вторник, 3 мая 2011 г.

“ABŞ AZƏRBAYCANI DAĞLIQ QARABAĞIN MÜSTƏQİLLİYİNİ TANIMAQLA ŞANTAJ EDİB” Qüdrət Həsənquliyevdən Amerika əleyhinə sensasion açıqlamalar

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev “Qafqazinfo”ya müsahibəsində Amerikanın Milli Məclisdə yeganə müxalifət kimi İqbal Ağazadəni tanıması haqda məlumata da münasibət bildirib.

“Doğrusu, mən indiyə qədər buna münasibət bildirməmişəm, amma hesab edirəm ki, bu qeyri-ciddi bir məsələdir” deyən deputatın fikrincə, buna hər hansısa formada münasibət bildirməyi özünə sığışdırmır: “O baxımdan da bu sualı cavabsız buraxıram. Öz qənaətim bundan ibarətdir ki, hansı partiyanın cəmiyyət üçün nə iş gördüyünü ictimaiyyət bilməlidir, Azərbaycan xalqı öz münasibətini bildirməlidir. Mən səmimi şəkildə deyirəm ki, istəyir səfir olsun, istəyir artist olsun, istəyir başqa birisi olsun, o bununla bağlı fikir bildiribsə, bu onun haqqıdır. Bizim nə qədər problemimiz olsa da demokratik ölkədə yaşayırıq, öz fikrini deyəni asıb-kəsmirik. Öz fikirləridir qoy desinlər”.
Q.Həsənquliyev “Bu məsələdən sonra İqbal bəylə hər hansı müzakirə aparmayıbsınız ki” sualına belə cavab verib: “Heç bir müzakirə olmayıb. Mən bunu çox yersiz hesab edirəm, ABŞ böyük dövlətdir, onun Azərbaycanda öz marağı var. Hazırda da əsas marağı odur ki, Azərbaycanda onların idarə edə biləcəyi müxalifət formalaşdırsın. Onları o dərəcədə şişirtməmək ki, hakimiyyət iddiasına düşsünlər və yalnız bununla iqtidara təzyiq edə bilsinlər, sabitliyi pozmaqla hədələsinlər. İqtidarı məcbur etsinlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etməsin, Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq versin. Bilirsiniz ki, referenduma getmək Qarabağın itirilməsi deməkdir. İqtidar bəzi məsələləri ictimaiyyətə açıqlamaq istəmir, amma mən sizə deyim ki, ABŞ Azərbaycan hökumətini rəsmi qaydada şantaj edir. Məndə olan məlumat budur və bu məlumatın mötəbərliyinə heç bir şübhəm yoxdur. Amerikanın çox yüksək ranqlı rəsmilərindən biri o zaman Azərbaycan prezidenti bildirəndə ki, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik, həmin şəxs deyib ki, əgər siz hərbi əməliyyatlara başlasanız, biz dərhal Dağlıq Qarabağın müstəqilliyini tanıyacağıq və yeni yaranmış dövlətin müraciəti əsasında onlara kömək edəcəyik. Bunlar bu səviyyəyə qədər düşüblər. Azərbaycan hökumətini şantaj eləməkdən belə çəkinmirlər. Ona görə də onun səfirinin verdiyi açıqlamalara ciddi yanaşmıram. Hesab edirəm ki, Azərbaycan xalqı bunu bilməlidir”.
Qeyd edək ki, hakimiyyətin Amerika əleyhinə apardığı antitəbliğat son vaxtlar xeyli səngimişdi. Q.Həsənquliyevin indi belə sərt açıqlamalar verməsi hakimiyyətin ABŞ-a qarşı ikinci cəbhə açması deməkdi. Cəmiyyətin dəstəyini qazanmaq üçünsə bu dəfə daha çox Qarabağ məsələsi qabardılır.

Комментариев нет:

Отправить комментарий

Forum