Haqqımda

 Mən Əsədov Rövşən İntiqam oğlu 1992-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olmuşam.1998-ci ilə dğulduğum kəntdə yerləşən Rahib Məmmədov adına Mahrızlı kənd orta məktəbinin birinci sinifinə daxil olmuşam.2009-cu ildə həmin məktəbin məzunu olmuşam.Kənd yerində ali məktəbə hazırlaşdığım üçün çox da yüksəklərdə olmayan Azərbaycan İctimai Siyasi Universitetinə (AİSU) Beynəlxalq İqtisadi Münasibətlər (BİM) fakultəsinə qəbul olmuşam.Hal-hazırda 4-cü kurs tələbəsiyəm.İşləmirəm.Subayam
Məşğuliyyətim: Həyatda ən çox sevdiyim işlərdən biri də məqalə yazmaqdır.Digər mətbu orqanlara yazmaq imkanım olmasa da (imkanım var sadəcə digər mətbu orqanlar məlumatların çoxsunu dərc etmirlər) Blogger fəaliyyəti ilə məşğul oluram.Qarşılaşdığım hadisələri,insanların,cəmiyyətimizin qarşılaşdığı acınacaqlı vəziyyətləri,qarşılaşdığı hüquq pozuntularını Bloguma yazmağı qarşıma məqsəd qoymuşam.Nəinki bu sahədə digər sahələrdə də qarşılaşdığım hadisələri Bloguma yerləşdirəcəm.Və ilin sonunda (yazdığımın bir ili tamam olduqda) yazılarımı çap halına salmağı planlaşdırıram.
Əgər sizdə hansısa neqativ hallarla rastlaşsanız bu əlaqə vasitələrinə qarşılaşdığınız hadisələri qeyd edə bilərsiniz.
Əlaqə vasitələri:
Tel (055) 477-40-16
e-mail: rovshenasadov@gmail.com

Комментариев нет: