür. 40 dəqiqəlik verilişdə 5 barmaqda suallar yaranır, beynində sualları vur-tut, götür-qoy edir, özlərini suala hazırlayırlar. Lakin yenə...

Suallarımızın olduğunu bildirsək də, dəfələrlə barmağımızı aparıcının gözləri arşısında gəzdirsək də, o bizim barmaqlarımızı görməzdən gəlir... Nəhayət, məsələnin kuliminasiya nöqtəsinə gəlib çıxırıq. Vaxtın qısa olmasını bəhanə edən Ülvira xanım qəfil tamaşaçılarla xudahafizləşir. “Suallarımız necə oldu?” deyə gözlərimizi döyürük. Amma nə fayda? Kimisi kameranı yığışdırır, kimisi isə paltarındakı mikrofonları çıxarır. “İnsan ovçusu” olan prodüsserə iradımı bildirsəm də, heç bir cavab vermir. Çox adamın olduğunu nəzərə alıb dinmirəm. Növbəti dəfə özümü ANS-in həyətində sınayıram. Prodüsserlə həmsöhbət olmağa cəhd edirəm. O isə şablon üz siması alır. Sanki üzgün imiş kimi xəfif gülüşlə dilucu üzr istəyir, güya böyük bir jestmiş kimi bu üzrü qəbul etməyimizi gözləyir, bizi ovutmağa başlayır. İnsan hüquqlarının aliliyini xatırladanda isə üz ifadəsi bir anda dəyişir. Prodüsser xanım sanki çox üzgün imiş kimi “axı, mən üzr istədim” deyə bir az da qəmgin görünməyə çalışır. Çox təəssüf... Açığı, mən onların məqsədini öncədən anlamışdım. Amma bununla belə şans vermək üçün rəhbərlikdən icazə alıb çəkilişə qatılmaq istədim. “Bəlkə düzəlmiş olarlar, bəlkə təsbehin qalxıb-enməsi onlara bir dərs olar” deyə düşündüm. Amma deyəsən bu təsbehlər hələ çox qalxıb - enəcək... 

пятница, 22 августа 2014 г.

"Böyük Şah Abbas" kitabın fars dilindən tərcüməsi nəhayət nəşrə göndərildi.

İntiqam Əsədov
Azərbaycan Səfəvi Dövlətinin ən görkəmli nümayəndələrindən biri olan I Şah Abbasın  (1587-1629) həyatı və hakimiyyəti illərindən bəhz edən "Böyük Şah Abbas" kitabının Azərbaycan dilinə tərcüməsi 2 illik zəhmətdən sonra nəhayət bu gün nəşrə göndərilmişdir. Kitab Tehran universitetinin professoru Məhəmməd Əhməd Pənahi Simnani tərəfindən fars dilində yazılmışdır. Kitab Ağdamın Döyüş Şöhrəti Muzeyinin direktoru, tarix müəllimi və Qarabağ müharibəsi veteranı olan İntiqam Əsədov tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Tərcüməçi İntiqam Əsədovun bildirdiyinə görə bu kitab ərəb-fars dilindən tərcümədə onun 4-cü böyük tərcüməsidir. Birinci kitab Cənubi Azərbaycanın məşhur həkimi, tarixçi, dilçi və filosofu olan, bu yaxınlarda dünyasını dəyişmiş Cavad Heyətin "Türk dil və ləhcələrinin tarixinə nəzər" kitabıdır. İkinci kitab Cənubi Azərbaycanın məşhur tarixçi alimi olan Məhəmməd Təqi Zəhdabi Kirişçinin "İran türklərinin qədim tarixi" kitabıdır. Üçüncü kitab Azərbaycan Səfəvi dövlətinin banisi olan "Şah İsmayıl Səfəvi" kitabıdır. Bu kitab da görkəmli tarixçi
I Şah Abbas
M.Ə.Simnani tərəfindən fars dilində yazılmışdır. Haqqında bəhz etdiyimiz "Böyük Şah Abbas" kitabı bu silsilədən növbəti tərcümədir. Kitab tarixi mənbələrlə zəngin olan orta əsr ərəb-fars dilli qaynaqlara, habelə həmin dövr Avropa səyyahlarının səyahətnamələrinə əsaslanaraq işlənilmişdir. Kitabdakı real tarixi hadisələrin əksəriyyəti Azərbaycan tarixi kitablarında öz əksaini tapmamışdır. Bu baxımdan açılmamış tarixi hadisələrə aydınlıq gətirilməsi kitabı daha da oxunaqlı edir. Kitab elmin açarı, elm isə tərəqqinin ilk pilləsidir. Müəllifin bildidiyinə görə, "Böyük Şah Abbas" kitabının ərsəyə gəlməsində Ağdam rayon İcra Hakimiyyətinin Başçısı cənab Raqub Məmmədovun böyük mənəvi, psixoloji dəstəyi olmuşdur. Bu kitab ali məktəblərin tarix fakultəsinin tələbələri üçün faydalı bilik mənbəyi olacaqdır. Bu yolda sizlərə uğurlar arzulayır, tərcüməçiyə isə 2 il 6 aylıq zəhmət çəkib dizləri üzərində kitabı tərcümə etdiyinə görə çox sağol deyirik.

