среда, 27 апреля 2011 г.

"American Days" in Azerbaijan

Sizi "Amerika Günlərinin" son tədbirinə dəvət edirik. Tədbir 1 May, 2011-cil il Park Bulvarın 3-cü mərtəbəsində, səhər saat 11:00-da başlayacaq. "Amerika günləri" adlı silsilə tədbirlərin sonuncusu və bağlanış xarakterlisi olduğundan sizləri maksimum əyləncə və maraqlı anlar gözləyir.;)))
Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza tədbirin qonaqları arasında olacaq.
Bundan əlavə tədbir 2 müxtəlif Amerikalı rok qrupalarının müşaiətiylə davam edəcək. Musiqi+rəqslər+qəlyənaltı+Amerikalılarla ünsiyyət=əsl American weekend.:D

Təşkilatçı: "Gənclər... Klubu" İctimai Birliyi
Dəstək olan qurumlar: Amerikanın Azərbaycandakı Səfirliyi

...Əlavə məlumat üçün ljafarova@yandex.ru və ya aytajimanova@yahoo.com elektron ünvanlarına müraciət edə bilrəsiniz.

Hörmətlə,
Leyla Cəfərova


WE invite you to the last event of “American Days” in Azerbaijan. The event will begin at 11am, on May 1st, 2011, in Park Bulvar.
The last and closing event of "American Days" will be full of entertainment and interesting moments.;)))
American embassador in Azerbaijan Matthew Bryza will be among the guests at the event.
Along with this, Event will be going on with the performance of Two different American rock groups. Music+dance+snack+networking with Americans= real American weekend.:D


Organizator: "Youth Club" Public Union.
Organizational Support: The Embassy of the USA in Azerbaijan

For extra questions keep in touch by ljafarova@yandex.ru and aytajimanova@yahoo.com e-mail addresses.

ADNA RƏHBƏRLİYİ 30 APREL AKSİYASINA İMKAN VERMƏK İSTƏMİR Terror qurbanlarının ancaq şəkil stendləri ilə anılması nəzərdə tutulur

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu il aprelin 30-da baş vermiş qanlı terrorun qurbanları 2011-ci il aprelin 29-da akademiya binasında şəkil stendləri ilə yad ediləcək. Bunu “Mediaforum” saytına ADNA-nın təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov deyib.
O bildirib ki, aprelin 29-u səhər dərslər başlamazdan qabaq akademiyanın faciə baş verən korpusunun foyesində terror qurbanlarının şəkillərindən ibarət stend asılacaq, önünə gül dəstələri qoyulacaq: “Həmin gün akademiyanın dərsə gələn tələbə və müəllim heyəti terror qurbanlarının xatirəsini yad edəcək. Təmtəraqlı tədbir və yaxud hər hansı aksiya keçirməyi nəzərdə tutmuruq. Çünki tələbə və müəllim heyətinin terror qurbanlarının ailələrinin yaşadığı ünvanlara gedib həmin gün onlarla birgə olması da nəzərdə tutulub”.
Q.Məmmədov bir qrup gəncin sosial şəbəkələrdə aprelin 30-da aksiya keçirməklə bağlı çağırışına da münasibət bildirib: “Bu il aprelin 30-u qeyri-iş günü olduğu üçün həmin tələbələr akademiyada olmayacaqlar. Təbii ki, akademiyamızın bütün dekanları tələbələrə dövlətçiliyin əleyhinə olan heç bir aksiyaya qoşulmamağı tövsiyə ediblər, tələbələr də özləri şüurlu sürətdə başa düşülər ki, təxribat xarakterli mitinqlərə qoşulmağın mənası yoxdur”.
“Nida” Vətəndaş Hərəkatı ilə “Azad gənclik” Gənclər Təşkilatı 30 aprel terroru qurbanlarının xatirəsini anmaq üçün faciənin ildönümü günü saat 14-də paytaxtın mərkəzində, Cəfər Cabbarlının heykəli ətrafında toplaşmağı planlaşdırır. Bununla bağlı gənclərə və ölkə ictimaiyyətinə edilən müraciətdə belə deyilir: “Sizi 30 aprel hüznümüzü birgə qeyd etməyə çağırırıq. Hamımızın bəlası olan terrora qurban getmiş həmyaşıdlarımızın hüznünü birgə anaq. Biz məhz birlikdə olanda terrora qarşı daha güclü oluruq. Hamımız qara bağlayaq və ya əlimizə qərənfil götürək. Aprelin 30-u saat 14:00-da Cəfər Cabbarlı heykəlinin ətrafında toplaşaq”.
“Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədli “Yeni Müsavat”a bildirib ki, həmin gün etiraz aksiyası keçirilməyəcək: “Sadəcə gənclər əllərində qərənfil və qollarında qara sarğılarla Neft Akademiyasında günahsız yerə öldürülən tələbələri yad edəcəklər. Heç bir şüar səsləndirilməyəcək”.
“Azad gənclik” Gənclər Təşkilatının sədri Ülvi Həsənli gənclərin aprelin 30-u metronun “28 May” stansiyası qarşısında toplaşacağını söylədi: “Etiraz aksiyası keçirməyəcəyik. Biz yalnız planlaşdırırıq ki, hadisənin baş verdiyi Neft Akademiyası binasının II korpusuna gedək, orada şam yandıraq”.
“Dalğa” Gənclər Hərəkatının sədri Orxan Nəbiyev “Yeni Müsavat”a açıqlamasında 30 aprelin Azərbaycan tarixinə qara bir gün kimi düşdüyünü dedi: “Hadisə olan il qətlə yetirilən gənclərin xatirəsini anmaq məqsədi ilə axşam saat 18.00-da biz - ”Dalğa" anım təşkil etdik.A nıma gələn 800-1000 nəfər gəncin məsuliyyətini biz daşıdıq. Meydana təxribatçılar daxil olaraq anımı siyasiləşdirmək məqsədi güddülər. Amma biz bunun qarşısını aldıq, himnimizi oxuyub gəncləri təxribatçıların təşkil etmək istədiyi polis-vətəndaş qarşıdurmasından xilas etdik. Bizim üçün insanların hissləri hər şeydən önəmlidir.
30 apreldə ADNA terrorunda qətlə yetirilənləri anmaq bizim gənclik və vətəndaşlıq borcumuzdur. Bu, sadəcə sivil anım formasında olmalıdır, şüarsız, çağırışsız. Öz üzvlərimizlə ADNA terrorunda qətlə yetirilənləri anıb, yaxınlarına səbr diləyəcəyik".
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının sözlərinə görə, cəbhəçi gənclər də anım tədbirinə qatılacaq: “Razılaşmışıq ki, bu tədbirlə bağlı təşkilati məsələləri siyasi partiyalar öz üzərinə götürməsin. İctimai təşkilatların təşəbbüsü ilə anım tədbiri olacaq”.


