четверг, 8 декабря 2011 г.

Elnur Məcidliyə məktub yazaq!

 Salam əziz qardaşım Elnur. Düzdür əyani tanışlığımız olmasa da artıq səni öz qardaşım,doğma bir insanım kimi tanıyıram.Sən bu xalqın, sən bu millətin dəyərli, istedadlı, özünüdərk edən bir gəncisən.Sən bizim azadlığımız yolunda həbsə alınmısan.Sən bizim rifahımızın,sən bizim baş ucalığımız naminə həbsə alınmısan.Mən və ətrafımda olan gənclər sənin və səninlə birgə sifarişlə həbs olunan xalqınını, vətənini sevən insanların həbsini,onlara qarşı olunan haqsızlıqları pisləyir və sizin,həmçinin haqsızlıqlara məruz qalmış xalqımızın AZAD olması üçün əlimizdən gələni etməyə çalışırıq.Artıq xalqımız da yaxşını pisdən ayırmağa başlayır,artıq xalqımız öz rifahlarının hansı səviyyədə olmasını görür.Artıq xalqımız vəziyyəti düzgün dəyərləndirməyi bacarır.
 Biz səninlə,biz AZADLIQ uğrunda birləşən insanlarla qürur duyuruq və sənin cəsarətin hər birimiz üçün bir nümunə,hər birimiz üçün örnəkdir! İnşallah çox yaxın bir zamanda səninlə əyani üzbə-üz görüşmək arzusu ilə.İnşallah sənin əlini AZADLIQ-da sıxaraq, həmişə AZADLIQ-da demək arzusu ilə.
                                                                                                                      Hörmətlə: Rövşən Əsədov