среда, 9 июля 2014 г.

Kişilər sizi alacaq!

Bu yazını yazmağı fikrimdə xeyli vaxtdır dolaşdırırdım və əlverişli məqam tapıb fikirlərimi yazıya köçürməyi planlaşdırırdım. Nəhayət həmin an gəldi və Rəfiqə Əlisəfanın yazısını oxuyub dərxal fikirlərimi yazmaq qərarına gəldim. 
  Düzü ümumi bir fikir qeyd etməyəcəm subyektiv fikirlərimi ifadə etməyə çalışacağam.
İlk öncə mənə qadınlar bu eqo hissləri, sadəlikdən də tamam uzaqlaşıb özlərini zirvədə görmələri mənə çox qəribə gəlir. Ürəklərində, daxili aləmlərində zərif, aciz olan bu xanımlar niyə xaricən daxildəki kimi deyillər? Hərdən bu sözləri bağıraraq demək istəsəm də bacarmıram. 
Daha bir ciddi məsələ. Evlənmək. 
Evlənmək ancaq filmlərdə maraqlı və sadə görünsə də reallıqda bu heç də belə və asan deyil. Asan olan yalnız dizi yerə qoyub: -Həyatım mənimlə evlənərsən? deməkdir. Bu sözləri deyənə qədər isə hər iki tərəf bir-birininin sınağından keçməlidir. Bu o demək deyil ki, yad nömrədən zəng edib yoxlayasan ki, zəngimi açacaq alo deyəcək yoxsa yox. Bir ömür yaşayacağın qadını tam varlığı ilə kəşf etmək gərək. Həmçinin də əks qütbdən bunu əminliklə deyə bilərəm. Həyatın xoş və səfalət anı var. Həyat yalnız təbəssümdən ibarət deyil. Bu nəticəyə gəlmək olar ki, evlilik təklifi heç də göründüyü qədər asan deyil bunun arxasında çox böyük məsuliyyət durur.Yəni bu məsuliyyəti hər iki tərəf evliliyə qədər kəşf etməli və kuliminasiya nöqtəsində bu təklif edilməlidir. Hərçənd bu kuliminasiya nöqtəsinə çütlüklər gəlib çıxmaqda çətinlik çəkir.Həyat heç də hind filmlərindəki kimi həmişə xoşbəxt sonluqla bitmir. 
  Söhbət əgər ciddi münasibətlərdən gedirsə, əgər siz özünüzə qarşı olan hissləri ciddi yaxud qeyri-ciddi münasibət olduğunu aydınlaşdıra və qərar verə bilmirsinizsə o zaman sizdə belə bir hisslər yaranacaq. Hansı hisslər? -Siz ehtiyat variantısınız hissləri.
Əgər sizi ehtiyyat hissləri çox narahat edirsə və siz özünüzün ehtiyatda yaxud ön planda olduğunuzu dəqiqləşdirməyə daha çox cəhd etdikcə, dəfələrlə qarşı tərəfin əsəblərini zorladıqca hayasız təsiri bağışlayırsınız. Əgər ön plandasınızsa da o zaman qarşı tərəfin gözündən düşməyə çalışırsınız. Bundan tam əmin ola bilərsiniz.
 Qısa bir məsləhət də vermək istərdim. Qadınlar hər şeyi zamana buraxıb bir az sadə olmaq haqqında, eqolardan uzaq olub həyata olduğu kimi baxmağa cəhd etsələr o zaman hər şey axarınca olar və bu halda sizin sualla başlıq qoyduğunuz mövzuya mənim cavabım uyğun gələcək.

понедельник, 13 мая 2013 г.

