четверг, 7 июня 2012 г.

Cəbhə xəttindən yenilənmiş son məlumat.

 Dünən cəbhə xəttində baş vermiş olayla bağlı bəzi məlumatlar əldə etmişəm.Əldə etdiyim məlumatların bəzi hissəsin axşam əldə etmişdim və gecə vaxtı camaatı panikaya salmaq istəmədim.Deməli vəziyyət belədir.
  Axşam saat 10-11 arası Ağdamda atışma səsləri eşidilib.Və az bir müddət içərisində intensivləşib.Bütün səngərlərdə esgər və zabit heyəti döyüş vəziyyəti alıblar.Həyəcan siqnalı çalınıb göyə fişənglər də atılıb.Kənd sakinlərinin verdiyi məlumata görə göydə trayser tipli güllələri də görmək olurdu.Azərbaycan tərəfindən 3 tank və bir neçə (4-dən çox) hərbi helikopterlər də cəbhə xəttinə yan alıb.Döyüş zamanı isə Azəraycan tərəfindən havaya qaldırılan pilotsuz təyyarə faktı isə bəzi mənbələr tərəfindən təsdiqlənib.Hərbi yardımlar gətirilib gecə saatlarında güllə və hərbi sursatlar.Kənd camaatının əksəriyyəti elə gecə ikən kəndi tərk ediblər.Ciddi döyüşlər olub atışma səsləri və ağır artilleriyadan açılan atəşlər də qeydə alınıb.Verilən məlumata görə atəş zamanı evlər silkələnirmiş.Hətta evlərdən bir neçəsinin pəncərəsi də sınıb.
  Digər mənbədən aldığım məlumatlara görə isə Ağdam tərəfdən ermənilər itki də veriblər.Azərbaycan tərəfindən itki yoxdur.Yaralı var. Deyilənlərə görə Azərbaycan əsgərləri 3 erməni postunu da ələ keçiriblər.Hal-hazırda da ara sıra atışma səsləri eşidilir.Vəziyyət Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir!
  Mülahizəmə görə isə bu müharibə vəziyyəti süni olaraq yaradılmış müharibə vəziyyətidir.Və razılaşdırılmış bir "müharibədir".Səbəb isə gələn il olacaq prezident seçkiləridir.2009-cu il Konstitusiyaya edilən dəyişikliklərə görə müharibə şəraitində prezident seçkilərinin keçirilməsi Konstitusiya məhkəməsinin qərarı əsasında dayandırıla bilər.Mən düşünürəm ki bu hakimiyyət tərəfindən yaradılmış bir vəziyyətdir.

Naməlum obyektin niyə məhz Azərbaycan səmasında görsənməsi aydınlaşdırıldı!

Bakı səmasında görünən naməlum obyektin niyə məhz Bakı səmasında uçması dəqiqləşdirildi.Bu naməlum obyekt son dönəmlər Azərbaycanın yüksək inkişafı və gələcək perspektivləri haqqında məlumat əldə etdikdən sonra onda belə bir istək yaranıb ki yüz dəfə eşidməydənsə bir dəfə görmək lazımdır.Və nəhayət uzun müddət səbr etdikdən sonra Azərbaycan-Bakı səmasında görsəndi.Azərbaycanda baş vermiş yüksək inkişafın, söz azadlığının, sərbəst toplaşma azadlığının canlı şahidi oldu və Ümummilli Liderimizin qəbrini ziyarət edib birdən də yoxa çıxdı.Bunun üçün də cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasətinə borcluyuq.

Bəs bu dövlət televiziyaları nə işlə məşğuldur?

Artıq bir neçə gündür ki cəbhə xəttində atəşkəs rejimi dəfələrlə pozulub və hətta hücum faktları da qeydə alınıb.Rəsmi açıqlamalar verilməsə də, hətta itkilərimizin sayı gizlədilsə də amma bu reallıqdır.Təbii ki Vətənin müdafiəsində itkilərin olması normal haldır.Amma atəşkəs imzalandığı təqdirdə belə halların olması doğurdan da təəssüflə qeyd ediləsi bir haldır.
 Son məlumatlara görə cəbhə xəttinin Qazax istiqamətində erməni kəşfiyyatçıları Azərbaycan tərəfə keçərək əl qumbaras vesitəsilə 5 nəfər əsgərimizi qətlə ytirib 2-si isə yaralanıb.Lakin TV-lərdə bu məlumat fərgli şəkildə yayımlanıb.Onların dediklərinə görə 4 nəfər həlak olub və bu gün də bir nəfər Kür çayında boğularaq dünyasını dəyişib.
  Maraqlısı budur ki Azərbaycan tərəfinin itkiləri haqqında məlumat azda olsa verilib bəs niyə erməni hərbçilərinin itkiləri haqqında azda olsa məlumat yayımlanmır? Biz niyə məlumatı erməni saytlarından, ordan-burdan əldə etməliyik? Bəs bu dövlət televiziyaları, bəs bu dövlət radioları, qəzetləri, KİV-ləri hara baxır? Və yaxud hansısa mənbədən dəqiq saxtalaşdırılmamış məlumat əldə edəciyik və nə zaman? Məgər itkilər bizdən itmir? Məgər bizim haqqımız yoxdur ki məlumat əldə edək? Camaatı fil qulağında nə vaxta kkimi yatızdıracaqsınız? Bütün gün mənasız avara-avara dövlət büdcəsindən danışırsız, 2005-ci ildən qalma xəbərlər programını yayımlamaqla məşğulsunuz, boş-boş əyləncə, şou-bizneslə məşğulsunuz.Nə vaxt bəs bu xalq, bu millət dövlətçilik haqqında düşünəcəksiniz? Siz bilirsinizmi yalan verdiyiniz məlumatlara görə şəhid valideyinləri, qohum əqrəbaları sizin murar cəmdəyinizə tüpürür? Şərəfini hakimiyyətə, namusunu vicdanına qul edən nökərlər!