MİTİNQLƏRƏ NORMAL YER AYRILMASI GÖZLƏNİLİR Hakimiyyət inadından əl çəkə bilər

“Hakimiyyətin kütləvi aksiyalara nisbətən normal yer ayıracağı gözlənilir”. Bu barədə dünən hakimiyyətə yaxın mənbə redaksiyamıza məlumat verib. Xəbərdə deyilir ki, ATƏT, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən ABŞ-ın həm açıq, həm gizli diplomatik yollarla “Ölkədə sərbəst toplaşmaq azadlığını bərpa edin” çağırışları artıb. Beynəlxalq birlik sərbəst toplaşmaq azadlığına qadağanın götürülməməsinin Azərbaycanda siyasi, ictimai gərginlik yaratdığının fərqindədir.

Beynəlxalq birlik Azərbaycanda sabitliyin pozulmasında maraqlı deyil. Lakin onu da görür ki, kütləvi aksiyalara imkan verilməməsi sabitliyi pozan faktora çevrilib. Odur ki, hakimiyyəti kütləvi aksiyalara normal yerlər ayırmağa çağırırlar. Mənbənin dediyinə görə, hakimiyyətə müxalifətin mitinqlərə yer ayrılması məsələsində danışıqlar aparmaq təklifinin qəbul edilməsinin məqsədəuyğunluğu da tövsiyə olunub. Hakimiyyətin də bu çağırışlarla razılaşmaq üzrə olduğu bildirilir. İctimai Palatanın növbəti dəfə mitinq təyin edəcəyi halda Müsavat Partiyasının başqanı İsa Qəmbərin ötən həftə Hacıbala Abutalıbova ünvanladığı məktub əsas kimi göstərilərək İctimai Palatanın nümayəndələri Bakı Şəhər İcra Hakimiyyətinə danışıqlara dəvət olunacaq. Ortaya əlavə problemlər çıxmayacağı təqdirdə “Ulduz” metro stansiyasının yaxınlığındakı meydanın İP-ə təklif ediləcəyi deyilir. Başqa hansısa normal yerin də ayrılacağı istisna olunmur.
Hakimiyyətin mitinqlərə normal yer ayırmaq istədiyi barədə məlumatların əsaslı olduğu iqtidar mətbəxindən məlumatlı şəxslərdən sayılan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin də iki gün öncə mediaya müsahibəsindəki fikirlərindən görünür. A.Mollazadənin sözlərinə görə, qarşıdurmaların əsas yaranma səbəbi ondan ibarətdir ki, azad toplaşmaq hüququndan istifadə edən qüvvələrə aksiyalar keçirmək üçün yerlər ayrılmır. Belə yerlərin ayrılmağına ehtiyac var: “Beynəlxalq ənənələrdən irəli gələrək demokratik ölkələrdə mövcud olduğu kimi, bizdə də siyasi partiyaların, ictimai-siyasi təşkilatların, birliklərin öz fikirlərini ifadə edə bilməsi üçün müvafiq yerlər ayrılmalıdır. Məncə, müəyyən qarşıdurmaları aradan qaldırmaq üçün çox asan üsullar var. Düşünürəm ki, şəhər rəhbərliyi toplantı keçirmək istəyən qüvvələrlə danışıqlar apararaq razılığa gəlməlidir. O zaman şəhərin mərkəzində hansısa qarşıdurma olmayacaqdır”.
Kifayət qədər ehtiyatlı davranışları ilə seçilən A.Mollazadənin həm beynəlxalq birliyin çağırışlarından, həm də hakimiyyətin gec-tez aksiyalara yer ayıracağından məlumatlı olduğu üçün bu cür mövqe ortaya qoyması şübhəsizdir.