среда, 26 октября 2011 г.

Azərbaycan və "Demokratiya".

"Demokrat" Gənclər Təşkilatı "Demokratiya nədir? - Azərbaycanda demokratiya" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada çıxış edən Gənclər təşkilatının sədri Rövşən Əsədov deyib ki, demokratiya xalqın hakimiyyəti və xalqın azadlığıdır. Amma Azərbaycanda bunların heç biri yoxdur. Onun sözlərinə görə indiki rejim demokratiyanın qurulmasına maneədir. "Azadlıq" qəzetinin yazarı Xaliq Bahadır ölkə başçısı İlham Əliyevin demokratiyadan uzaq olduğunu, demokratik prinsiplərə dəyər vermədiyini xatırladıb. Köşə yazarı Ərəb ölkələrindəki baş vermiş proseslərin tezliklə Azərbaycana keçəcəyini ümid edərək, bunun üçün gənclərin fəal şəkildə iş aparmasının vacib olduğunu bildirib.
Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə demokratiya cəmiyyətdəki hakimiyyət bölgüsü sayılan icra, qanunverici və məhkəmə hakimiyyətinin bir-birinə nəzarət mexanizmidir. Bu sistemlər bir-birinə nəzarət etdiyi halda ölkədə normal demokratik cəmiyyət qurula bilər. Bunun üçün isə ictimai şüur formalaşmalıdır. Demokratiyanın kökündə qanunun aliliyi, hüquqi dövlət və güclü vətəndaş cəmiyyəti dayanır. Oruclu da bu təməl prinsiplərin formalaşması üçün çağdaş gənclərin fəallaşmasının gərək olduğunu deyir.
Öz növbəsində AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli ölkədə demokratik cəmiyyətin qurulması üçün ədalətli bərabərlik prinsiplərinə söykənən seçki prosesinin vacib olduğunu vurğulayıb. O, güclü demokratik dövlətin formalaşması üçün insan hüquqları və azadlıqlarının təmin olunmasının başlıca amil olduğunu deyib. "Azərbaycan cəmiyyəti demokratiyaya hazır deyil "-deyən Nurəddin Məmmədli cəmiyyətin buna hazırlanması üçün demokratik islahatların aparılmasının da vacib olduğunu önə çəkib.
 Keçmiş siyasi məhbus Rövşən Kəbirlinin fikrincə Azərbaycanda demokratiyanın formalaşması üçün siyasi iradənin və demokratiyanın təməl prinsipləri olan söz azadlığına, ifadə azadlığına hörmət edilməsi önəmli məsələdir. Bunun üçün Azərbaycanda kağız üzərində qalan demokratik qanunlar icraya yönəlməlidir.

Azərbaycan günü-gündən çiçəklənir!


Bu video roliki düzəltməkdə məqsədim ilk öncə bu gün baş verən bəzi hadisələrə görə hakimiyyət üçün bir mesajdır ilk öncə istəmədim çox meqamları tənqid edim istədim birinci işim olaraq hələ bir az onlara mölət-vaxt verim.Əgər mənim bu video rolikimden nəticə çıxarmasalar bu video növbəti vidonun qarşısında sadece yalan olacaq.Və istərdim bununla yanaşı bəzi məqamlara toxunum.Azərbaycanda baş verən bəzi hadisələrə öz münasibətimi bildirmək istəyirəm.İlk öncə bu Avropa standartlarına nümunə olacaq yollardan danışmaq istəyirəm.Bu yollar həqiqətən sonsuzdur sonu yoxdur.Və bu sonsuz olan yolları bəzən hal-hazırki rejim qısaldmaqla məşğuldur hərtərəfli mənada.Bu gün yağış yağdığına görə mən çox diqqətləşəhəri müşahidə etdim və demək olar ki Azərbaycan deyərkən nəzərdə tutulan Bakıda mən bir dənə də olsun normal və yağmura tab gətirən yol görmədim.Demək olar ki analoji hal bütün yollar üçün eynidir.Sel su yollari bürüyüb,piyadalar hərəkət edə bilmir,demək olar ki bütün nəqliyyat sistemi ani olaraq iflic oldu.Bütün marşrutlar tıxaca məruz qaldı,metrolar insanlarla doldu hərəkət yenə iflic oldu,"London" taksiləri isə alov püskürdüyündən heç kimi yaxına buraxmırdı.Bunların isə səbəbi bir başa olaraq nasaz vəziyyətdə olan yollardır.Əhalidən soruşanda ki Azərbaycan inkişaf edir hamı deyir sağ olsun Əliyev 200 milyon AZN ayırıb Aeroport yoluna.Gəlin görək doğurdanmı bu belədir?Əlbəttə xeyr ! Ola bilər həmin məbləğ yollar üçün ayırılsın bunların hamısı müəyyən mənşəyi məlum olmayan qurum və insanlar tərəfindən mənimsənilir.Və demək olar ki çox cüzi bir miqdarı həmin yollara sərf olunur.Heç bilirsinizmi ki 200 milyon AZN-ə nə uzunluğunda və maksimum keyfiyyətli yol şəkmək olar?Təbii ki bilmirsiniz...Heç deyərdim heç kim maraqlanmayıb da nəyimizə lazımdır kim nə yedi,nəyimizə lazımdır xalqın pulunu kim mənimsədi.Amma danışan kimi bəzi özün təsdiq etməmiş qurumlar "Demokratiyadan", bəzi mənbəyi kimlərə bağlı olduğu bilinməyən qurumlar isə Azərbaycanda inkişafdan və 200 milyon dolların yola serf olunduğundan danışır...Adətən inkişafi adam başına düşən gəlirə və dövlət büdcəsinə görə təyin edirlər.Bizim başı şapkalılar isə inkişafı külək əsəndə pəncərələri düşən binalarla,kanalizasiya sistemi olmayan Avropa stilli yollarla və gənclərə olunan "Qayğı" iləmüqaisə edir.Bu dözüləsi bir hal deyil.Biz necə dözürük?Biz nə dözümlü millətik doğurdanda dözümlülükdə analoqu olmayan və tamamilə Avropa standartları ilə ayaqlaşan bir millətik!