воскресенье, 29 апреля 2012 г.

30 aprelin gizli faktları və hakimiyyətimizin növbəti iyrəncliyi

Əziz oxucular 2009-cu il 30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı baş verdikdən sonra Azərbaycan hakimiyyəti hadisə ilə bağlı istintaq apardı və 3 nəfər azərbaycanlı  (Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov) ömrlük, Ariz Qabulov isə 11 il azadlıqdan məhrum edildi. Amma F.Qədirovun sifariş aldığı Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində yaşayan erməni Mardun Qumaşyan isə hal-hazırda azadlıqdadır və sərbəstdir.Azərbaycan hakimiyyətinin növbəti şərəfsizliyindən biri də burada bəlli oldu.Hakimiyyətimizin verdiyi məlumata görə həmin erməni axtarışdadır.Xalqxəbər.info-saytının Gürcüstana ezam olunmuş əməkdaşı Tofiq Yaqublu həmin ermənin həqiqətən də axtarışda olmadığını təsdiqlədi.Gürcüstan polisi də faktı təsdiqlədi.Müxbir Tofiq Yaqublunun Qumaşyanla reportajı işıq üzü gördükdən sonra məhkəmədə açıqlama verən Abdulla Yusifov bildirib ki Qumaşyan İNTERPOLL xətti ilə axtarışa verilib.
  Növbəti prosesdə isə C.Amirovun vəkili Hüseynxan Mustafayev Baş Prokurorluğun adını sifarişçi kimi yazdığı Qumaşyanın axtarışa verilməməsi barədə sənədi hakimə təqdim etdi: "Mən İnterpoll-dan arayış almamışam.Qumaşyan heç yerdə axtarılmır"
 Demeli belə çıxır ki, hakimiyyət burda da iç üzünü göstərdi.Terror aktının sifarişçisi azadlıqda, axtarışda olmadığı halda hələ də hakimiyyət özünə haqq qazandıraraq onun axtarışda olduğunu söyləyir ar olsun belə hakimiyyətə...
Qeyd etdiyim fakt: Xalqxeber.info-saytının əməkdaşı Peyman Sadiqov-un araşdırılmış yazısına əsasəndir!


"

1 комментарий:

  1. Bazar gunu tv-de cinayet toretmish azerbaycanlinin Batumide cox qisa muddetde saxlandigini gosterdiler.derhal aglima mehz bu hadise geldi ki,ne eceb bu hadise ile bagli operativlik filan qorunmur

    ОтветитьУдалить

Forum