Tükenib qərarım döze bilmirem.
Babək qılıncını dəyişib saza,
Yazılan taleni poza bilmirəm.
* * *
Mən kiməm,kimsəyəm sorma halımı,
Bir vaxt Atillaydım-Tanrı qırmancı
Yalvardıb qarşımda Roma papasın,
Mülkünü zövceme bagışlayardım.
* * *
Mən kiməm,kimsəyəm sorma halımı,
Bağlanıb qollarım qıra bilmirəm
Şuşadan endirib al bayrağımı,
Badamdar düzündə qura bilmirəm.
* * *
Mən kiməm,kimsəyəm sorma halımı,
Bir vaxt Əmir Teymur fateh olmuşam
Dünya dar gəlirdi o zaman mənə,
Indi Teymurləngəm dalda qlmışam.
* * *
Mən kiməm,kimsəyəm sorma halımı,
Şah İsmayıl kimi babam olubdur
Sərhədi hindlere çatan diyarın,
Indi vazgenlere miras qalıbdır...
* * *
Mən kiməm,kimsəyəm sorma halımı,
Koroğlu inciyer,Səttarxan küsər
Şəhriyar dirilər-qalxar qebirdən,
Bəxtiyar misranı misraya düzər.
* * *
Mən kiməm,kimsəyəm qoy bilsin hamı,
Igidlər yurduyam,odlar oğluyam
Çökmərəm,sınmaram qopsada tufan,
Birleşse yağılar,coşsada zaman
Bütün yer üzünü bürüse duman.
Bir zaman günəştək qovub zülməti,
Qərbi de,Şerqi de men seçeceyem
3 rəng bayragımla FƏXR EDƏCƏYƏM!
Yazdı: Rixard Asadov