Fahişənin namusu

   Fahişə... Balaca uşaqdan, ağ saqqal, ağ birçəklilərə kimi hər birimiz bu adın altında yatan insanları çox gözəl tanıyırıq. Hətta deyərdim ki, o insanlara cəmiyyətimizin ən alçaq bir təbəqəsi kimi baxırıq...
  Hətta bəzən fərqi yoxdur istər kişilər arasında, istərsə də qadınlar arasında bu sözü təhqir kimi işlədirik. Bəzən bu ada görə insanlar ölür, öldürülür...Siyasi arenada da fahişə sözü artıq ümumişlək sözə çevrilməkdədir.
  Əslində fahişələr kimdilər?
- Fahişələr el gözü ilə baxsaq öz cismlərini satan insanlardılar.
  Hər bir kişi özünə mənəvi borc bilir fahişələrlə yatmağı. Hətta fahişəylə yatmayan kişilərə də pis baxılır. Məsələn deyirlər ki, sən necə kişisən ki, indiyə kimi heç bir fahişəylə yatmamısan? -Sən impotetsən ki, hələ də fahişəylə yatmamısan?
  Qadınlar bu məsələyə necə baxır?
- Qadınların bəlkədə arzusudur ki, həyat yoldaşı fahişəylə yatmasın. Onu rəzillik hesab edirlər. Hətta qarşılarındakı insanın, həmsöhbət olduğu insanın fahişə olduğunu bilsələr bəlkə də həmin qadını parça tikə edib yüz yerə bölərlər...Nə bilim, bəlkə özlərini belə göstərirlər, əslində belə deyillər?
Amma insanları tanımaq elə də asan deyil, bu cəmiyyətimizin baxış tərzidir.
Gənclər fahişələri necə tanıyır?
-Gənclərin hər birisinin arzusudur ki, qadınla-fahişəylə yatsınlar, onlarla xüsusi zövq yaşasınlar. Yenə də insan təlabatıdır, üzdə pisləsək də 2 dost bir araya gələndə bununla bir-birləri qarşısında öyünürlər...Necə? Məsələn : "Brad dünən bidəə civiynən yatdım, bilirsən nə bomba şeydi?"
Yəni belə... Hər bir insanın xaricində başqa mən, daxilində isə başqa bir mən gizlənir. Amma cəmiyyət içində özlərini elə göstərirlər ki, sanki bir-birləri ilə fahişəylə yatdığına görə öyünən insan deyillər...Bəzən isə yolda söz atıb tanış ola bilmədikləri qıza fahişə deyib keçirlər... Amma bu sözün mahiyyətini heç də dərk etmirlər...

Ümumilikdə fahişələr kimdilər? (Şəxsi baxışım, subyektiv fikirlərim / fahişələrdən biri ilə söhbətimdən çıxardığım nəticə) (Qısa dialoq)

Mən: Salam. Neçə yaşın var?
O: Salam. Neynirsən, bu sənin üçün niyə maraqlı olsun ki?
Mən: Heç sadəcə soruşdum.
Onun fahişə olduğunu bir kənara qoyub insan kimi danışdım xeyli deyib, güldük. Sonra bir az ciddi görünüş alıb yenə sual verdim
Mən: Niyə belə edirsən ki, sən bura nə vaxt gəlmisən?
O:  Nə edirəm, xalqıma xidmət edirəm də, çoxları heç bunu da bacarmır... Bura 10 il olar gəlmişəm...
Əlimdəki Franz Kafkanın Məhkəmə romanını görüb güldü...
O: Kim oxuyur bu kitabı, sən oxuyursan?
 (xatırladım ki, mən oraya başqa bir dostumla getmişdim)
Mən: Hə mən oxuyuram, nə olub ki?
O: Heç, mən sənin başındakı tüklərin sayı qədər kitab oxumuşam, ali təhsilim var amma indi burdayam. (gülümsəyərək) Sən bunları oxuyub Allah bilir harda olacaqsan...
Mən: Əsində mən fahişələr haqqında bəzi kitablar oxumuşam, çox acınacaqlıdır mənə onların taleyi (üzümü ona tərəf çevirərək)
O: Niyə acınacaqlı olsun ki, sən mənim peşəm haqqında niyə belə düşünürsən?
Mən: Acınacaqlıdır, gündə onlarla kişi ilə yatmaq, məcburi "zövq" yaşamaq... Bilirsən mən fahişələrlə görüşəndən, həmsöhbət olandan sonra vicdan əzabı çəkirəm, niyə ani bir hissin ucbatından belə bir iş görürəm.
O: Xeyr. Sən heç də elə fikirləşmə. Sən yalnız və yalnız bir şey düşün. Birisinin ailəsinə çörək verdin, birinin uşağının ac qalmaması üçün yardım etdin...
Mən: Amma...
O: Gecə saat 3-ə kimi burdayam. (Siqareti ağzına qoyaraq, Səbiş Xədicəyə denən ordan alışqan gətirsin) Gör saat 3-ə kimi nə qədər adama xidmət göstərəcəm (gülümsəyərək).
Mən: Nə bilim, heç bilmirəm nə deyim... Amma onu bilirəm ki, əclaflıq edirəm...
O: Elə düşünmə can. Sadəcə bundan həzz almağa çalış... Nə vaxt istəsən gələ bilərsən. Əslində bizi nə qədər alçaltsalar da, söysələr də, hamı bizim peşəmizi bir-birinə söyüş kimi istifadə etsə də, bizi tanıyanlar bizə qarşı murdar rəftar etsə də vicdanımız təmizdir. Biz xalqın pulunu mənimsəmirik, biz rüşvət almırıq, biz ev yıxmırıq, biz məhkəmədə hakim olub saxta qərar çıxarmırıq (əlimdəki kitabın üzərinə yazılan "Məhkəmə" sözünü göstərib), bizim heç yerdə villamız yoxdur, bizim heç yerdə bank hesabımız yoxdur. Özüm də sosial şəbəkələrdə, odnoklassnikidə yazılanları oxuyuram. Mənə demək olar ki, bütün partnyorlarım belə suallar verirlər. Hər birinə də bu ölkədəki cismi qeyrətli görsənib ruhu, ürəyi fahişə olanlardan bəhz edirəm. Bu xarabadakı haqsızlıqdan bəhz edirəm. Amma o qədər cəmiyyətimiz korlanıb ki, hətta fikir vermişəm danışdıqlarımdan fikirləşmək əvəzinə həzz alırlar. Necə bir ölkədə yaşadığımı da fahişə olsam da, çoxlarından yaxşı bilirəm. Boş ver...(Əlini mənə uzadaraq) Bəlkə bir daha görüşdük, hələlik...

