пятница, 2 декабря 2011 г.

Azərbaycan gəncliyi bu haqsızlığa dözəcəyinə dair öhdəlik götürməyib!

 02.12.2011  tarixində "Demokrat Gənclər Təşkilatı"-nın həyata keçirdi metroda qiymətlərin artımı ilə əlaqədar olan aksiya zamanı əslindəmetrodan istifadəyə Baykot elan olunmuşdu.Və bu zaman biz orda aksiyanı təşkil edən zaman metroda kifayət qədər insan toplum vardı.Sanki günü-gündən metrodan istifadə edənlərin sayı xalqın digər təbəqələrinin acığına artıq.Hərəkət intensivləşir.Sıxlıq yaranır.Və bu sıxlıq zamanı bizim aksiyamızın həyata keçməsində həm sevindirici həmdə cansıxıcı hallar yaşandı.
 Sevindirici haldan başlayımBiz metronun içərisinə daxil olan zaman,o kağızları oraya yapışdıran zaman gənclər tələbələr bizdən onun nə olduğunu soruşdular və stikerlərdən istədilər.Və biz xeyli sayda o stikerlərdən metrolara yapışdırdıq və gənclərə payladıq.Yəqin onlar da harasa yapışdıracaqlar.Bu doğurdanda azacıq da olsa sevindirici haldır.
 Cansıxıcı anlar isə odur ki bir baxın sağdakı kadrlara.Kənarda dayanmış insanlar necə laqeyid yanaşırlar bu məsələyə.Yanlarında kimliyi məlum olmayan naməlum şəxslər birini tutub aparır,hətta sürüyərək aparır digərləri də sakit-sakit baxırlar.Bəlkə də şərait olsa fit çalıb,alqışlayarlar.Onsuzda bu millət çapan çalmağa öyrəşib...Çoxları mal kimi dayanıb baxaraq deyir: Oooo ayəə ona baax gör nətər aparıllar ee...Pahatooonan... Beləsinə nə deyəsən?Beləsi üçün nə edəsən? Söhbət məndən getmir ümumiyyətlə belə yerlərdə saxlanılmamaq mümkün deyil.Bu normal haldır Azərbaycan üçün.
 Əsas odur ki biz Vətənimiz,Xalqımız üçün əlimizdən gələni edirik,bizi nə polis,nə qandal,nə də heç nə bu yoldan döndərə bilməz.Kim mübarizə aparmır onlarda mücadilə zammanı ayaqda qalacaq...Onlar da sonda bizim yanımızda tapınacaqlar.
 Biz bu gün varlığımızı,mübarizə etmək əzmində olduğumuzu,bu yolda tutulmağa da hazır olduğumuzu,polis qarşısında əyilməzliyimizi göstərdik.Və indən sonra da davamlı olaraq göstərəcəyik! Yaşasın AZƏRBAYCANIM, YAŞASIN XALQIM,YAŞASIN AZƏRBAYCAN GƏNCLİYİ!

Polislərlə ilk və təmtəraqlı görüşüm...

