Sonralar Hiram üç kalfa tərəfindən öldürülür
və gizlincə dağda basdırılır. Hiramın öldürülməsi və basdırılması sonrakı dövrlərdə
masonların keçirdikləri gizli mərasimlərdə icra olunur.
Masonluğun gizli və imtiyazlı bir cəmiyyət
halına gəlməsi orta əsrlərdə olmuşdur. Bu dövr masonluğun fəlsəfi və ticari
istiqamətdə inkişaf etdiyi dövrü idi. Ancaq günümüzə doğru fəlsəfi xüsusiyyətlər, dini və metafizik anlayışlar büsbütün yox
olaraq siyasi və iqtisadi mənada bir imtiyazlılar və mənfəət ortaqlarının zümrəsi
formasını almışdır. Mason sözü orta əsrlərdə də bənna (fəhlə) mənasında ifadə
edilirdi. Hər yerdə məbədlər, kilsələr inşa edilir və burada yüz minlərlə mason
işləyirdi. Bunların əksəriyyəti Suriya, Misir və Fələstindən gəlmişdilər. Onlar
bu tikililərə gəldikdə Hiram əfsanəsinin və Tövratın öyrətdiklərini və təlqin
etdiyini də özləri ilə gətirirdilər.
Beləliklə, inşaatçı masonlar müəyyən dərəcələrlə,
simvollarla bir-birlərinə bağlandılar. İnşa etdikləri məbədlərə, tikililərə özlərinəməxsus
işarələr çəkərək öz müəlliflikliklərini həkk etdirirdilər. Beləliklə bu işarələr
getdikcə onların simvollarına çevrilməyə başladı. Onlara əməli masonlar
deyilirdi. Artıq onlar Allahın evini tikdikləri üçün ətrafdakılar tərəfindən
müqəddəs hesab edilməyə başladılar.Əməli masonlar məsləklərini icra edərkən bir
neçə yeni inşaat texnikası və sirrlər də yarandı.Sonralar bu masonlar krallar tərəfindən
vergidən azad olundular.Və buna görə də ətraflarındakı insanlar masonluğa cəlb
olunurdular. Bəzən onlara toxunulmazlar da deyirdilər. Bu isə cəmiyyətin
marağına səbəb olurdu. Onlar bu imtiyazlardan istifadə edərək nüfuzlu bir sinif
halına gəlmək üçün aralarına daxil edəcəkləri yeni-yeni şəxslərə də həssaslıqla
yanaşmağa başladılar. Artıq bu tarixdən etibarən masonluq bir mənfəət topluluğu
xarakteri almağa başlayır. Masonların öz aralarındakı münasibətlərini ilk dəfə
olaraq yazılı halda nizamlamaq və ölkənin kralına qəbul etdirmək imkanları da
bu illərə təsadüf edilir. Masonluq tarixi baxımdan şox mühüm yazılı sənədlər
olan Hallison Manskipisi və Cark konstitusiyası masonluğun 924-cü ildə İngiltərəyə
daxil olduğunu və xüsusilə XIII və XIV əsrlərdə gücləndiyini göstərməkdədir.
Beləliklə masonlar cəmiyyətdə üstün mövqe
tutmağa başladılar. Masonluq orta əsrlərdə usta və qalfaların təşkil atdikləri
lojalar ((Əsnaf təşkilatlar) Loja-fransızca “loge” tamaşa zalında bir neçə adamın
oturması üçün ayrılmış xüsusi yer). əsasında formalaşıb inkişaf etmiş, dövrümüzə
bütün dünya ölkələrini əhatə edən , çoxsaylı özək və dayaq dəstələri ilə hörümçək torunu xatırladan bir super təşkilat
şəklində gəlib çıxmışdır.Bunlar leqal və qeyri-leqaı fəaliyyət göstərməsindən
asılı olmayaraq, həmişə və hər yerdə bənnalıq və memarlıq atributlarını öz təşkilatlarına
rəmz (emblem) seçmişlər.Həmin rəmzlər içərisində bənna önlüyü, xətkeş, pərgar,
mala, sütun və bəzən quru insan kəlləsi ən çox rast gəlinən emblemlərdəndir.
Sionist təşkilatının üst qurumu olan mason
lojalar sisteminin başında duran şəxsə (onun şəxsiyyəti çox zaman məlum olmur)
Məşkiri-Əzəm deyilir.Bu şəxsin İsrailin “Mossad” şəşfiyyat servisi və ABŞ-ın Mərkəzi
Kəşfiyyat İdarəsi ilə sıx işbirliyi içində olması haqqında fikirlər mövcuddur.
Masonluğun bugünkü formada təşkilata çevirilməsi
1717-ci ildə London Böyük Lojasının qurulması ilə başlamışdır. Modern
masonluğun tarixi 1717-ci ilin 20 sentyabrından hesablanır.Bu quruluş çoxdan
tacir və ustalar təşkilatı deyil, böyük informasiya kralları, sahibkarlar,
mafiozlar, siyasi xadimlər, ziyalılar, dövlət adamlarını və başqalarını
varlanmaq, qazanc əldə etmək ideyası, üzdə olan sıravi üzvlər üçün nəzərdə
tutulmuş və sionistlərin dünya ağalığına yönəlik hərakatını gizlətmək məqsədi
daşıyır.
Təşkilat keşiş (papaz) olan Anderson tərəfindən
hazırlanan, 1723-cü ildə Böyük Loja tərəfindən qəbul edilərək çap atdirilən və
zaman-zaman təkmilləşən “Mason qanunlar toplusu” əsasında fəaliyyət göstərir.
Bu təşkilatın üzvləri Amerika istiqlalı, Fransa inqilabı kimi böyük tarixi və
siyasi hadisələrdə və dövlətlərin idarəsində mühüm rol oynamışdır.
Masonluq hələ Türkiyədə 1723-cü ildə sistemli
şəkildə kök salmağa başlamış və 1738-ci ildə, o zaman Osmanlı imperiyasının tərkibində
olan Hələb şəhərində (Suriyada) ilk lojasını qurmuşdur. 1856-61 –ci illərdə
Türkiyədəki mason lojalar İngiltərə böyük lojasına bağlandı. Sultan ll Əbdülhəmid
xan dövründə masonluq Türkiyədə qadağan edildi və bu səbəbdən də Sultan ll
Əbdülhəmid xan indiyə qədər də bir çox ziyalıların təfəkküründə mənfi obraz
kimi həkk olunmuşdur. Sultan ll Əbdülhəmid xanın devrilməsində də masonlar
bilavasitə rol oynamışlar. Bundan sonra onların fəaliyyəti üçün yeni bir dövr
açılmış və 1909-cu ildə “ürkiyə Böyük Lojası” qurulmuşdur. 1935-ci ilə qədər fəaliyyət
göstərən bu loja Atatürk tərəfindən ləğv edilmiş və mason olan daxili işlər
naziri Şükrü Qayanın əli ilə masonluq dağıdılmışdır.
1946-cı ildə masonluq “Türkiyə Yüksək Şurası” adı altında yenidən fəaliyyətə başladı. “Türk
Yüksəltmə Cəmiyyəti” adı ilə yad edilən “Türkiyə Böyük Lojası” 1964-cü ildə
Şotlandiya, 1970-ci ildə isə İngiltərə Böyük Lojasına bağlandı.
Tarixi
faktlar və bəzi hissələr Bəxtiyar Tuncayın 1990-cı il “Müsavat” qəzetində nəşr edilmiş “Masonluq və
Azərbaycan” məqaləsindən götürülüb.
Комментариев нет:
Отправить комментарий
Forum