  Bu tərbiyəsiz, əxlaqsız adlandırdığımız bir xanımın mənə dediyi bu sözlər həqiqətən ürəyimə iynə kimi sancıldı. Bu fahişənin düşündüklərini, gücü çatıb deyə bildiklərini kaş ki, hər bir vətəndaş deyə biləydi... Həqiqətən etiraf edirəm ki, fahişələri cəmiyyətimizin ən pis nümayəndələri hesab edirik. Amma daha mən belə düşünmürəm. Heç vaxt da elə düşünməyəcəm. Çünki əgər normal insanlar bunu bilib, düşünüb susursa, onlar buna susmayıb danışırsa onlar haqqında neqativ düşünməyə zənnimcə haqqım yoxdur... Onların cismi fahişə olsa da, ürəkləri fərqli olaraq fahişə deyil...

  • Fikirlərinizi aşağıda qeyd edə bilərsiniz.

вторник, 7 мая 2013 г.

Qanuni vətəndaş olmalıyıq...

  İnsanlar müxtəlif olurlar. Bu qəbulediləndir. Eyni xüsusiyyət və xarakterə malik insanlar çox az hallarda rast gəlinir. Amma ümumu baxışdan insanlar eynidir. İstisna hallarda bəziləri idarəolunan küt kütlədən seçilməyi irəli çıxıb mən küt deyiləm deməyi bacarır. Bəzən isə həmin insanlarda küt olaraq kütləyə qarışırlar. Ən acınacaqlısı isə insanlarda genişmiqyaslı laqeyidlik hissinin kəskin formada formalaşmasıdır.
  Misal üçün. Əvvəl iki nəfər bir-biri ilə savaşıb dalaşarkən döyülən adam polisə şikayət verməzdi, iki nəfərin dalaşdığını görənlər onları aralaşdırmağa cəhd edərdi və s. Amma indi vəziyyət necədir? İndi bəzi insanlar qəsdən dava salıb ilişdirmək üçün hətta başlarını irəli edirlər ki, kişisənsə vur. Sən həmin an onun başını sığallasan belə həkimdən kağız alıb polisə şikayət verəcəklər ki, kəllə beyin travması alıb, cərimələnir hətta cinayət işi də açılır ki, qəsdən sağlamlığa zərər vurma maddəsi ilə. Yaxud iki nəfər yolda dalaşan adam görəndə hamı kənar gəzir ki, əşi ac qulağım, dinc qulağım nəyimə lazımdı kim kimi döydü öldürdü neynədi, bəzən hələ telefon da çıxarıb video çəkirlər sonra youtube-yə yerləşdirirlər ki, yolda bir qaqaş o birisin peysər çıxartdı, yaxud sındırdılar razborkada və s...
  Yaxınlarda rast gəldiyim bir hadisədən bəhz edim sizə. Bir yaxın dostumla yol gedərkən dostum özünü çox piss hiss etdi, qeyri-iradi olaraq qıçları qatlandı və özünü itirdi. Tez yaxında olan stula otuzdurduq. Hamı yığışdı ətrafımıza. Amma cəmi 2 nəfər kömək üçün yaxınlaşdı. Hamısı yığışıb, bir az həyəcanlı olduğum üçün ətrafda deyilənləri dinləyə bilmədim amma bəzilərin digər dostlar dinləyib dedilər ki, gör nə qədər içibsə yolda yıxıldı, yəqin bu nəysə çəkib eliyib, artislik edir görmürsən? bu kimi replikalar atırlar, hələ utanmasalar telefonda çıxardıb çəkərlər. Amma bəhz etdiyim iki nəfər, biri cavan qız, digəri isə yaşlı rus xanım. Əlindən gələn köməklik etdilər, hətta rus anım çantasından naşatr spirti də tapdı çıxartdı dostumuza qoxulatdı ki, huşunu itirməsin ayılsın. Əllərini ovdu, bir sözlə ilk tibbi yardımı etdilər. Hələ bu azmış kimi polislər müdaxilə etdi. İlk baxışdan yaxşı təsir bağışladılar düzü. Kömək lazımdır, təcili yardım çağıraq? Bir az