понедельник, 25 апреля 2011 г.

ATA ABDULLAYEVİN ÖLÜM XƏBƏRİ YAYILIB___Son xəbər

Polislərə qoşularaq 2 və 17 aprel aksiyalarında müxalifətçiləri həbs edən Ata Abdullayev avtomobil qəzasında həlak olub. Bu barədə "Qafqazinfo" saytı xəbər yayıb.Saytın xəbərinə görə, qəzada həlak olan mərhumun meyidi hazırda morqdadır. Xəbəri Abdullayebin qohumları təsdqiləyiblər. Onların dediyinə görə, hadisə Əzizbəyov körpüsünün yanında baş verib.DİN-in mətbuat xidmətindən bildiriblər ki, bu barədə hələlik onlarda məlumat yoxdur, araşdırmadan sonra xəbər veriləcək.Başqa mənbələrdən əldə etdiyimiz xəbərlərə görə, A.Abdullayevin qəzada ölməsi barədə xəbər dəqiqdir.Son anda: Daxili İşlər Nazirliyinin və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən musavat.com-a bildiriblər ki, bu barədə hələlik onlarda məlumat yoxdur, araşdırmadan sonra xəbər veriləcək.
Hadisə ilə bağlı Əzizbəyov körpüsünün yaxınlığında olduq. Ərazidə olan taksi sürücüləri və digər şəxslər dünən orada belə bir hadisənin baş vermədiyini dedilər.
Ərazi üzrə Nizami Rayon Polis İdarəsindən də belə bir hadisənin baş vermədiyini dedilər. Bakıdakı “morq”larda da A.Abdullayevin meyitinin olmadığı bildirilir.
Qeyd edək ki. A.Abdullayevin mobil telefonuna dəfələrlə zəng etdik. Hər dəfə telefona cavab verən şəxs müəmmalı cavablar verdi.
Ölüm xəbərinin A.Abdullayevin özü tərəfindən yayılması da istisna edilmir.



Комментариев нет:

Отправить комментарий

Forum