четверг, 7 июня 2012 г.

Cəbhə xəttindən yenilənmiş son məlumat.

 Dünən cəbhə xəttində baş vermiş olayla bağlı bəzi məlumatlar əldə etmişəm.Əldə etdiyim məlumatların bəzi hissəsin axşam əldə etmişdim və gecə vaxtı camaatı panikaya salmaq istəmədim.Deməli vəziyyət belədir.
  Axşam saat 10-11 arası Ağdamda atışma səsləri eşidilib.Və az bir müddət içərisində intensivləşib.Bütün səngərlərdə esgər və zabit heyəti döyüş vəziyyəti alıblar.Həyəcan siqnalı çalınıb göyə fişənglər də atılıb.Kənd sakinlərinin verdiyi məlumata görə göydə trayser tipli güllələri də görmək olurdu.Azərbaycan tərəfindən 3 tank və bir neçə (4-dən çox) hərbi helikopterlər də cəbhə xəttinə yan alıb.Döyüş zamanı isə Azəraycan tərəfindən havaya qaldırılan pilotsuz təyyarə faktı isə bəzi mənbələr tərəfindən təsdiqlənib.Hərbi yardımlar gətirilib gecə saatlarında güllə və hərbi sursatlar.Kənd camaatının əksəriyyəti elə gecə ikən kəndi tərk ediblər.Ciddi döyüşlər olub atışma səsləri və ağır artilleriyadan açılan atəşlər də qeydə alınıb.Verilən məlumata görə atəş zamanı evlər silkələnirmiş.Hətta evlərdən bir neçəsinin pəncərəsi də sınıb.
  Digər mənbədən aldığım məlumatlara görə isə Ağdam tərəfdən ermənilər itki də veriblər.Azərbaycan tərəfindən itki yoxdur.Yaralı var. Deyilənlərə görə Azərbaycan əsgərləri 3 erməni postunu da ələ keçiriblər.Hal-hazırda da ara sıra atışma səsləri eşidilir.Vəziyyət Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir!
  Mülahizəmə görə isə bu müharibə vəziyyəti süni olaraq yaradılmış müharibə vəziyyətidir.Və razılaşdırılmış bir "müharibədir".Səbəb isə gələn il olacaq prezident seçkiləridir.2009-cu il Konstitusiyaya edilən dəyişikliklərə görə müharibə şəraitində prezident seçkilərinin keçirilməsi Konstitusiya məhkəməsinin qərarı əsasında dayandırıla bilər.Mən düşünürəm ki bu hakimiyyət tərəfindən yaradılmış bir vəziyyətdir.

2 комментария:

  1. prezidentlik kursune gore nece balani wehid verib analari gozu yawli qoymaq ne demekdi? bunlarin cezasini hec kim vermiyecek?

    ОтветитьУдалить
  2. Bunların cəzasını vermək bizlərin işidir.Amma çox təəssüf ki hakimiyyətin təpkiləri qarşısında tab gətirmək olmur.Susmaq məcburiyyətindəyik...Amma inşallah zaman gələcək onların cəzasını layiqincə verəcəyik!

    ОтветитьУдалить

Forum