|
İntiqam Əsədov |
Azərbaycan Səfəvi Dövlətinin ən görkəmli nümayəndələrindən biri olan I
Şah Abbasın (1587-1629) həyatı və
hakimiyyəti illərindən bəhz edən "Böyük
Şah Abbas" kitabının Azərbaycan dilinə tərcüməsi 2 illik zəhmətdən
sonra nəhayət bu gün nəşrə göndərilmişdir. Kitab Tehran universitetinin
professoru Məhəmməd Əhməd Pənahi Simnani tərəfindən fars dilində yazılmışdır.
Kitab Ağdamın Döyüş Şöhrəti Muzeyinin direktoru, tarix müəllimi və Qarabağ müharibəsi
veteranı olan İntiqam Əsədov tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Tərcüməçi İntiqam Əsədovun
bildirdiyinə görə bu kitab ərəb-fars dilindən tərcümədə onun 4-cü böyük tərcüməsidir. Birinci kitab Cənubi Azərbaycanın
məşhur həkimi, tarixçi, dilçi və filosofu olan, bu yaxınlarda dünyasını dəyişmiş
Cavad Heyətin "Türk dil və ləhcələrinin
tarixinə nəzər" kitabıdır. İkinci
kitab Cənubi Azərbaycanın məşhur tarixçi alimi olan Məhəmməd Təqi Zəhdabi
Kirişçinin "İran türklərinin qədim
tarixi" kitabıdır. Üçüncü kitab Azərbaycan Səfəvi dövlətinin banisi
olan "Şah İsmayıl Səfəvi"
kitabıdır. Bu kitab da görkəmli tarixçi
|
I Şah Abbas |
M.Ə.Simnani tərəfindən fars dilində
yazılmışdır. Haqqında bəhz etdiyimiz "Böyük
Şah Abbas" kitabı bu silsilədən növbəti tərcümədir. Kitab tarixi mənbələrlə
zəngin olan orta əsr ərəb-fars dilli qaynaqlara, habelə həmin dövr Avropa səyyahlarının
səyahətnamələrinə əsaslanaraq işlənilmişdir. Kitabdakı real tarixi hadisələrin əksəriyyəti
Azərbaycan tarixi kitablarında öz əksaini tapmamışdır. Bu baxımdan açılmamış
tarixi hadisələrə aydınlıq gətirilməsi kitabı daha da oxunaqlı edir. Kitab
elmin açarı, elm isə tərəqqinin ilk pilləsidir. Müəllifin bildidiyinə görə, "Böyük Şah Abbas" kitabının ərsəyə
gəlməsində Ağdam rayon İcra Hakimiyyətinin Başçısı cənab Raqub Məmmədovun böyük
mənəvi, psixoloji dəstəyi olmuşdur. Bu kitab ali məktəblərin tarix fakultəsinin
tələbələri üçün faydalı bilik mənbəyi olacaqdır. Bu yolda sizlərə uğurlar
arzulayır, tərcüməçiyə isə 2 il 6 aylıq zəhmət çəkib dizləri üzərində kitabı tərcümə
etdiyinə görə çox sağol deyirik.