dostumuz özünə gəldikdən sonra qərara gəldik ki, təcili yardıma ehtiyyac yoxdur. Daha sonra eçdik polislərin sorğu sualına. Bir əlində ötürücü rəislə canlı bağlantıda olan polis bizi sorğu-suala tutdu. Kimdi bu, adı nədi, siz kimsiniz, bunun nəyisiniz, telefon nömrəniz nədir, harda yaşayırsınız, harda qeydiyyatdasınız, ev telefon nömrəniz neçədir və s. dostumuzu taksiyə otuzdurub evlərinə yola saldıq hələ də polis sorğu sualdan əl çəkmədi. Bütün məlumatları verdikdən sonra nəhayət bizi buraxdı.Və həmin əraziyə söhbət yayıldı. Hamı eyni söz danışırdı: - Ayə gördünüz orda bir nəfər yıxılmışdı?
  Bu hadisədən sonra millətimizi bu düşüncə tərzinə görə qınadım. Adamlarda bir qram da olsun insaf yoxdur. Yolun ortasında yıxılıb ölsən belə bir nəfər halına yanmaz ki, ay adam niyə ölürsən? Yaxşı ki, ölkəmizdə ruslar, digər millət nümayəndələri var yoxsa dostum da bəlkə indi xəstəxanada idi. Bilirsiniz heç milləti də qınamıram. Həqiqətən etiraf etmək lazımdır ki, bu milləti bu günə rejim qoyub. Sual yarana bilər ki, niyə?
-Ona görə ki, artıq ölkədə elə bir situasiya yaranıb ki, hər kəs öz başının hayındadır, hər kəs ac qulağım dinc qulağım prinsipi ilə yaşamaq məcburiyyətindədir. Həqiqətən acınacaqlı vəziyyətdir. Bir ölkədə ki, qanunlar tərsinə işləyir, bir ölkədə ki, pul qanundan yüksəkdə dayanırsa, bir ölkədə polis sistemi bərbad vəziyyətdədirsə, bir ölkədə polislərin sayı adi vətəndaşların sayına bərabərdirsə o zaman da elə olacaq. Artıq başqaları üçün kimsə önəmli deyil, hətta ölsən də bəlkə də gəlib üzünə bir dəsmal sərəcəklər ki, Allah rəhmət eləsin, heç gözlərini ndə yummayacaqlar.  Amma bir məqamda xalqımızı, millətimizi qınayıram ki, bunlara da biz şərait yaratmışıq, bunları da başımıza biz çıxartmışıq, ölkədə hər şeyi pulun həll etməsi üçün hamıdan qabaq əlimizdə pul idarələrin qarçısında dayanmışıq, sözümüzü demək üçün çəkinmişik, övladımızı polis olub 350 manat maaş alsın deyə 15 min manat verib ya polis akadeiyasında, ya da qanunsuz yolla rəislərə rüşvət verib işə düzəltmişik ki, getsin pul qazansın. Qanun bilməyən insan gedib polis olub digərlərinin haqqını necə müdafiə edəcək ki? Bu baxımdan da mən hesab edirəm ki, ilk növbədə problem millətimizdə, xalqımızda sonra bu rejimdədir. Amma müəyyən mənada indiki hakimiyyət də xalqın təlabatəna uyğun olaraq belə edir. Xalq tələb etsə onlar da məcburiyyətdən düz yola dönərlər.
  Hər birimiz vətəndaş olaraq hüquqlarımızı bilməliyik, haqqımızı müdafiə etməyi bacarmalı, sözümüzü deməyi bacarmalıyıq. Fərd olaraq korrupsiyaya qarşı mübarizə aparmalıyıq. İlk öncə özümüz nə yolu ilə olursa olsun pul vermədən işimizi qanun çərçivəsində həll etməli, qanunsuz işlərdən uzaq olmalı, qanunsuz işlərimizi korrupsiya hesabına qanun çərçivəsinə salmamalıyıq. Bu da zənnimcə ölkədəki vəziyyətə ələ almağa müsbət təkan verəcəkdir.

вторник, 23 апреля 2013 г.

Masonlar kimlərdir və masonluq necə yaranıb.