 Bu gün "Demokrat Gənclər Təşkilat"-ı metronun müxtəlif istiqamətində müxtəlif şəkildə aksiyalar həyata keçirdi.Əsas hərəkətverici aksiya isə metronun "Sahil","28 may" stansiyalarında baş tutdu.Və bu zaman məni özünü təqdim etməyən naməlum mülki geyimli şəxslər qolumdan və şalvarımın remenindən (toqqamdan) tutaraq özlərinə də məlum olmayan istiqamətdə sürüməyə başladılar.Təbii ki özlərin təqdim etmədiklərinə görə məndə onlara müqavimət göstərdim.Şəkildə gördüyünüz Palıd rəngli dublyonka geyinən naməlum şəxs mənim sinəmə iki yumruq zərbəsi və çökdürməkçün qıçımın qatlanan hissəsinə dizi ilə zərbə endirdi.Amma mən müqavimətimi saxlayıb onu özümdən uzaqlaşdırmaq üçün itələdim.Onlara müqavimət göstərməyimə baxmayaraq vəhşicəsinə onlar məni eskalatora doğru apardılar.Eskalatorda qalxan zaman naməlum şəxsin qol saatı açılmışdı.Və o saatının qırıldığını iddia edərək məni hədələdi.Məni "28 May" metrostansiyasının Polis bölməsina apardılar.Və profilaktik söhbət etməyə başladılar.Mənim üstümə qışqıraraq danışan naməlum şəxs qismli polis əməkdaşı söyüşlə danışmağa başladı.Mən isə ondan ailəsində aldığı tərbiyəni nümayiş etdirməyi tələb edən zaman həmin polis nəfərini sözünə görə üzr istəməyi bacardım.Və yoğun qalstuklular studiyaya dəvət olundu.Təxminən 15 kvadrat metr olan yerə 10-a yaxın polis əməkdaşları toplandı.Və yalancasına rəislərin gözünə girərək deyirlər ki biz özümüzü təqdim etdik.Hal bu ki mənə heç onlar yaxınlaşmayıblar ki özlərində təqdim etsinlər.Vəhşi kimi qoluma girib sürüməyə başladılar.Və məni ittiham etdilər ki mən bunun saatını qırmışam və sağlamlığına zərər yetirmək məqsədi ilə (ifadəmə görə üzr istəyirəm) bunun xayasına zərbə endirmişəm.Məni təhdid etməklərinə baxmayaraq mən indiki istər siyasi istər sosial durumun çətinliklərini anlatdım onlara.Bir polis nəfəri yoğunqalstuklu nəfər məni kənara çəkərək: Olar ikilikdə söhbət edək?-dedi. Mən buna yaxınlaşdım o isə bildirdi ki: Deginən səni kim öyrədir balamın canına səni buraxacam. Onun bu sözlərinə isə cavabım çox sadə oldu.Bəyəm cəmiyyətimizdə baş verən hadisələri,haqsızlıqları bizə kimsə öyrətməlidir,Allah bu iki gözü nəyə görə verib mənə? O isə təkidlə aparın bunu şöbiyə orda başa salarlar.Bütün üstümdə olan əşyaları çıxardılar.Telefonumu söndürərək əlimdən aldılar.Və birinci dəfədir rastlaşdığım tunellə məni Nəsimi Rayon 22-ci Polis bölməsinə gətirdilər.
 Bölmədə isəən azı 18 dənə polis tərəfindən dindirildim.Vəən çox rastlaşdığım suallar isə hansı partiyanın üzvüsən? sualı oldu.Ümumiyyətlə Nəsimi Rayon 22-ci polis bölməsi tərəfindən dindirildikdən sonra məni 1 saat yarımlıq barmaqlıqlar arxasına saldılar.Orda isə yer mərmər olduğundan bütün daxili orqanlarım soyuqlayıb.Ağrıdan əziyyət çəkirəm.Oturmağa isə şəraitdə yox idi toz torpağın içində batırdı kamera.Mən isə orda olan zaman əlim nə telefona,nə ailəmə,nə dostlarıma,nə də Facebook-a çatırdı.Həmin saat yarım ərzində həyatda olduğum bu 20 ilim gözümün önündən ağ-qara kadrlar kimi ötdü keçdi.Həqiqətən çox pis anlar idi.Və mən indiyə kimi bölmədə saxlanmamışdım.Və başa düşdüm ki Cabbar Savalanlı,Tural Abbaslı,Elnur Məcidli,Məhəmməd Məcidli,Arif Hacılı,Əhəd Məmmədli və digər qardaşlarım,əqidə yoldaşlarım orda nə əziyyətlər çəkirlər.İnsanın ürəyi AZADLIQ sevgisindən dəli olur,ciyərlərin səması buludlu, havası çirkli olan Bakının havasını udmaq üçün parça-parça olur.Və mən kamerada olan zaman növbətçi polis nəfərindən bir qələm,kağız istədim vermədilər.Kamerada isə ALLAh-dan birinci siyasi məhbuslarımıza sonra özümə AZADLIQ dilədim.Bir təhər orda səs-küy edərək vaxt keçirdim.Və Nəsimi RPŞ-nin rəisi məni qəbuluna çağırdı.Və dedi zəng eliyin bunun ailəsinə.
 Həmin Zaur adlı nəfər mənim ailəmə zəng edib ailəmi panikaya saldılar.Ailəm hal-hazırda Bakıda mənimlə olmasalar da artıq bir azda ləngisəydim artıq onlar Bakıya yola düşəcəkdilər.Və bundan istifadə edərək bütün telefonumda olan şəxsi mesajlara,şəkillərə,zənglərə,nömrələrə baxdılar.Həmçinin qeydiyyatda apardılar.Sonra rəsinin icazəsi ilə mənim bütün danışıqlarım,əlaqələrim araşdırıldı.Və məni məcbur etdilər ki deyim ki məni kimsə öyrədir.Mənisə heç kim öyrətmədiyini və mənim digərlərini öyrətdiyimi onlara dəfələrlə vurğuladım.
 Daha sonra isə əlində enli uzun antennalı bir aparatura olan polis nəfəri mənə yaxınlaşıb bildirdi ki sənə lazım idi bu yeri get dərsini oxu daa...
 Daha sonra bir qocaman pensianer polisin yanına göndərdilər məni oda bir az hal-əhval oldu mənlə.YAzdı pozdu sonra məni digər rəisin otağına göndərdi.Orda televizor da vardı.Sağ olsunlar şərait də yaratdılar pultu götürdüm.Bir az rəisin otağında çəhrayı panther-ə baxdım.İki saat da orda əyləndikdən sonra axırda bezdilər sifətimə baxmaqdan.( Nədənsə orda hec palkovnik yaxud general yox idi hamı bir-birinə rəis deyirdi ) Baş rəis göstəriş verdi ki cəriməliyin buraxın getsin.
 Düşündüm ki cərimə ən azı 500 AZN olar.Artıq pulu hardan tapacağım haqqında plan qururdum.O dəyqə ağlıma telefonlarım gəldi...Və jurilərin uzun müzakirəsindən sonra mənə izahat yazdırmağçun yaxınlaşdılar.İzahat yazdım.Mənə qocaman,pensianer polis rəisi hardan pul tapa bilərsən,nə qədər tapa bilərsən? deyə müraciət etdi.Cavabında isə həqiqətən də üstümdə iki manat pul olduğunu dedim.Sifətimə yetim-yetim baxdı və dedi get 5 manat tap gətir çıx get.Mənim də əlimdə yaxşıki Kapital Bankın kartı var idi.son 15 manat pulum qalmışdı.Unibankın bakomatından 10 manat çıxardım 2 manat da faiz tutdular balansda 3 manatım qaldı.5 manat verərək birtəhər polis macərama imza atdım.Bu da qanun keşikçilərimizlə qayğıkeş bir günüm idi və blogumun bir səhiəsinə,ömrümün bir gününə yazıldı...