вторник, 3 мая 2011 г.

"XI esr Avropa inteqrasiyasi,inkishaf irelileyish"


Son zamanlar Azerbaycanda geden inkishaf butun xarici dovletlerin maragina sebeb olur.Neftden gelen gelirlerimiz gunu gunden artir amma cox tessufler olsun ki Neft menbeleri de omrluk deyil onun da az omru qalib ve Azerbaycanda Neftden gelen geliri qeyri neft sektorlarina qoyurlar ki Neft bitdikden sonra dovlet ozu oz budcesini temin ede bilsin.Ve bu sahede de sahibkarlar oz seylerini esirgemir.Bezi sahibkarlar zavod fabrik insha etdirir ve ozunden cox dovletine xalqina xeyir vermeyi dushunur amma cox teessuflendirici haldir ki bezi sahibkarlar da var ki bax bele "Restoranlar","Shadliq" evleri insha etdirir.Bu halla da razilashmaq olar ki mueyyen menada ehalisine xeyir vermeye calishir.Amma verdiyi xeyirden cox bash ashagiligi verir oz rayonu, sheherine.Uzumu burdan tuturam bax bele sahibkarlara ki hec olmasa bu qeder eziyyet cekirsiniz,bu qeder vesait xercleyirsiniz hec olmasa arada tehsil almaq haqqinda da dushunun.Hamisi bir dene qalstuku baglayib bogazina ozunu sahibkar hiss edir kimse hesabina gelib nisbeten reytinq qazanib ad san qazanib amma bir qramda olsun hormet qazanmayib.Ar olsun size ki Yevlax kimi rayonun adini endirirsiniz ar olsun size.Bu da "XI esr Avropa inteqrasiyasi,inkishaf irelileyish".Men sizin yerinize xecalet cekirem vaxtiniz olanda oz hereketinize gore xecalet cekin mesuliyet dashiyin biri beshine beshi birine deymiyen 5 manatliq beyler!Yazdigim her bir yaziya gore mesuliyyet dashiyiram!
imza: Aci_Heqiqet-Rovshen Asadov

İSA QƏMBƏR İSTİNTAQDA İKİNCİ DƏFƏ DİNDİRİLDİ Müsavat başqanı bildirib ki, ortaya çıxan yeni sualları ona yönəltmək istəyiblər


Müsavat Partiyasının başqanı, İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü İsa Qəmbər İP-in aprelin 2-də Bakıda keçirdiyi mitinqlə bağlı başlanan cinayət işinin istintaqında şahid qismində ifadə vermək üçün dünən yenidən Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) dindirilib. Saat 11:08-də BŞBPİ-nin binasına daxil olan İsa Qəmbər 15:23-də oradan çıxdı.


Bu dəfə də İsa Qəmbər BŞBPİ-yə daxil olarkən polis əməkdaşları onun üzərini yoxladılar və mobil telefonu içəri aparmasına icazə vermədilər.

Dindirmədən qayıdan İsa Qəmbər “Yeni Müsavat”a açıqlamasında istintaqa çağırmaqla İP-ın dünən keçirilən sessiyasında iştirak etməyinə mane olduqlarını dedi: “2 aprel mitinqi ilə bağlı cinayət işi açıblar. Bu sifarişli, qurama bir cinayət işidir. Bununla bağlı ikinci dəfə məni istintaqa dəvət etmişdilər. Yenə də 2 aprel mitinqi və İctimai Palatanın fəaliyyəti ilə bağlı çoxlu suallar oldu. Onların suallarına cavab verdim və bu dəfəlik yekunlaşdırdıq. Sadəcə olaraq İctimai Palatanın sessiyasında iştirakıma mane oldular. İmkan vermədilər ki, sessiyada iştirak edək”.
İsa Qəmbər bildirdi ki, bu dəfə də onu Bakı şəhər prokurorunun 1-ci müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev və digər bir müstəntiq dindirib.
Müsavat başqanı dindirilməsi ilə bağlı “Mediaforum” saytına da danışıb. Müsavat başqanının sözlərinə görə, ikinci dəfə ifadəyə çağırılmağın səbəbini istintaqçılar belə izah ediblər ki, aparılan istintaq nəticəsində bir sıra suallar yaranıb: “İstintaqın gedişində yaranan bəzi suallar var. Həmin sualları mənə yönəltmək istəyiblər”.
İ.Qəmbər “İstintaq qrupu Müsavat Partiyasının qərargahında axtarış apararaq bir sıra sənədlər götürüb. Həmin sənədlərə yeni xüsusatlar ortaya çıxıbmı” sualına belə cavab verib: “Müsavat Partiyasının qərargahından götürülən sənədlərin hamısı mətbuatda dərc olunub. Həmin sənədlərdə hüquq-mühafizə orqanlarını maraqlandıracaq məqamlar olmamalıdır. Əksinə, mediada dəfələrlə dərc olunan həmin sənədlər hakimiyyətin ciddi marağına səbəb olmalıdır, iqtidar həmin sənədləri ciddi öyrənib nəticələr çıxarmalıdır”.
İsa Qəmbərin sözlərinə görə, istintaqçılar ona birlikdə nahara çıxmağı təklif ediblər: “Mən əvvəlcə təklifi qəbul etmədim və söhbəti davam etdirməyi istədim. Lakin təkid etdilər. Belə çıxdı ki, təklifi qəbul etməsəm, onlar da nahar etməyəcəklər. Ona görə də istintaq otağında birlikdə nahar etdik”.

