среда, 16 ноября 2011 г.

"Milli Dirçəliş günü" və dünya tarixinə nəzər!


Milli Dirçəliş günü — 17 noyabr1992-ci ildə elan olunmuşdur.
1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. O vaxt, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan o vaxt Leninin adına daşıyan indiki Azadlıq meydanında Qarabağ məsələsində Respublika və İttifaq orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin vədəsiz mitinqi başlandı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Əhəmiyyətli hadisələr

  • 1558 — İngilis kraliçası Birinci Yelizaveta taxta çıxmışdır.
  • 1913 — Panama kanalı gəmilər üçün açılmışdır.
  • 1918 — İngilis qoşunu Ənzəlidən Bakıya daxil olmuşdur.
  • 1922 — Sibir SSRİ-nin tərkibinə qatılmışdır.
  • 1922 — Sonuncu Osmanlı sultanı VI Mehmet İstanbulu tərk etmişdir.
  • 1941 — ABŞ-da “Jeep” markalı avtomobillərin istehsalına başlanılmışdır.
  • 1960 — Moskvada Xalqlar Dostluğu Universiteti təsis edilmişdir.
  • 1985 — Kolumbiyada palçıq vulkanının püskürməsi 22 min insanın həyatına son qoymuşdur.
  • 1988 — Benəzir Bhutto Pakistanın baş naziri seçilib. Bununla da o, tarixə müsəlman dövlətində ilk baş nazir kimi düşüb.
  • 1989 — Praqada polis tələbələrin nümayişini dağıdıb. Bununla da Çexoslovakiyada “məxməri inqilab” başlayıb.
  • 1990 — SSRİ Ali Soveti Mixail Qorbaçova hakimiyyəti yenidən təşkil etmək səlahiyyəti vermişdir.
  • 1987 — Qaragöl Dövlət Təbiət Qoruğu yaranmışdır. Qoruq hazırda Ermənistanın işğalı altındadır.
  • 1990 — «Naxçıvan MSSR-in adında dəyişiklik haqqında» Naxçıvan MSSR Ali Soveti Qərar qəbul etmişdir. Naxçıvan MSSR parlamentinin sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.
  • 2003 — Bir homoseksualistin keşiş təyin edilməsindən sonra Rus pravoslav kilsəsi amerikan kilsəsi ilə əlaqəni kəsmişdir.

Doğumlar