вторник, 18 октября 2011 г.

"Demokrat" Gənclər Təşkilatı İctimai sorğunun nəticələrini açıqladı.


 Xeyli müddətdir "Demokrat" Gənclər Təşkilatının qüvvədə olduğu sorğunun nəticələri açıqlandı.Xatırladaq ki sorğu həm sosial şəbəkələrdə,həm "Demokrat" Gənclər Təşkilatının bloqunda,həm də şəhərin müxtəlif yerlərində keçirilmişdir.
 Siyasi məhbusların azadlıqdan məhrum edilməsinə münasibəti demək olar ki birmənalı olmuşdur.Sorğuda iştirak edənlərin 93%-i bu məsələyə münasibəti pis olduğunu qeyd etmişdir.
 Hüquqlarınız tez-tez pozulur sualına cavab olaraq respondetlərimiz əsasən hə cavabı vermişlər-87%.
Öz hüquqlarınızı müdafiə edə bilirsinizmi sualını cavablandıranlar isə bu sahədə özlərini daha mübariz göstərməyə çalışmışlar.Respondetlərin 60%-i öz hüquqlarını qoruya bildiklərindən əmindirlər.
 Bu günkü təhsil sisteminin sizi qane etməsini soruşanda isə respondetlər 95%-i qətiyyən xeyr cavabı vermişdir.
 Siyasi arenadan məlumatlılıq dərəcəsini isə respondetlər 55% yüksək, 45% isə orta olaraq cavablandırmışdır.
 Siyasi arena ilə bağlı məlumatları isə əsasən internetə güvənənlər üstünlük təşkil edir-56%,ikinci yeri isə qəzetlər tutur-33%.
 Demokratiya hərəkati ilə bağlı gənclərin rolunu isə əsasən aşağı qiymətləndirən respondetlərimiz hərəkatda gənclərin rolunu 35% yaxşı olduğunu qiymətləndirmişdilər.
 Azərbaycanda hazırki prezidentdən başqa kimi prezident kimi görürsünüz sualını isə cavablandıranlardan 40%-i bu posta AXCP sədri Əli Kərimlini layiq görüb.Heç kimi layiq görməyənlər isə 25% olmuşdur.
 Azərbaycanda inqilabi dəyişikliklərlə bağlı suala isə əsasən 72% respondet  buna şərait var deyə cavablandırmışdır.
 Ölkəmizdəmüxalifətin varlığı və fəaliyyəti ilə bağlı sualı isə sorğuya cavab verənlər 44% aktiv,33% passiv kimi cavablandırmışdır.
 Və ən nəhayətdə bu gün seşki olsa kimə səs verərdiniz sualına isə cavab verən 148 respondentin 41%-i lider olaraq AXCP sədri Əli Kərimlini gördüyünü demiş,30% hazırki prezident İlham Əliyevi,26% isə Müsavat başqanı İsa Qəmbəri seçmək fikrində olduğunu göstərmişdir.