воскресенье, 27 ноября 2011 г.

Görəsən biz bu toplum halında nə edirik?

 Xeyli müddətdir ki, mən bütün bu hadisələrdən kənara çəkilmişəm və sadəcə bütün olaylara izləyici kimi müşahidə edirəm.Və bu bir neçə gün ərzində qarşılaşdığım hadisələri sizinlə bölüşmək istəyirəm.
 Azərbaycanda hələ demokratiya ünsürləri demək olar ki Novruz bayramı ərəfəsində qoyulmuş səməninin ikinci günü kimidir.Hələ bizim tam demokratik bir mühit kimi cücərməmiz üçün yenə də zaman lazımdır.Düzdür mən bu ifadələri yazarkən heç kim mənimlə razılaşmır hamı düşünür ki artıq inqilab zamanıdır,artıq xalqın səbri tükənib,biz inqilab zamanı ölməyə hazırıq.
 Mən istərdim ki bu məsələyə öz subyektiv fikrimi bildirim.Azərbaycan xalqı hələ səbr etməlidir.Hələ mübarizənin inqilabın hansı yollardan keçdiyini yaxud hansı vəziyyətdə xalq üçün əhəmiyyətli və ürəkaçan sonluqla bitəcəyini araşdırmalıdır.Biz araşdırmalıyıq görək biz hansı mübarizə formasından istifadə etməliyik,biz araşdırmalıyıq ki hansı halda bizim üçün seçdiyimiz yol müsbət sonuclanar.Amma biz hələ heç nəyi araşdırmamışıq və bu istiqamətdədə addımlar atmırıq.Bir öz xəyalınızda düşünün inqilaba hazırsınızmı? Ailəniz inqilaba hazırdırmı.Yaxud inqilab edərkən əldə edəcəyimiz müsbətlərimiz çoxdur yoxsa mənfilərimiz...
 Düzdür mitinqlər vasitəsilə "İSLAHATLAR" əldə edə bildik amma buda bizimçün müsbət sonuclanmadı.Əksinə 2:1 hesabı ilə gerilədik...İndi isə hamı düşünür ki inqilab etməliyik,inqilab zamanı ölməliyik.Bilirsiniz ölmək çox asandır maksimum 1 dəyqə vaxtınızı alacaq.Amma xalq üçün nəsə etmək elədə asan deyil biz bunun üçün çaba etməliyik...
 Mən digər məsələlərə toxunmaq istəyirəm.Ümumiyyətlə cəmiyyətimiz bu mövzülarda disskusiyalara belə hazır deyil.Təbii ki mən bunu nəyə əsaslanıb deyirəm izah edəcəm.Deməli istər cəmiyyətimizdə,istərsə virtual aləmdə,istər gənclər,istər yaşlı nəsil arasında siyasi mövzular,inqilabi mövzular elə də aktual deyil.Əsasən cəmiyyətimiz əyləncəyə,qeyri ciddi mövzuların müzakirəsinə maraqlıdır.Məsələn sorğu keçirdirik və yaxınlaşırıq xalqın nümayəndələrinə ki kimi lider görürsünüz.Hamı qaçır mənlik deyil amma deyəndə ki adınız açıqlanmayacaq sualları cavablandırır.Yaxud hardasa müzakirə mövzusu seçirsən sosial problemlər,iqtisadi problemlər,siyasi arena hamı can dərdi yazır yaxud müzakirə aparır.Amma yazırsan ki Aygün Kazıməva lüt fotosessiya keçirib hamı izləyir baxır rəy yazır.Mən bunun hər bir versiyada rastına çıxmışam.Adi KİV-lərdə xəbərlər paylaşılır.Siyası yaxud sosial xəbərlərin ümumi məcmusu 3000 dəfə oxunduğu halda,məsələn Rəqsanənin Xatirəylə davası xəbəri 7500 dəfə oxunub.Ona görə də biz ilk öncə mübarizəmizi öz daxilimizdə başlamalıyıq,öz ətrafımızdan başlamalıyıq.Özümüz heç nə etmədiyimiz halda digərin nəyəsə təhrik edə bilmərik.Gərək mübarizə əzmi damarında qan əvəzinə axsın.Yoxsa süni şəkildə heç nə alınmaz.Nə qədər də özümüzü mübarizəkar kimi göstərsək da bizdə alınmır.Gəlin hamılıqla bu yolda canımızı qoyaq,gəlin bu yolda sağlam şəkildə prinsip aparaq.Nəinki öz aramızda yad adamların yanında profilaktik söhbətlər aparaq onsuzda azacıq qıcıqlandıran kimi hamının AZADLIQ ehtirası oyanır.Hamının ETİRAZ ehtirası oyanır.Gəlin bu vasitələrlə əhatəmizi genişləndirək.Və sonda bir misal çəkəcəm bilmirəm bu misraların müəllifi kimdir əgər yoxdursa məmnuniyyətlə bu misranın müəllifi olardım: - "Əgər düşmənimizi məhv etmək istəyiriksə,düşmənimizi dostumuzdan yaxşı tanımalıyıq". Amma indiki zamanda bu tamamilə əksinədir.Gəlin düşmənlərimizi,xalqın düşmənlərini daha yaxından tanıyaq kimliklərini araşdıraq onlarla yaxın olmağa,sirrlərini öyrənməyə çalışaq.Bu zaman əldə edəcəyimiz nəticələin müsbəti mənfisindən daha çox olar məncə...