“ABŞ AZƏRBAYCANI DAĞLIQ QARABAĞIN MÜSTƏQİLLİYİNİ TANIMAQLA ŞANTAJ EDİB” Qüdrət Həsənquliyevdən Amerika əleyhinə sensasion açıqlamalar

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev “Qafqazinfo”ya müsahibəsində Amerikanın Milli Məclisdə yeganə müxalifət kimi İqbal Ağazadəni tanıması haqda məlumata da münasibət bildirib.

“Doğrusu, mən indiyə qədər buna münasibət bildirməmişəm, amma hesab edirəm ki, bu qeyri-ciddi bir məsələdir” deyən deputatın fikrincə, buna hər hansısa formada münasibət bildirməyi özünə sığışdırmır: “O baxımdan da bu sualı cavabsız buraxıram. Öz qənaətim bundan ibarətdir ki, hansı partiyanın cəmiyyət üçün nə iş gördüyünü ictimaiyyət bilməlidir, Azərbaycan xalqı öz münasibətini bildirməlidir. Mən səmimi şəkildə deyirəm ki, istəyir səfir olsun, istəyir artist olsun, istəyir başqa birisi olsun, o bununla bağlı fikir bildiribsə, bu onun haqqıdır. Bizim nə qədər problemimiz olsa da demokratik ölkədə yaşayırıq, öz fikrini deyəni asıb-kəsmirik. Öz fikirləridir qoy desinlər”.
Q.Həsənquliyev “Bu məsələdən sonra İqbal bəylə hər hansı müzakirə aparmayıbsınız ki” sualına belə cavab verib: “Heç bir müzakirə olmayıb. Mən bunu çox yersiz hesab edirəm, ABŞ böyük dövlətdir, onun Azərbaycanda öz marağı var. Hazırda da əsas marağı odur ki, Azərbaycanda onların idarə edə biləcəyi müxalifət formalaşdırsın. Onları o dərəcədə şişirtməmək ki, hakimiyyət iddiasına düşsünlər və yalnız bununla iqtidara təzyiq edə bilsinlər, sabitliyi pozmaqla hədələsinlər. İqtidarı məcbur etsinlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etməsin, Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq versin. Bilirsiniz ki, referenduma getmək Qarabağın itirilməsi deməkdir. İqtidar bəzi məsələləri ictimaiyyətə açıqlamaq istəmir, amma mən sizə deyim ki, ABŞ Azərbaycan hökumətini rəsmi qaydada şantaj edir. Məndə olan məlumat budur və bu məlumatın mötəbərliyinə heç bir şübhəm yoxdur. Amerikanın çox yüksək ranqlı rəsmilərindən biri o zaman Azərbaycan prezidenti bildirəndə ki, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik, həmin şəxs deyib ki, əgər siz hərbi əməliyyatlara başlasanız, biz dərhal Dağlıq Qarabağın müstəqilliyini tanıyacağıq və yeni yaranmış dövlətin müraciəti əsasında onlara kömək edəcəyik. Bunlar bu səviyyəyə qədər düşüblər. Azərbaycan hökumətini şantaj eləməkdən belə çəkinmirlər. Ona görə də onun səfirinin verdiyi açıqlamalara ciddi yanaşmıram. Hesab edirəm ki, Azərbaycan xalqı bunu bilməlidir”.
Qeyd edək ki, hakimiyyətin Amerika əleyhinə apardığı antitəbliğat son vaxtlar xeyli səngimişdi. Q.Həsənquliyevin indi belə sərt açıqlamalar verməsi hakimiyyətin ABŞ-a qarşı ikinci cəbhə açması deməkdi. Cəmiyyətin dəstəyini qazanmaq üçünsə bu dəfə daha çox Qarabağ məsələsi qabardılır.