 Əfsanəyə görə kral Davud Qüdsdə “Allahın evi” –ni inşa etdirmək üçün ölkənin hər yerindən 40 min işçi toplayır. Bu toplanan işçilərə mason deyilirdi.  “Mason” kəlməsinin mənası divar ustası (bənna), “formason” sözünün mənası isə azad bənna deməkdir. Hələ inşaat işləri başa çatmadığı bir dövrdə kral Davud ölür və işi oğlu Süleyman davam etdirir. Sonradan “Süleyman məbədi” adını almış tikilidə işləyən ustalardan birinin adı Adon Hiram idi. O, dul bir qadının oğlu idi. Hiram tabeçiliyindəki işçiləri çıraq, kalfa və ustaya bölərək hamısına memarlıq sənətinin bir hissəsini öyrətmişdir. Bunların hər birinin özünə aid sirləri olur və onlar bir-birlərinin sirrlərini bilə bilməzmişlər.
  Sonralar Hiram üç kalfa tərəfindən öldürülür və gizlincə dağda basdırılır. Hiramın öldürülməsi və basdırılması sonrakı dövrlərdə masonların keçirdikləri gizli mərasimlərdə icra olunur.
  Masonluğun gizli və imtiyazlı bir cəmiyyət halına gəlməsi orta əsrlərdə olmuşdur. Bu dövr masonluğun fəlsəfi və ticari istiqamətdə inkişaf etdiyi dövrü idi. Ancaq günümüzə doğru fəlsəfi  xüsusiyyətlər,  dini və metafizik anlayışlar büsbütün yox olaraq siyasi və iqtisadi mənada bir imtiyazlılar və mənfəət ortaqlarının zümrəsi formasını almışdır. Mason sözü orta əsrlərdə də bənna (fəhlə) mənasında ifadə edilirdi. Hər yerdə məbədlər, kilsələr inşa edilir və burada yüz minlərlə mason işləyirdi. Bunların əksəriyyəti Suriya, Misir və Fələstindən gəlmişdilər. Onlar bu tikililərə gəldikdə Hiram əfsanəsinin və Tövratın öyrətdiklərini və təlqin etdiyini də özləri ilə gətirirdilər.
  Beləliklə, inşaatçı masonlar müəyyən dərəcələrlə, simvollarla bir-birlərinə bağlandılar. İnşa etdikləri məbədlərə, tikililərə özlərinəməxsus işarələr çəkərək öz müəlliflikliklərini həkk etdirirdilər. Beləliklə bu işarələr getdikcə onların simvollarına çevrilməyə başladı. Onlara əməli masonlar deyilirdi. Artıq onlar Allahın evini tikdikləri üçün ətrafdakılar tərəfindən müqəddəs hesab edilməyə başladılar.Əməli masonlar məsləklərini icra edərkən bir neçə yeni inşaat texnikası və sirrlər də yarandı.Sonralar bu masonlar krallar tərəfindən vergidən azad olundular.Və buna görə də ətraflarındakı insanlar masonluğa cəlb olunurdular. Bəzən onlara toxunulmazlar da deyirdilər. Bu isə cəmiyyətin marağına səbəb olurdu. Onlar bu imtiyazlardan istifadə edərək nüfuzlu bir sinif halına gəlmək üçün aralarına daxil edəcəkləri yeni-yeni şəxslərə də həssaslıqla yanaşmağa başladılar. Artıq bu tarixdən etibarən masonluq bir mənfəət topluluğu xarakteri almağa başlayır. Masonların öz aralarındakı münasibətlərini ilk dəfə olaraq yazılı halda nizamlamaq və ölkənin kralına qəbul etdirmək imkanları da bu illərə təsadüf edilir. Masonluq tarixi baxımdan şox mühüm yazılı sənədlər olan Hallison Manskipisi və Cark konstitusiyası masonluğun 924-cü ildə İngiltərəyə daxil olduğunu və xüsusilə XIII və XIV əsrlərdə gücləndiyini göstərməkdədir.
