понедельник, 28 ноября 2011 г.

"Demokrat Gənclər Təşkilatı" qiymətlərin artımı ilə bağlı bəyanat verdi.


“Demokrat” gənclər təşkilatı Azərbaycan Respublikasının tarif şurasının iclasınının metroda gedis haqqının 20 qəpik səviyyəsində muəyyənləşdirilməsi qərarı ilə bağlı etiraz bəyanatı yayıb.
Bəyanatda deyilir: ““Demokrat” Gənclər Təşkilatı “Demokratik” Azərbaycanda əhalinin sosial rifahının bərbad olduğu bir zamanda metro qiymətlərinin artırılması ilə bağlı qərarın verilməsini kəskin şəkildə qınayır və bunu bunu hal-hazırki rejimin atdığı növbəti uğursuz addımı kimi qiymətləndirir. Qiymətlərin artımı son müddətdə Azərbaycan xalqına qarşı olunmuş ən böyük haqsızlığın bariz nümunəsidir. Hal-hazırki müddətdə xalqımızın “Eurovision”-a hazırlaşdığı bir zamanda belə bir addımın atılması ən birinci Azərbaycan xalqına qarşı saymamazlıq, dünya ictimaəti qarşısında isə Azərbaycanın bir demokratik ölkə kimi nüfuzunun olmadığına,xalqın rifahının ölkə rəhbərləri qarşısında önəminin olmamasını ön plana çəkir.
“Demokrat” gənclər təşkilatı hesab edir ki, xalqın bu cür şəkildə alçaldılması və mənafeyinin,xalq rifahının,xalqın dəyərlərinin nəzərə alınmaması  ən birinci o qərarı imzalayan məmurların birbaşa 9 milyon xalqa qarşı hörmətsizlikdir. “Yarandığı gündən Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin ali məqsəd olduğunu nəzərə alaraq, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu işinə, mülki cəmiyyətin yaradılmasın insanların hüquq və azadlıqlarının müdafiəsi üçün mübarizəni ən yüksək səviyyədə təşkil etmək və insan hüquq və azadlıqları ilə bağlı ictimaiyyəti maarifləndirmək, məlumatlandırmaq, həmçinin, gənclər arasında ictimai fəallığın artırılması özünə əsas məqsəd kimi seçən “Demokrat” gənclər təşkilatı bəyan edir ki, hakimiyyətin nümayiş etdirdiyi bu mövqe onların növbəti prezident seçkilərində öz seçicilərinə qarşı etdiyi bu hörmətsizlik,onların növbəti prezidentlik iddialarını sual altına alır.Buna əsasən də onlar bu qərarı ləğv etməli və konstitusiyaya əsasən xalqın mənafeyini rifahını qoruyacağına dair xalq qarşısında verdiyi anda əməl etməyi,xalq qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırır. Bununla Azərbaycan hakimiyyəti yerli və beynəlxalq qanunvericiliyə əməl etmək istəmədiyini bir daha açıq şəkildə nümayiş etdirmişdir. “Demokrat” gənclər təşkilatı Azərbaycan hakimiyyətindən bizə gənclərə,tələbələrə,Azərbaycan xalqına qarşı olunmuş bu haqsızlığı aradan qaldırmağı və bu tip hadisələrlə Azərbaycan xalqına qarşı haqsızlıqları,təzyiqləri dərhal dayandırmağı tələb edir. “Demokrat” gənclər təşkilatı beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən insan hüquqlarının müdafiəsi sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə, və onları haqqın bərqərar olunması istiqamətindəı addımlar atmağa çağırır.
“Demokrat” Gənclər təşkilatı  2011-ci il avqust ayında bir neçə tələbə tərəfindən tərəfindən yaradılan müstəqil gənclər təşkilatıdır.

1 комментарий:

  1. Salam mende bu devletde çox şeylerle barışa bilmirem amma neynemeli bu derdi kime soylemeli.İndi her şey şou biznesle baqlıdır televizora baxmaq olmur her yanda seviyyesiz verlişler çılpaq müğenniler neler neler abır həya qalmıb.Avropa mədəniyyəti adı altında insanları yoldan çıxarırlar.Orta məktəb şagirdlərinin geyimi biyabırçı veziyyətdədi,namaz qılan başı bağlı qadınları qızları məktəblərə işə qoymurlar dərdimizi kime soyleyek.Ali təhsilli vətandaşlar iş tapmirlar tapanda da 100-150 manat maaş verirlər gel indi bununla yaşa.nə isə.................

    ОтветитьУдалить

Forum