Bu gün Ağdam rayon Döyüş Şöhrəti
Muzeyində Ağdam rayonun ermənilər tərəfindən işğalının 19 illiyi münasibətilə tədbir
keçirilmişdir.Tədbirdə Qarabağ müharibəsinin keçmiş könüllüləri iştirak
etmişdir. Şəhidlərimizin
əşyaları saxlanılan muzey və həyətdəki Mahrızlı-Zəngişalı kəndlərinin şəhidlərinin
şərəfinə ucaldılmış abidə ziyarət edildikdən sonra iştirakçılar ön xəttə qədər
yürüş etmiş, dağıdılmış və işğal altında olan ərazilərimizi müşahidə etmişlər.
Əfqanıstan və Qarabağ müharibəsi veteranı Ələkbər
Əliyev, Qarabağ müharibəsi veteranı, hal-hazırda təqaüddə olan, polis işçisi
Asif Məmmədov və digərləri son və qəti döyüşün başlanmasının artıq vaxtı
çatdığını bildirdilər.
Tədbirdə iştirak edən digər iştirakçılar bu
“Qara Təqvimin” uzandığından bezdiklərini bildirmişlər.
Xatırladaq ki qeyd olunan tədbri Region
TV-nin Ağdam Bürosunun əməkdaşları iştirak edərək tədbiri lentə aldılar.
Комментариев нет:
Отправить комментарий
Forum