  Beləliklə masonlar cəmiyyətdə üstün mövqe tutmağa başladılar. Masonluq orta əsrlərdə usta və qalfaların təşkil atdikləri lojalar ((Əsnaf təşkilatlar) Loja-fransızca “loge” tamaşa zalında bir neçə adamın oturması üçün ayrılmış xüsusi yer). əsasında formalaşıb inkişaf etmiş, dövrümüzə bütün dünya ölkələrini əhatə edən , çoxsaylı özək və dayaq dəstələri  ilə hörümçək torunu xatırladan bir super təşkilat şəklində gəlib çıxmışdır.Bunlar leqal və qeyri-leqaı fəaliyyət göstərməsindən asılı olmayaraq, həmişə və hər yerdə bənnalıq və memarlıq atributlarını öz təşkilatlarına rəmz (emblem) seçmişlər.Həmin rəmzlər içərisində bənna önlüyü, xətkeş, pərgar, mala, sütun və bəzən quru insan kəlləsi ən çox rast gəlinən emblemlərdəndir.
    Sionist təşkilatının üst qurumu olan mason lojalar sisteminin başında duran şəxsə (onun şəxsiyyəti çox zaman məlum olmur) Məşkiri-Əzəm deyilir.Bu şəxsin İsrailin “Mossad” şəşfiyyat servisi və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx işbirliyi içində olması haqqında fikirlər mövcuddur.
  Masonluğun bugünkü formada təşkilata çevirilməsi 1717-ci ildə London Böyük Lojasının qurulması ilə başlamışdır. Modern masonluğun tarixi 1717-ci ilin 20 sentyabrından hesablanır.Bu quruluş çoxdan tacir və ustalar təşkilatı deyil, böyük informasiya kralları, sahibkarlar, mafiozlar, siyasi xadimlər, ziyalılar, dövlət adamlarını və başqalarını varlanmaq, qazanc əldə etmək ideyası, üzdə olan sıravi üzvlər üçün nəzərdə tutulmuş və sionistlərin dünya ağalığına yönəlik hərakatını gizlətmək məqsədi daşıyır.
  Təşkilat keşiş (papaz) olan Anderson tərəfindən hazırlanan, 1723-cü ildə Böyük Loja tərəfindən qəbul edilərək çap atdirilən və zaman-zaman təkmilləşən “Mason qanunlar toplusu” əsasında fəaliyyət göstərir. Bu təşkilatın üzvləri Amerika istiqlalı, Fransa inqilabı kimi böyük tarixi və siyasi hadisələrdə və dövlətlərin idarəsində mühüm rol oynamışdır.
  Masonluq hələ Türkiyədə 1723-cü ildə sistemli şəkildə kök salmağa başlamış və 1738-ci ildə, o zaman Osmanlı imperiyasının tərkibində olan Hələb şəhərində (Suriyada) ilk lojasını qurmuşdur. 1856-61 –ci illərdə Türkiyədəki mason lojalar İngiltərə böyük lojasına bağlandı. Sultan ll Əbdülhəmid xan dövründə masonluq Türkiyədə qadağan edildi və bu səbəbdən də Sultan ll Əbdülhəmid xan indiyə qədər də bir çox ziyalıların təfəkküründə mənfi obraz kimi həkk olunmuşdur. Sultan ll Əbdülhəmid xanın devrilməsində də masonlar bilavasitə rol oynamışlar. Bundan sonra onların fəaliyyəti üçün yeni bir dövr açılmış və 1909-cu ildə “ürkiyə Böyük Lojası” qurulmuşdur. 1935-ci ilə qədər fəaliyyət göstərən bu loja Atatürk tərəfindən ləğv edilmiş və mason olan daxili işlər naziri Şükrü Qayanın əli ilə masonluq dağıdılmışdır.
  1946-cı ildə masonluq “Türkiyə Yüksək Şurası”  adı altında yenidən fəaliyyətə başladı. “Türk Yüksəltmə Cəmiyyəti” adı ilə yad edilən “Türkiyə Böyük Lojası” 1964-cü ildə Şotlandiya, 1970-ci ildə isə İngiltərə Böyük Lojasına bağlandı.