MÜXALİFƏTSİZ AKSİYA QƏRARI MÜSBƏT QARŞILANIR Arzu Səmədbəyli: “Dünyada bu proseslərin önündə gənclər gedir” Fuad Qəhrəmanlı: “Bu, Azərbaycan gəncliyinin müstəqil addım ata bildiyini göstərir”

Sosial şəbəkələrdə aktiv şəkildə təşkilatlanan gənclər yenidən etiraz aksiyalarına hazırlaşır. Martın 11-dən başlanan gənclik hərəkatı may ayında daha kütləvi xarakter alacaq. Artıq gənclər Facebook sosial şəbəkəsində növbəti mitinqlərlə bağlı müzakirə və çağırışlara başlayıb. 11 mart aksiyasının təşkilatçılarından olan və barəsində cinayət işi açılan Elnur Məcidli Facebook-da bəyan edib ki, İctimai Palatanın (İP) mitinqlərlə bağlı hansı qərar verməsindən asılı olmayaraq gənclər etiraz aksiyalarını davam etdirəcək.

Müsavat”a açıqlamasında bildirdi ki, belə aksiyalar insanların öz hüququdur: “Bu hüquqdan istifadə edərək gənclər aksiyalar keçirdə bilərlər. Burada qeyri-adi heç nə görmürəm. Belə etirazları çox normal qarşılayıram”.
Arzu Səmədbəyli “Belə aksiyalar müxalifəti kölgədə qoya bilərmi” sualına belə cavab verdi: “İndiki halda dünyanın bütün ölkələrində baş verən proseslərdə gənclər öndə gedir. Əgər Azərbaycanda gənclər fəallaşacaqsa, önə çıxacaqsa, meydanlarda olacaqsa, buna yalnız sevinmək lazımdır. Gənclik nə qədər ayaq üstə olsa, öz hüquqları uğrunda fəal mübarizə aparsa, bunun ictimai-siyasi proseslərə də müsbət təsiri olar”.
Gənclərlə birgə aksiyaya gəldikdə A.Səmədbəyli bunun gənclərdən asılı olduğunu bildirdi: “Bu onların istəyindən asılıdır. Çünki onlar müstəqil düşünməlidirlər”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da gənclərin müstəqil aksiyalarını dəstəklədiyini bildirdi: “İctimaiyyətdə yanlış bir fikir formalaşıb ki, mitinq və kütləvi aksiyaların keçirilməsi müxalifətə aid olan məsələdir. Bu, kökündən yanlış yanaşmadır. Əgər cəmiyyətin hansısa bir kəsimi ölkədəki problemlərin həllinə ictimai diqqət yönəltmək, etiraz səsini qaldırmaq istəyirsə, onlar müxalifəti gözləmədən aksiyalara başlamalıdır. Bu baxımdan aksiyaların başlaması, qərarın qəbul olunması, regionda daşqınlarla bağlı aksiyaların keçirilməsi kütləvi siyasi fəallığın artmasına səbəb olan amillərdəndir. Ölkədə güclü demokratik dəyişikliklərə nail olmaq istəyiriksə, mitinqlərin keçirilməsi müxalifətlərin hüdudlarından aşmalıdır. Ayrı-ayrı gənclər klubları, əhalinin narazı təbəqələri bu cür aksiyaların sayını artırmalıdır. Biz də bu cür aksiyaların keçirilməsinə, insanların sərbəst toplaşmasına dəstək verməyə hazırıq. Əhalinin nə qədər böyük təbəqəsi belə proseslərə cəlb olunarsa, qarşıda duran hədəflərə daha tez çatmaq olar. Bu proseslər artıq Azərbaycan gəncliyinin müstəqil addım ata bilmələrini göstərir. Bu, çox müsbət bir haldır”.
Bildirək ki, gənclər sosial şəbəkələrdə fəallığı artırıb və yaxın günlərdə Bakıda növbəti etiraz dalğası gözlənilir. Sosial şəbəkələrdə başlanmış müzakirə və məsləhətləşmələr də onu deməyə əsas verir ki, etirazçı gənclik tezliklə mitinq vaxtını təyin edəcək. Çox güman ki, bu, may ayının ilk ongünlüyündə dəqiqləşəcək.
Onu da yada salaq ki, Azərbaycan hakimiyyəti Elnur Məcidli ilə bağlı İnterpola axtarış verdirib və gənc fəala qarşı dövlət çevrilişi ittihamı irəli sürüb. Qeyd edək ki, İP-in aprelin 29-da keçirilən növbəti sessiyasında mayın 15-də mitinq keçirməklə bağlı təklif İP üzvləri tərəfindən dəstəklənməyib. İP-in yığıncağında qərara alınıb ki, mitinqlə bağlı Koordinasiya Şurası yaxın günlərdə keçirəcəyi toplantısında fikirlərini qətiləşdirsin.