понедельник, 7 ноября 2011 г.

"Paris"-ə 1 saatlıq səfərim...

Həmişə kimdən soruşmuşam ki, yağışlı hava xoşuna gəlir? Hamı: Əlbəttə yağışlı hava gözəldir.Həmdə çox romantikdir.Bir bax xeyalına gətir yağışlı havadır.Yağış damlaları uzunə düşür sakitçilikdir.Sadəcə yağışın səsi altında fikirlərinə aydınlıq gətirirsən.
 Həqiqətən məndə bu fikirlərə uymuşdum,aldanmışdım. Düşünürdüm yağış çox romantikdir.Və həmişə istəmişəm ki filmlərdəki kimi yağış damlaları altında şəhərdə gəzim.Və bu gün yağış yağması mənim bu planı həyata keçirməyim üçün əlverişli şərait yaratdı.Mən həyətə endim və sanki "Parisdə"-"Efel" qülləsinin önündəymiş kimi gəzirdim.Amma mənim xəyallarım alt üst oldu bu bir neçə dəyqəlik gəzintidə.Mən uzun sonu olmayan bir yola çıxdım ətrafıma nəzər salaraq.Maşınlar siqnallayır,kimisi əlini maşının pəncərəsindən yarım metr çıxardıb: -"Ayəə di sürr çıxax gedəh",kimisi-"Bu avropa yolunu çəkənin...",kimisi -"Bu yağış da məni gözləyirdi,işə gecikdim qovmasalar yaxşıdır" deyə gileylənirdi.Mən isə Viktor Hüqonun-"Səfillər" əsərindəki kimi başıma yağış yağa - yağa gəzirdim.
 Xeyli getmişdim ki, qarşımdan gələn piyadanın yanından keçən maşın vəhşicəsinə yolda göllənmiş suyu piyadanın üstünə sıçratdı.Yazıq əlacsızlığa, "Yağışın Romantikasına" məhrum olmuş piyada deməyə söz tapmadı başını bulayıb islanmamaqcun yolu tez - tez qaçmağa başladı.
 Düzü bu ətrafımda baş verən hadisələrə fikrim getdiyindən mənim də kənardan necə göründüyümü tamamilə unutmuşdum.Mən düşünürdüm...Düşünürdüm ki, indi mən burda "Yağışın Romantikasindan" həzz alıram kimininsə ayaqları yoxdur,ayaqlarını müharibədə-bu Vətənçün itirib,mən yeməyə bir tikə çörək tapıram amma kimsə indi aclıqdan yatıb,mən indi düşünürəm amma kimsə müharibədə travma alıb-düşünə bilmir,mən indi görürəm amma kimsə görmə qabiliyyətini itirib...Məni fikir bürüdü.Kor peşman "Efel" qülləsinin önündə yağışın mənə nə dediklərinə məhəl qoymadan evə qayıtdım.Mən heç vaxt bu günkü "Paris" səfərimi unutmayacam.