Tarixi faktlar və bəzi hissələr Bəxtiyar Tuncayın 1990-cı il  “Müsavat” qəzetində nəşr edilmiş “Masonluq və Azərbaycan” məqaləsindən götürülüb.

понедельник, 22 апреля 2013 г.

Təhsil və "Təhsil"

  İlk öncə lap əvvəldən başlamaq istəyirəm. Lap birinci sinifdən.
 
Hər birimiz birinci sinifə gedərkən çox həyacanlı oluruq, bir az da qorxu hissi. Nələr baş verəcəyini bilmədiyimiz üçün bəzən ağlayırıq da. İlk dərs günü... Müəllimə gül bağışlamağımız, müəllimlə tanışlığımız...Daha sonra ilk dəfə müəllimin bizə qələm tutmağı öyrətməsi, əlimizdən tutub bizə hərif yazdırması. Çox saf, ülvi hisslərdir bunlar. Hətta bəzən həmin anları xatırlayarkən belə həmin həyacanı yenidən yaşayırıq. İbtidai sinifdə hərifləri, bəzi primitiv hesablama qaydalarını öyrənirik. Və ilk imtahanımız və ibtidai siniflə vidalaşmağımız, 5-ci sinifə qədəm qoymağımız, fərqli fənnlər, fərqli müəllimlərlə qarşılaşmağımız çox gözəl duyğular yaradır. Gözəl duyğularla yanaşı ciddi problemlərin də başlanğıcı məhz həmin illərdən başlayır...
  Dərslərin çətinliyi, hər cür simada müəllimlərlə rastlaşmaq bəzən bizə təhsili sevdirir, bəzən isə bizi təhsildən uzaqlaşdırır. Burada təbii ki, müəllimin rolu mühümdür. O bizə elmi həm sevdirə, həm də niffrət etdirə bilər.Artıq yuxarı sinifə qədəm qoyduqca, qarşımızda məsulliyyət artdıqca problemlərimiz də böyüyür. Şagirdlərin təhsilə itməkdə olan marağına, təcrübəsiz müəllimin təkan verməsi bizi təhsildən uzaqlaşdırması prosesi kəskin hal almağa başlayır. Daha sonra valideyinlərin təkidi, inadı və ali məktəbə hazırlaşmaq mərhələsi...
  Düzü valideyinləri niyə övladlarını təhsil almağa zorladıqları üçün qınaya bilmərəm, haqqımda yoxdur amma bəzən onların övladlarını məcburi şəkildə təhsilə yönətmələri həm övladları üçün, həm də ölkəmizin gələcəyi üçün çox təhlükəlidir. Niyə? -Ona görə ki, təhsilə marağı olmayan bir tələbə sırf univrsitetə qəbul olmaq üçün "oxuyur" (onsuzda ali məktəbə qəbul olmaq o qədər asanlaşıb ki, 200 hətta 150 balla da qəbul olmaq mümkündür) qəbul olur universitetə və qara günlər başlayır. Tamamilə oxumağı bir kənara atır, zatən oxumaq istəsə belə demək olar ali təhsil ocaqlarında təhsil sıfır səviyyəsindədir (istisnalar olmaq şərti ilə).Bir şey düşünür tələbə pul tapmaq semestri yola vermək, qayıbları sildirmək üçün dekana pul vermək və s. Tam təhsilsiz yetişən bu kadr sabah hansısa bir müəssisəyə işləməyə gedir və ölkəmizi çökdürmək prosesi daha da sürətli şəkildə gedir. Savadsız tələbə, sabahın savadsız işçi kadrıdır.
  Təsəvvür edək ki, valideyin universiteti bitirmiş savadsız övladının gələcəyini zorlayır. Övladını pul verərək universitetə müəllim işə düzədir, yaxud da məktəbə müəllim. Bu savadsız kadr qarşısındakı tələbəyə, yaxud şagirdə nə öyrədəcək? Və bu ardıcıllıqla da ölkəmiz süquta doğru gedir. Məcburiyyətlə təhsilə yönəldilmiş bir gənc ölkəni iflasa, uçuruma aparmaqda davam edir. Bu da zəncirvari olaraq günümüzün aktual məsələsidir.

  Mən düşünürəm ki, gəncləri təhsil almağa məcbur etmək lazım deyil. Siz valideyin olaraq öz təklifinizi verin. Əgər övladınız oxumaq istəmirsə onu zorlamayın. O bəlkə də öz sevdiyi peşəsini tapacaq, gələcəyin digər peşəkar mütəxəssislərindən olacaq?
  Hal-hazırda ölkəmizin təhsil sistemi demək olar ki, tam bərbad vəziyyətdədir. Yeni nazir inanmıram ki, bu məsələlərin öhdəsindən gəlsin. Ümid etmək istərdim, istərdim ki, bu məsələləri həll etsin amma artıq proseslər o qədər bir-birinə bağlı cərayan edir ki, tam cidi şəkildə yeni sistem qurulmalıdır ki, köklü müsbətə doğru dəyişikliklər olsun. Qanunlarda olan boşluqlar istənilən şəxsə şərait yaradır ki, savadsız ola - ola vəzifəyə gəlsin, təhsilimizdə olan boşluqlar savadsız insanın alim olmasına tam şəkildə şərait yaradır. Bütün bunların həlli açarı puldur. Zənnimcə pulun bu vəya digər məsələlərdə rolunu sıfıra endirmək lazımdır.
  Ən əsası isə böyük məsuliyyət bizlərin, vətəndaşların, valideyinlərin üzərinə düşür. Övladlarına seçim azadlığı verilməlidir, onlar robot kimi valideyinin qərarları ilə gələcəklərini təyin etməməlidirlər. Əgər bir insanı məcburiyyətlə təhsilə dəvət edirsinizsə əmin ola bilərsiniz ki, vaxtınızı boşuna xərcləyirsiniz və siz heç nəyə nail ola bilməyəcəksiniz. Hal-hazırda nəyəsə nail ola bilərsiniz (təbii ki, pul hesabına) amma müəyyən müddət keçdikdən sonra rejim savadsızların ucbatından çökəcək o zaman sizin bütün əldə etdiyiniz "nailiyyət"-lər sıfır olacaq.
- Əgər övladınızın təhsilə marağı varsa siz onu lap bütün günü işə istismar etsəniz belə heç nəyə nail ola bilməyəcəksiniz, övladınız oxumaq yolunu seçəcək, əgər övladınızın oxumağa marağı yoxdursa, siz onu məcbur edib oxudursunuzsa enində, sonunda o yenə avaralıq yolunu seçəcək. Əgər övladınız narkoman olmaq istəyirsə (bilirəm sizin üçün buna seyici qalmaq çox çətindir) toxunmayın narkoman olsun amma savadsız biri olmasın, cahil biri olmasın. Əgər sizin övladınız alim olmaq istəyirsə siz onu narkomanlığa sövq etsəniz belə o alim olacaq. Bu həyatın isbata ehtiyyac olmayan bir aksiomudur...