вторник, 22 ноября 2011 г.

Mən bu "Dövlət"-ə nə ad verim? (Olmuş hadisə)

 Bu gün çox pis günüm oldu! Şəhərdə Stefan Sveykin kitabının tərcüməsinin təqdimatından gələrkən çox çətin bir vəziyyətlə qarşılaşdım! Bütün Xətai metrosunun ətrafı və bütün həmin ərazi (teretoria) bərbad halda idi.Dizə kimi gölməçələr şəhərin Avropa stilinə bəzək verirdi.Biz 150 metrlik yolu piyada gələ bilmədiyimiz üçün taksiyə mindik.Və Xətai metrosuna tərəf gəldik.(Çətinliklə olsa da)Taksi sürücüsü o ətraflarda maşını saxlamağa yer tapmadığına görə xeyli aralıda saxladı maşını ki güya bizim ayağımız su olmasın.Biz maşından bir zülümlə düşdük və metroya yan aldıq.O zaman orada bir ensiz daş var idi yolu keçmək üçün.Adamlar isə (Sanki toyuq cücə tar-a çıxıb) uzunsov daşın üzərində dayanmışdı.Su olmamaqçün oradan keçməyi qərara aldım.Təsəvvür edin həmin daşın kənarları dizə kimi (sözün həqiqi mənasında) su idi.Bu zaman bir dənə qız da daşın üzəri ilə keçmək istəyirdi və o müvazinətin saxlaya bilməyib məni də çəkib suya saldı.Mən tamamilə büs bütün su oldum.Və şəhərin mərkəzindən ayaqlarım suyun içində Mərdəkana gəldim.Bu da mənim dövlətimin mənə qayğısı.Bütün gün analogsuz inkişafdan danışırlar amma səviyyələri çatmır ki şəhər suyun içində üzür.Qeyrət namus onlarçun çernovikdir.Bu qədər insan və şəhərin 95%-i suda üzür mən bilmirəm bunlar hansı inkişafdan danışırlar! Heç olmasa bu yağışda inkişafa nümunə göstəriləcək bir küçə varmı ki and içmək üçün onu nümunə göstərsinlər? Şəhərin ən mərkəzi "Tarqovu" suyun içində üzürsə,Sahil metrosunun çıxışı döyüş bölgəsini xatırladan çala,çuxurlarla doludursa mən bu "dövlət"-ə nə ad verim?